Əliyev R.
Salyanın tarix və
mədəniyyət abidələri
Azərbaycan dünya
mədəniyyətinə gözəl töhfələr
vermişdir. Bu sırada tarix və mədəniyyət
abidələri xüsusi yer tutur. Mənim
yaşadığım Salyan rayonunda da ölkə və yerli
əhəmiyyətli belə abidələr çoxdur. Rayonumuzun
təbiəti və coğrafi mövqeyinin əlverişli olması
qədimdən bıırada insanların məskunlaşmasına
şərait yaratmışdır. Burada, xalqımızın
tarixi kcçmişini, adət-ənənəsini, həyat
tərzini, məişətini, dini əqidələrini
özündə əks etdirən yaşayış məskənləri
və qəbiristanlıqlar dövrümüzə
qədər gəlib çatmışdır. Salyanın bir
çox kəndlərində qədim yaşayış
məskənləri tapılmışdır. Belə
yaşayış məskənlərindən Babazanlı,
Marışlı, Mahmudabad, Noxudlu, Qırxçıraq,
Yuxarı Xalac, Bəndovan, Qarabağlı və
digərlərini göstərmək olar. Arxeoloji
qazıntılar zamanı bu ərazilərdən ocaq
yerləri, taxıl anbarları, şirli və şirsiz
saxsı qablar, zinət əşyaları, miixtəlif
dövlətlərə məxsus mis pullar, gildən
düzəldilmiş çıraqlar və s. tapılmışdır.
Qazıntılar zamanı tapılmış saxsı
əşyalar tarix-diyarşünaslıq muzcyində qorunur.
Dövrümüzə
Kürsəngi (e.ə. II-e.ə. III əsrlər), Xurşud
(orta əsrlər), Qırxçıraq (orta əsrlər)
küp qəbirləri nekropolları və s. gəlib
çatmışdır.
XIX əsrdə və XX
əsrin əvvəllərində Salyan şəhərində
bir çox məscid, mədrəsə, inzibati binalar və
xeyli sahibkar mülkləri tikilmişdir. Bunların
bəziləri özünün gözəl memarlıq
komponentləri ilə diqqəti cəlb edir. Bu tikililər
forma, memarlıq bəzəklərinə görə tikildiyi
dövrün və yerləşdiyi ərazinin memarlıq
xüsusiyyətlərini əks etdirir.
XIX əsrdə
tikilmiş Cümə məscidi arxitektura baxımından
təkrarolunmaz memarlıq abidəsidir. Bu məscidin
gözəllik və tikiliş quruluşu rayonumuza
gələn memarları və turistləri heyran edir.
Cümə məscidindən əlavə, Şilli (1903-1904),
Ağa Mirəşrəf ağa (1904), Hacı Səməd
(XIX əsr), Hacı Tağı məscidlərini (1907),
Qovurğa (orta əsrlər), Xilə Şəkər pirini
(XIX əsr), Mirsədirin (XIX əsr), Hacı
Tağının (XIX əsr), Hacı Əlihəsənin
(1851), Məşədi Səməd Abdulhəsən oğlunun
(1885), Molla Hacı İmanqulu Əhmədovun evini (1896),
Hacı Cəbrayılın (1892), Məşədi Abbas
Hüseynovun (1914), Mirxalıq Abdullayevin evlərini (1913),
Hacı Mehdinin hotelini (1895-1897) və s. göstərmək
olar. Hacı Mehdinin hoteli və Mirxalıq Abdullayevin evi dövrün
Avropa stilində, qotik üslubda tikilmiş tarix və
mədəniyyət abidəsidir. Dövlətimiz
müstəqillik qazandıqdan sonra abidələrimizin
qorunması işində əsaslı dönüş
yaranmışdır. İstər ulu öndərimizin,
istərsə də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tarix və mədəniyyət
abidələrimizin qorunması, tədqiqi və
mühafizəsi haqqında imzaladığı
çoxsaylı fərman və sərəncamları
abidələrin qorunmasında böyük
irəliləyişə səbəb oldu. Bu
irəliləyiş rayonumuzda da özünü
göstərməkdədir.
Mədəniyyət.- 2008.- 17 may.- S. 10.