Azərbaycan muzeylərinin dünəninə, bugününə sabahına bir baxış

 

Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. APA-nın bu tarixi günlə bağlı xüsusi araşdırma aparıb. Bu günün qeyd olunmasında əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bir daha nadir eksponat tarixi abidələrə, onların mühafizəsinə cəlb etməkdir. Hətta dünyanın əksər ölkələrində bu günün daha təmtəraqlı qeyd olunması üçün Muzey Dostlarının Dünya Federasiyası muzey işinə könüllüləri cəlb etmək üçün xüsusi proqram hazırlayır. Beynəlxalq Muzeylər Günü Azərbaycanda da 1977-ci ildən qeyd olunmağa başlanılıb.
   Əslində qiymətli əşyaların, maddi-mənəvi sərvətlərin etibarlı mühafizə yeri kimi dəyərləndirilən muzeylər hər xalqın tarixinin müəyyən məqamlarını özündə yaşadan, maddi-məd
əniyyət nümunələrinin tarixini öyrənən onları nümayiş etdirən elm-mədəniyyət müəssisələridir. Muzeylərin sələfləri eramızdan əvvəlki əsrlərə gedib çıxır. XIII-XII əsrlərdə sənədlər, şəhadətnamələr saraylarda kompleks şəkildə saxlanılırdısa, sonralar şəxsi kolleksiyalar yaranmağa başladı. Bu gün dünyada qədim eksponatların şəxsi kolleksiyaların, o cümlədən nadir əşyaların mühafizə edildiyi bir çox məşhur muzeylər var. Vaşinqtonun Milli İncəsənət Qalereyası, Nyu-Yorkda Metropoliten Muzeyi, Venesiya Akademiya Qalereyası, Drezden Şəkil Qalereyası, Moskva Tretyakov Qalereyası, Sankt-Peterburqdakı Ermitaj Muzeyi bu qəbil muzeylərdəndir.
   Azərbaycanda ilk muzey Bakıda 1920-ci ildə yaradılıb. İlk memorial muzey isə 1938-ci ildə Şəkidə fəaliyyətə başlayıb. Azərbaycanda bu muzeylərin yaranmasına qədər mövcud olan qiymətli eksponatlar hazırda dünyanın bir çox muzey sərgi salonlarını bəzəyir. Dünyanın ilk ən böyük qədim xalçası olan, XVI əsrdə toxunmuş "Şeyx Səfi" xalçası Londonun Viktoriya Albert muzeyində saxlanılır. Bu xalının uzunluğu 10,51 metr, eni 5.34 metr, ümumi sahəsi 56,2 kvadratmetrdir.
   Mədəniyyət Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey işi sektorunun müdiri Azadə Hüseynovanın APA-ya verdiyi məlumata görə, hazırda nazirliyin nəzdində 193 muzey fəaliyyət göstərir. Onlardan 78-i tarix tarix-diyarşünaslıq muzeyi, 89-u elm, siyasət, mədəniyyət incəsənət xadimlərinin ev muzeyi, 21-i incəsənət ədəbiyyat muzeyi, 5-i hərbi-vətənpərvərlik döyüş şöhrəti muzeyləridir. Azərbaycanda olan ev muzeylərinin 46- isə Heydər Əliyev Muzeyidir. Mədəniyyət Turizm Nazirliyinin nəzdində olan 193 muzeyin 20-si Bakı şəhərində, qalanları isə rayonlarda Naxçıvan Muxtar Respublikasında yerləşir. Üç ev muzeyi isə Tiflisdə yerləşir. Gürcüstanda Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov Nəriman Nərimanovun ev muzeyləri fəaliyyət göstərir. Azərbaycanın işğal altında olan torpaqlarındakı 22 muzey (ümumilikdə 100 min eksponat) hazırda fəaliyyət göstərmir.
   Muzeylərə giriş pulludur. Azadə Hüseynovanın sözlərinə görə, yerli vətəndaşlar 1 manat, xarici turistlər isə 2 manat ödəyərək muzeylərimizdəki eksponatlarla tanış ola bilərlər. Azərbaycanın muzey sektorunda ümumilikdə 3000 nəfərə yaxın işçi çalışır. Dünyanın heç bir yerində xüsusi Azərbaycan muzeyi olmasa da, bir çox muzeylərdə - Pakistan Etnoqrafiya Muzeyində, Şərqi Qazaxıstan Vilayəti Arxitektura-Etnoqrafiya Təbiət-Landşaft Qoruq-Muzeyində, Özbəkistanın Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin Nizami Gəncəvi Muzeyində digərlərində Azərbaycana aid guşələr yaradılıb. Azərbaycanda muzey işinə dair bir neçə normativ sənədlər işlənib ki, bunlardan ən başlıcası muzeylərimizdə saxlanılan sərvətlərin qeydiyyatı mühafizəsinə dair təlimatdır. Bu təlimata əsasən, eksponatlar müəyyən aktlar üzrə muzeyə qəbul olunur, sənədləşdirilir. Sonra isə tarixi, bədii elmi əhəmiyyətindən asılı olaraq, ya əsas fonda, ya da köməkçi fonda daxil edilir. Bu muzeylərdə külli miqdarda bədii, tarixi elmi nöqteyi-nəzərdən maraqlı eksponatlar qorunub saxlanılır. sözsüz ki, onların qorunması üçün ilk növbədə yetərli şərait yaradılmalıdır.
   Bu baxımdan muzeylərin yerləşdiyi binaların mühafizəsi ən qabarıq məsələdir. Ona görə , nazirlik muzeylərdə həm mühafizə üçün, həm yanğına qarşı siqnalizasiya sistemlərinin qurulmasını təmin edib. Muzeylərə tamaşaçı marağına gəlincə, Bakıda bu il təqribən 100 minə yaxın şəxs muzeylərimizdəki eksponatlara tamaşa edib.
   Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilovun APA-ya verdiyi məlumata görə, İncəsənət Muzeyi 1936- ildə fəaliyyətə başlasa da, indiyə qədər əsaslı təmir olunmayıb: "İlk əsaslı təmir ötən ilin sonundan başlayıb bu ilin noyabrına kimi binanın bir hissəsində təmir işlərinin yekunlaşdırılması nəzərdə tutulur. Əsaslı təmirdən sonra muzeydə bir sıra yeniliklər olacaq. İncəsənət Muzeyinin bir binasından o biri binasına keçmək üçün içəridən xüsusi yol açılacaq". Ziyarətçilərə gəldikdə isə, İsrafil İsrafilov ötən illərə nisbətən son bir ildə ziyarətçilərin sayının xeyli artdığını vurğulayır: "1936- ildən bu yana bizim muzeyə 5 milyona yaxın ziyarətçi gəlib. Hazırda 5 milyonuncu ziyarətçimizi gözləyirik. Həmin ziyarətçi üçün xüsusi sürprizimiz olacaq. İl ərzində 22 minə yaxın ziyarətçimiz olur ki, bunun da yarısı əcnəbilər turistlərdir. Müharibə veteranları, əlillər, müharibə iştirakçıları, şəhid ailələri, ibtidai sinif şagirdləri üçün giriş ödənişsiz olsa da, qalan tamaşaçılar üçün giriş haqqı 2 manat 40 qəpikdir. Muzeyin 89 işçisi var. İşçilərin əməkhaqları 60-200 manat arasındadır". İsrafil İsrafilov muzey işçilərinin əməkhaqlarının aşağı olduğunu bildirib: "Hər halda, əcnəbi tamaşaçılara bələdçilik etmək üçün xarici dilləri bilən mütəxəssislər bu əməkhaqqı ilə burada işləməyə razı olmurlar. O səbəbdən bu problemin həlli vacibdir. Bu problem 2008-2012-ci illəri əhatə edən "Muzey İşinin İnkişafına dair" Dövlət Proqramında öz əksini tapıb". Gələcək muzey işçiləri Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində muzeyşünaslıq, Azərbaycan Rəssamlıq Akademiyasında isə sənətşünaslıq fakültələrində yetişdirilir.
   Hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyinin bir hissəsində, Muzey Mərkəzində əsaslı təmir işləri aparılır. Azərbaycan Xalçası Xalq Tətbiqi Sənətinin Dövlət Muzeyinin yeni binasının təməlqoyma mərasimi keçirilib binanın tikintisinə başlanılacaq. Cəlil Məmmədquluzadənin, Məmməd Səid Ordubadi, Rostropoviç ailəsinin, Üzeyir Hacıbəyovun ev muzeyində əsaslı təmir işləri aparılıb. Səməd Vurğunun, Cəfər Cabbarlının, Abdulla Şaiqin ev muzeyinin təmir olunması nəzərdə tutulur. Səttar Bəhlulzadənin ev muzeyi ilə bağlı məhkəmə prosesi başa çatdıqdan sonra bu muzeyin əsaslı təmiri planlaşdırılır.
   Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində üç muzey - Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi fəaliyyət göstərir. Milli Azərbaycan Tarixi Muzeyi əsaslı təmirdən sonra yenicə istifadəyə verilib, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində təmir işləri hələ davam edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində Hərbi Tarixi Muzeyi fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi, Azərbaycan Təbabəti Muzeyi, Zərdabi adına Təbiət Tarixi Muzeyi, Azərbaycan Respublikası Xalq Təhsili Muzeyi Azərbaycan Geologiya Muzeyi bu gün tamaşaçılarını qəbul edir. Dünyada yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə dağılıb onun nadir eksponatlarının hamısı məhv edilib.
   Azərbaycanda qoruq muzeylər fəaliyyət göstərir. Belə muzeylərə açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər daxildir. Bu muzeylərin sırasında Azərbaycanda Şəki Xan Sarayı, Qobustan qayalıqları, Şirvanşahlar Kompleksi, Möminə Xatun məqbərəsi başqa abidələri misal çəkmək olar.
   Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü mayın 17-18-i Azərbaycanın bir çox muzeylərində konfranslar tədbirlərlə qeyd olunur

 

525-ci qəzet.- 2008.- 17 may.- S. 32.