Dağlıq
Qarabağdakı mədəni abidələrin qorunması
vacib məsələdir
Koişiro Matsuura:
"Münaqişənin həlli istiqamətində
nəticə əldə olunmadığından UNESCO
Dağlıq Qarabağdakı tarixi abidələrin qorunması
ilə bağlı heç bir addım ata bilmir"
"Dağlıq
Qarabağdakı mədəni abidələrin qorunması
vacib məsələdir".
APA-nın
məlumatına görə, bu sözləri UNESCO-nun baş
direktoru Koişiro Matsuura deyib.
Dağlıq Qarabağ
probleminin siyasi məsələ olduğunu qeyd edən baş
direktor münaqişənin həlli istiqamətində
hələlik heç bir nəticə əldə
olunmadığından, UNESCO-nun da tarixi abidələrin
qorunması ilə bağlı hansısa addım ata
bilmədiyini bildirib: "UNESCO siyasi təşkilat olmadığından,
indiki mərhələdə biz bu məsələlərə
müdaxilə edə bilmirik.
Bununla belə, UNESCO
beynəlxalq təşkilat kimi prosesi diqqətlə
izləyir". Matsuura UNESCO-nun regiona faktaraşdırıcı
missiya göndərməyi
planlaşdırdığını, ancaq səfərin nə
vaxt baş tutacağının hələlik məlum
olmadığını söyləyib: "Bu missiyanın
baş tutması asan olmayacaq".
Xalq cəbhəsi.- 2008.- 16 may.- S. 9.