Hacıyev A.

 

Yeni layihənin təqdimatı

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin gənc memarları ilə İtaliyanın Florensiya Universitetinin Memarlıq Məktəbinin müəllim və tələbələrinin Bakının İçərişəhər abidələrinin timsalında memarlıq irsinin qorunması və ona müasir dövrdə yeni həyat verilməsi problemlərinə həsr olunmuş layihənin növbəti turunun yekunlarının təqdimat mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova açaraq bildirdi ki, respublikanın ali məktəblərində Avropa təhsil sisteminə inteqrasiya istiqamətində son zamanlar çoxsaylı tədbirlər həyata keçirilir. Bu tədbirlərin məqsədi Avropanın nüfuzlu ali məktəblərində mütəxəssis hazırlığı metodikası ilə yaxından tanış olmaq, Bolonya sisteminin tələblərini öyrənmək, mütərəqqi yenilikləri Azərbaycan ali təhsil sisteminə tədbiq edərək ölkəmizi gələcəkdə dünya standartlarına uyğun mütəxəssislərlə təmin etməkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər içərisində müəllim-tələbə mübadiləsinin, birgə layihələrin böyük əhəmiyyəti var.
Rektor çıxışında qeyd etdi ki, Azərbaycan Memarlıq İnşaat Universiteti İtaliyanın elm təhsil müəssisələri ilə artıq bir neçə ildir ki, əməkdaşlıq əlaqələri saxlayır. Mövcud əlaqələr hazırda yeni bir layihə ilə davam etdirilir. YUNESKO-nun İtaliyanın Mədəniyyət Nazirliyinin maddi dəstəyi zəminində Florensiya Universitetinin Memarlıq Məktəbi ilə həyata keçirilən bu layihə memarlıq irsinin qorunması, bərpası müasir şəraitdə istifadəsinə həsr edilmişdir. Layihə Florensiyada Bakıda keçiriləcək müəllimlərin konfranslarından tələbələrin təcrübi seminarlarından ibarətdir. Hazırda AMİU-nun memarlıq fakültəsinin Florensiya Universitetinin Memarlıq Məktəbinin müəllim tələbələri İçərişəhərdə belə bir praktik seminarda iştirak edirlər. Onlar qədim Bakının memarlıq abidələrinin timsalında memarlıq irsinin qorunması ona müasir dövrdə yeni həyat verilməsi problemini təcrübəli mütəxəssislərin köməyi ilə birgə araşdırırlar.
Mərasimdə çıxış edən İtaliyanın Azərbaycandakı səfirinin xanımı Marinella Maşa "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğunda gördüyü abidələrlə bağlı təəssüratlarından söhbət açdı. O bildirdi ki, bu unikal maddi mədəniyyət abidələri dünya memarlıq irsinin nadir incilərindəndir.
Marinella Maşa hər iki universitet tələbələrinin memarlıq irsinin öyrənilməsi qorunması sahəsində gördüyü işləri çox yüksək dəyərləndirdi.
Florensiya Universitetinin professoru Maurisio de Vita layihə çərçivəsində görülən işlərdən geniş söhbət açdı. O, YUNESKO-nun "Dünya mədəni irsi" siyahısına daxil olan İçərişəhərin qorunması məsələsinə toxunaraq qeyd etdi ki, Azərbaycan İtaliya mütəxəssislərinin təklifləri indiki şəraitdə olduqca əhəmiyyətlidir. Professor italiyalı gənc memarların iki həftə ərzində İçərişəhərdə gördüyü işlərin çox səmərəli olduğunu vurğuladı bu işlərin bir çoxunu virtual görüntülər vasitəsilə tədbir iştirakçılarına təqdim etdi.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tarixi irsin mühafizəsində, təmir-bərpa konvensiya işlərinin aparılmasında böyük təcrübəyə malik olan italiyalı həmkarları ilə birgə işləməyin faydalı olduğunu söylədi bu layihəyə dəstək verən İtaliyanın Universitetlər Tədqiqatlar Nazirliyinə, bu ölkənin Azərbaycandakı səfirliyinə öz təşəkkürünü bildirdi.

Azərbaycan.- 2008.- 7 may.- S. 12.