Ələsgərov B.
Qürbətdə qalan abidəmiz
İrəvan
xanlığının ərazisində iki böyük
müdafiə qalası olmuşdur. Bunlardan biri də
İrəvan qalası idi. Bu qala Sərdərabad qalası
ilə müqayisədə daha qədim tarixə və
böyük ölçülərə malik idi.
Əlverişli təbii
mövqedə tikilmişdi. Onun tikintisi üçün iti
axan Zəngi çayının sağ tərəfindəki
sərt sahildə yerləşən hündürlük
seçilmişdi. Bu sahil qalanın qərb tərəfıni
təşkil edirdi. Ona görə həm iti axan çay, həm
də onun sərt sahili üzərindəki hündür
divarlar bu istiqamətdə qalanın müdafıə
imkanlarını xeyli artırırdı.
Qala, demək olar ki,
kvadrat formasında tikilmişdi. Yalnız onun qərb divarı
Zəngi çayının sahilboyu salındığından
qövsvari formada idi. Qalanın divarları daşdan və
çiy kərpicdən hörülmüşdü.
Bayırdan tikilən divarların hündürlüyü
beş sajen yarım idi. Bəzi məlumatlara görə
həmin divarda 17 bürc olmuşdu. Daxili divarlar isə birinci
divardan daha hündür idi. Bu plana görə divarı
götürülmüşdü, düşmən birinci
keçə bilsəydi, daha hündür olan ikinci divarla
üzbəüz gəlməli və bu divarlar
arasındakı kiçik sahədə onların
fəaliyyəti xeyli çətinləşməli idi.
İkinci divarda da çoxlu bürclər var idi. Biri
şimalda, o biri isə cənubda yerləşirdi. Onlar
Təbriz və Şirvan divarları
adlandırılırdı. Darvazalar qalın taxtadan
düzəldilmiş və onların üzərinə
dəmir lövhələr vurulmuşdu. Darvaza
keçidləri elə düzəldilmişdi ki, buradan
arabaların gəlib getməsi çətin idi. Qalanın
darvazalarını xüsusi keşikçi
dəstələri qoruyurdu.
Qala divarlarının
qalınlığı da çox böyük idi. Onların
ölçüləri hətta top mərmilərinə davam
gətirirdi.
Uzunmüddətli
mühasirəyə davam gətirmək üçün gizli
yolla qalanın daxilinə su xətti çəkilmişdi. Rus
qoşunlarının ikinci hücumu zamanı bu xətt
tapılıb dağıdılmışdı.
Qalanın müdafiə
qüdrətini artırmaq üçün onun
ətrafında su saxlancları yaradılmışdı. Bu su
saxlancları qurudan birbaşa qala üzərinə hücumu
qeyri-mümkün edirdi. Onları keçməyə cəhd
göstərənləri isə qala divarları
üzərindən asanlıqla vurmaq olurdu.
Su saxlancları
xüsusi plan üzrə pilləli şəkildə tikilmişdi.
Qırxbulaq çayından gil borularla gələn su şimal
darvazası yanında xüsusi su saxlancına
tökülürdü. Su qalanın şərqinə və
cənubuna uzanan yuxarı saxlancı doldurduqdan sonra gil borularla
aşağı saxlanca tökülüb onu doldururdu.
Fransız səyyahı
J.Şarderi şahidi olduğu İrəvan qalasını
təsvir edərkən göstərir ki, onu müstəqil bir
şəhər kimi qəbul etmək olar. Qala
divarlarının uzunluğu dörd min addım olan bu
şəhərcikdə 800 ev var idi. Fransız
səyyahının şəhadətinə görə qalada
yalnız azərbaycanlılar yaşayırdı.
Ermənilər isə bura yalnız ticarətə
gəlirdilər. Qalanın daxilində bir neçə
erməni dükanı mövcud idi. Ermənilər
gündüz burada sövdəgərliklə məşğul
olduqdan sonra axşam qaladan çıxıb yaxınlıqda
yerləşən şəhərə yollanırdılar.
Qala daxilində
şəhərsalma Şərq üslubunda idi.
Küçələr xeyli dar, evlərin divarları isə
hündür idi. Küçədən evin həyətini
müşahidə etmək çətin olurdu. Rusların
İrəvan qalası üzərinə sonuncu hücumunda
iştirak etmiş dekabrist E.Naçinovun qeydlərinə
görə qala daxilində iki məscid olduğu qeyd edilir.
Bəzi ədəbiyyatda mövcud olan məlumatlara
görə isə qala daxilində 4 məscid var idi. Onlardan
ən qədimi qalanın əsası qoyulduğu illərdə,
1510-cu ildə Şah İsmayıl Xətainin
göstərişi ilə tikilmişdi. Sərdar
sarayının yaxınlığında olan Cümə
məscidinin əsasını isə Şah Abbas qoymuşdu.
Bu məsciddə mədrəsə, kitabxana və qonaq
otaqları yerləşirdi.
Qalanın daxilindəki
ən möhtəşəm tikili Sərdar sarayı idi. Burada
İrəvan xanlığının həm dəftərxanası
və həm də hərəmxanası yerləşirdi.
Verilən məlumatlara görə Sərdar sarayının
əsası elə qala tikildiyi vaxtdan qoyulmuşdu.
Lakin sonrakı illərdə
bu tikili əsaslı şəkildə təkmilləşdirilmiş
və böyük bir memarlıq incisinə
çevrilmişdi. Xüsusən
XVIII əsrin sonlarında Hüseynəli xanın
və onun oğlu Məhəmməd xanın I dövründə
memar Mirzə Cəfər tərəfindən görülən
quruculuq işləri sarayı daha baxımlı və
bütöv etmişdı.
Dekabrist Naçinov
öz qeydlərində ermənilər tərəfmdən
artıq dağıdılmış olan Sərdar
sarayının da mükəmməl təsvirini verir.
Azərbaycan memarlıq
sənətinin incilərindən olan bu sarayın ən
gözəl otaqlarından biri xanın otağı idi.
E.Naçinova görə sonsuz zövq və ustalıqla
bəzədilmiş bu otaqda maraqlı rəsmlər və
portretlər asılmışdı. Sarayın
qarşısında Sərdarın yay qəbul zalı
yerləşirdi. Yay qəbul zalı da böyük zövqlə
bəzədilmişdi. Yay qəbul zalının bir divarında
Fətəli şahın taxtda rəsmi vəziyyətdə,
oturduğu Abbas Mirzə xanla qardaşı Həsən xanın
və iki kürd döyüşçüsünün
rəsmləri çəkilmişdi.
Sarayla üzbəüz
Zəngi çayının o biri sahilində isə Sərdar
bağı salınmışdı. Bağın bir hissəsində
meyvə ağacları, üzümlük salınmış,
bir hissəsinə isə kölgəlik üçün
ağaclar əkilmişdir. Bağda istirahət
üçün eyvan və otaqlar tikilmişdi.
İrəvanın sonuncu mühasirəsi zamanı xanın
göstərişi ilə bağın ağaclarının bir
hissəsi qırılmışdı ki, rus qoşunlarının
hərəkətini yaxşı müşahidə etmək
mümkün olsun.
İrəvan
şəhəri qalanın şimalında tikilmişdi. Qala
ilə şəhər arasında müəyyən
qədər məsafə var idi. Onun
möhtəşəmliyini rus generalları da
dəfələrlə öz raportlarında qeyd etmişdilər.
Təsadüfı deyil ki, İrəvan qalasını
işğal etdiyinə görə general Paskeviçə
İrəvanlı təxəllüsü verilmiş və bu
qalanın tutulması Sankt-Peterburq şəhərində
imperatorun özünün iştirakı ilə
təntənəli şəkildə qeyd edilmişdir.
Yeni Mədəni-maarif jurnalı.- 2008.- ¹ 5.- S. 53-54.