Mükərrəmoğlu M.

 

Ölkəmizdə muzey işinə qayğı günbəgün artmaqdadır

 

Bu gün bütün dünyanın mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Gününü qeyd edir. Muzeylər hər bir xalqın mədəni sərvətlərinin təbliğ olunmasında və gələcək nəsillərə çatdırılmasında, eləcə də digər xalqlara tanıdılmasında, dünya xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində çox mühüm rol oynayır. Azərbaycanın da müxtəlif profilli müzeyləri ölkəmizin mənəvi həyatının dəyərli tərkib hissələridir. Bu sahənin vacibliyini həmişə xüsusi vurğulayan ümummilli liderimiz Heydər Əliyev muzey işinin təkmilləşdirilməsi, yeni müzeylərin yaradılması məsələlərinə böyük qayğı ilə yanaşırdı.

Bu gün bütün sahələrdə olduğu kimi, ölkənin mədəni həyatının bu mühüm istiqamətində də ulu öndərin ənənələri layiqincə davam etdirilir. Ölkəmizdə muzey işinin inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 mart 2008-ci il tarixli sərəncamı bunun bariz göstəricisidir.

Əlamətdar haldır ki, Muzeylər Günü ərəfəsində həmin sərəncamda nəzərdə tutulan ən mühüm təbdirlərdən biri həyata keçirildi. Cənab Prezidentin iştirakı ilə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməlqoyma mərasimi oldu.
Muzey işçilərinin peşə bayramı ərəfəsində L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsinin sədri sənətşünaslıq doktoru, professor Röya Tağıyeva ilə görüşərək onun bu unudulmaz hadisə barədə təəssüratını və ölkəmizdə müzeylərin həyatı ilə bağlı görülən işlər haqqında fikirlərini öyrənmək istədik.

- Röya xanım, Xalça Muzeyi binasının təməlinin qoyulması münasibətilə təkcə sizi yox, bütün xalqımızı təbrik edirik.

- Doğrudan da, bu, təkcə bizim üçün yox, ölkəmizin bütün mədəni həyatı üçün çox mühüm bir hadisədir. Xalça ta qədim zamanlardan Azərbaycan mədəniyyətinin, ümumən xalqımızın milli həyat tərzinin əsas simvollarından birinə çevrilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təməlqoyma mərasimindəki nitqində çox haqlı olaraq vurğuladığı kimi, “...xalçaçılıq sənəti hər bir azərbaycanlı üçün çox doğma, əziz sənətdir və hər bir azərbaycanlı öz həyatını xalçasız təsəvvür edə bilmir”.

Muzeyimiz ötən əsrin 70-ci illərinin ortalarında, böyük xalçaçı rəssam Lətif Kərimovun təşəbbüsü və ölməz rəhbərimiz Heydər Əliyevin qərarı ilə yaradılmışdır. O zaman muzey İçərişəhərdə, tarixi bir binada yerləşdirilmişdi. Ancaq qeyd etmək lazımdır ki, bu memarlıq abidəsi muzey üçün nəzərdə tutulmamışdı. Burada xüsusi qayğı və qulluq tələb edən eksponatlarımızın saxlanması üçün lazımi şərait yox idi. Həmin sözləri müzeyimizin indi yerləşdiyi bina haqqında da demək olar. Nəhayət, ölkə başçımızın sərəncamı ilə muzeyimiz üçün yeni, bütün müasir texnoloji tələblərə cavab verən binanın tikilməsi qərara alındı və biz əminik ki, bu bina tezliklə tikilib istifadəyə veriləcək. Mən inanıram ki, muzeyimizin yeni bina ilə təmin olunması Azərbaycan xalçasının və digər tətbiqi sənət nümunələrinin bütün dünyada daha böyük vüsətlə təbliğ edilməsinə, eləcə də ölkəmizdə xalçaçılıq sənətinin daha da inkişaf etdirilməsinə yeni təkan verəcəkdir.

Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, təkcə son iki ildə Azərbaycan Prezidenti ölkəmizdə muzey işinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı altı sərəncam imzalamışdır. Fəxrlə deyə bilərəm ki, biz bu sahədə dövlətimizin, dövlət başçımızın qayğısını hər gün hiss edirik.

- Röya xanım, mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Azərbaycan artıq 15 ildir ki, Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür. İCOM-un Azərbaycan Milli Komitəsinin fəaliyyəti ilə bağlı nələri demək istərdiniz?

- İCOM-un Azərbaycan Milli Komitəsi Mədəniyyət Nazirliyi tərəfindən MDB ölkələri arasında ilk olaraq 1993-cü ildə təsis edilmişdir. Artıq 15 ildir ki, Azərbaycanda Milli Komitə fəaliyyət göstərir. Komitə öz sıralarında 32 müxtəlif şəhər və rayon muzeylərini birləşdirir. Hazırda 44 nəfər üzvü var.

Bu müddət ərzində başlıca məqsəd İCOM-un işində fəal iştirak etmək, Azərbaycan muzeylərinin müasir mərhələdə muzey işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzey birlikləri ilə əlaqəsini yaratmaq və mədəni irsin qorunması olmuşdur.
1993-cü ildən İCOM Azərbaycan Milli Komitəsi işğal olunmuş ərazilərdə qalan mədəni sərvətlərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı YUNESKO-ya müraciət etmişdir. İCOM Azərbaycan Milli Komitəsinin səyi ilə YUNESKO işğalçı hakimiyyət strukturlarına bəyanat ünvanlamışdır.

İCOM Azərbaycan Milli Komitəsi işğal olunmuş ərazilərdə qalan mədəni sərvətlərin qorunmasına dair bir sıra beynəlxalq konfranslar keçirmiş, Moskva, Vyana və Peterburqda bu mövzuda keçirilmiş konfranslarda iştirak etmiş və oradakı ictimaiyyəti məlumatlandırmışdır.
1994-cü ildə YUNESKO- nun dəstəyi ilə işğal olunmuş ərazilərdə qalan mədəni sərvətlərə dair leflet hazırlayıb, paylamışdır. YUNESKO-nun Beynəlxalq Normativ Hüquqi aktlarını Azərbaycan dilinə tərcümə etdirmiş və sonra isə nəşr edib paylamışıq.

Bununla əlaqədar biz İCOM-un 1993-2006-cı il iclaslarında, eləcə də bu təşkilatın 1995-ci ildə Stavangerdə, 1998-ci və 2001-ci illərdə Barselonada, 2004-cü ildə isə Seulda keçirilən baş konfranslarında, eyni zamanda, Milli Komitə olaraq Beynəlxalq komitələrin də işində mütamadi iştirak etmişik.

Biz bir sıra regional konfrans seminarların da iştirakçısı olmuşuq. Belə seminarlardan biri 2006-cı ildə Bakıda - “Muzey menecmenti: Azərbaycan muzeyləri iqtisadi sosial dəyişikliklərlə üz-üzəmövzusunda keçirilmişdir. 2006-cı ildə Bakıda həmçinin Beynəlxalq Muzeylər Günü İCOM-un 60 illiyi ilə bağlı tədbir oldu.
Ötən dövr ərzində Azərbaycan Milli Komitəsi mədəni irsin qorunması sahəsində sistematik işlər aparmış, beynəlxalq miqyasda müraciətlər etmiş, konfranslar keçirmişdir.

Bundan başqa, bir sıra nəşrlərin yaradılması da Azərbaycan Milli Komitəsi tərəfindən həyata keçirilmişdir. 15 may 2008-ci il tarixdə İCOM-un baş katibi Pita Ponun məktubunu almışıq. Məktubda bizə sertifikat verildiyi bildirilir Azərbaycan Milli Komitəsinin işi yüksək qiymətləndirilir. Söz yox ki, biz bunu ölkə rəhbərliyinin aparıldığı xarici siyasətin uğuru kimi qiymətləndiririk gələcəkdə bu istiqamətdə işimizi gücləndirmək əzmindəyik.

- Bu yaxınlarda İtaliyada olmusunuz. Səfərinizin məqsədi idi?
- İtaliya muzeylərindəki XVI-XVII əsrlərə aid Azərbaycan xalçaları ilə
tanış olmaq, onların nümayiş üsullarını öyrənmək, Azərbaycan xalça sənətinə aid mühazirələr oxumaq məqsədilə aprel ayının 7-dən 19-dək həmin ölkədə ezamiyyətdə oldum. Bu ölkədə olarkən Venetsiya, Milan Florensiya muzeylərinin Azərbaycan xalçaları ilə daha zəngin olduğunu müəyyənləşdirə bildik. Azərbaycan xalçalarının reyestrinin aparılması məqsədilə bu muzeylərdəki XVI-XX əsrlərə aid Azərbaycan xalçalarının qeydiyyatını atribusiyasını apardım. Ümumilikdə, burada 100-dən artıq xalçaya baxa bildik, onların fotoşəkillərini çəkib götürdük qeydiyyata aldıq. Bütün görüşlər zamanı Azərbaycan xalçalarının Qafqaz xalçaları kimi təqdim olunması ənənəsini nəzərə alaraq əsas mövzu Azərbaycan xalçalarının təbliği, bu xalçaların ictimaiyyətə Qafqaz deyil, məhz Azərbaycan xalçaları adı ilə təqdim edilməsi olmuşdur. Eyni zamanda, Azərbaycan xalçası haqqında kitab CD-ləri muzey universitet kitabxanalarına təqdim etdik.

Florensiyanın Beynəlxalq İncəsənət Universitetində Azərbaycan xalçası Lətif Kərimov yaradıcılığı haqqında mühazirə oxudum, sənədli film təqdim etdim.

Əlbəttə, əhəmiyyətli görüşlər çox oldu. Bu görüşlərin təşkilində ölkəmizin İtaliyadakı səfirliyi mənə yaxından köməklik göstərdi.
- Hər ilMuzeylər gecəsikeçirilməsi ənənəyə çevrilmişdir. Builki tədbir barədə deyərdiniz?

- Hər il bahar fəslinin bir istirahət günü bu tədbiri keçiririk. Bu təşəbbüs Fransa Respublikasının Mədəniyyət Kommunikasiyalar Nazirliyinə mənsubdur. Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Muzeyi bu aksiyaya 2003-cü ildən qoşulub, 2005-ci ildə Fransa Respublikasının Mədəniyyət Kommunikasiyalar Nazirliyinin təşəkkürünü almışdır. Hazırda Azərbaycanda bütün muzeylər bu tədbiri keçirir. 2005-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin sərəncamı iləMuzeylər gecəsihər il (rəsmən) qeyd olunur. Tədbir mayın 17-də “Halay quraq, yallı gedəkqədim yallı rəqslərinin təqdimatı ilə açıldı. Rəqslər Rəhman Rasimoğlunun rəhbərlik etdiyi folklor qrupunun canlı ifası ilə müşayiət olundu. TədbirinNağıllar aləmindəadlı bölümündə məktəblər üçün interaktiv tamaşa-oyun təşkil olundu. Bununla yanaşı gün ərzindəHər sözün öz ahəngi, sənətin min bir çələngiadı altında Azərbaycan xalq sənətkarlarının hazırladığı suvenir xalçalardan, tikmələrdən, naxışlı saxsı qablardan ibarət əl işlərinin yarmarkası da təşkil olundu.

Ümumiyyətlə, bu tədbir gənc nəslə, uşaqlarımıza milli-mənəvi dəyərlərimizi aşılamaq məqsədi daşıyır.
- Beynəlxalq Muzeylər Günü ilə bağlı mayın 18-də “dəyirmi masada təşkil edəcəksiniz. Hansı mövzu ətrafında müzakirələr aparılacaq?
- Mədəniyyət Turizm Nazirliyi, Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin Beynəlxalq Muzeylər Cünü münasibətilə keçirdiyi tədbir “XXI əsrin muzeyi: problemlər, perspektivlərmövzusuna həsr olunacaq. Tədbirdə ABŞ-ın Kobi LTD fondunun icraçı direktoru L. E. Mintz da iştirak edəcək. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasından, muzeylərdən nümayəndələr tədbirə qatılacaqdır. Artıq biz orada oxunacaq məruzələr toplusunu da çap etmişik.

Son olaraq demək istəyirəm ki, ölkəmizdə müzey işinə qayğı həqiqətən artmışdır. Bu, ilk növbədə muzey işçilərinin məsuliyyətini artırır. Onlar xalqımızın milli-mənəvi dəyərlərinin qorunub, gələcək nəslə çatdırılması üçün bütün imkanları səfərbər etməlidirlər.

 

Xalq qəzeti.- 2008.- 18 may.- S. 6.