Mükərrəmoğlu M.
Mədəniyyət
kataloqunun təqdimatı keçirildi
Mədəniyyət və Turizm
Nazirliyinin son bir ildəki fəaliyyətinə həsr
olunmuş “Mədəniyyət”
kataloqunun nəşri
başa çatdırılmışdır.
Bu günlərdə Muzey Mərkəzində həmin kataloqun təqdimatı keçirildi.
Təqdimat mərasimini giriş
sözü ilə açan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin portreti ilə açılan bu kataloqun böyük
insanın 85 illik yubileyinə ən layiqli hədiyyələrdən
biri olduğunu bildirdi. O qeyd etdi ki, kataloq
üç dildə -
Azərbaycan, rus və ingilis dillərindədir, 320 səhifəlik
rəngli, illüstrasiyalı
nəşrdir. O, müxtəlif
rubrikalara bölünüb.
Bu rubrikalar mədəniyyətin ayrı-ayrı istiqamətlərinə
həsr olunub. Bundan əlavə, nazirliyin fəaliyyətində
turizm sahəsi mühüm yer tutduğundan kataloqda Azərbaycan turizmi haqqında ətraflı informasiya verilir.
Nazir bildirdi ki, möhtərəm Prezident İlham Əliyevin qayğısı
nəticəsində bir
sıra uğurlu layihələr həyata keçirilmişdir.
Sonra Milli Məclisin mədəniyyət
məsələləri daimi
komissiyasının sədri
Nizami Cəfərov, xalq şairi Fikrət Qoca, professor Məryəm Əlizadə, Dövlət
Film Fondunun direktoru Cəmil Quliyev çıxış
etdilər.
Məlumat üçün
bildirək ki, kataloqda mədəniyyət
sahələri aşağıdakı
əsas rubrikalar altında təqdim olunur: – teatr, kino, musiqi, rəngkarlıq,
ədəbiyyat, uşaq
mədəniyyəti, diaspora
mədəniyyəti, analitik
mövzu, balet və moda. Məqalələr
Rəhman Bədəlov,
Məryəm Əlizadə,
Aydın Talıbzadə,
Niyazi Mehdi, Ülvi Mehdi, Teymur Daimi və
başqa tanınmış
mütəxəssislər tərəfindən
qələmə alınıb.
Yüksək tərtibat
və dizaynla təqdim olunan kataloqun baş redaktoru Leyla Əfəndiyevadır.
Kataloqun musiqi rubrikasında muğam sənətinin inkişafı
və qorunmasından,
incəsənətin bu
unikal sahəsinə Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından
bəhs olunur. Eyni zamanda, bu
rubrikada ötən il şəhərimizdə
baş tutan klassik konsertlərdən, caz festivallarından, teatr rubrikasında mövsümün ən yaxşısı olan
ÜNS Teatrı və
burada səhnələşdirilən
“Əli və Nino” tamaşasından söhbət açılır.
Kataloqda uşaq yaradıcılığı,
mədəniyyət sferasındakı
problemlər, xaricdə
təşkil olunan ən yaxşı konsert və sərgilər, nəşriyyat
problemləri, balet, həmçinin modelyer Fəxriyyə Xələfovanın
yaradıcılığı haqqında məqalələr
dərc olunub.
Müasir üslubda və tərtibatda nəşr olunan kataloqda Azərbaycanın ən yaxşı fotoqraflarının mədəniyyətimizlə
bağlı çəkdikləri
keyfiyyətli fotolar və ayrı-ayrı məqalələr
üçün maraqlı
illüstrasiyalar da yer alıb.
Kataloqda Azərbaycan dövlətinin apardığı
mədəniyyət siyasətinin
konkret nəticələri,
yeni mədəni intibahın dərinləşməsi
prosesi peşəkarlıqla
ifadə edilmişdir.
Xalq qəzeti.- 2008.- 14 may.-
S. 8.