“Arabian Travel Market-2008" beynəlxalq
turizm sərgisi öz işinə başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) Dubay şəhərində "Arabian Travel
Market-2008" (ATM) beynəlxalq turizm sərgisi öz
işinə başlayıb. Sərgidə Azərbaycanı
Mədəniyyət və Turizm Nazirliyi Turizm
şöbəsinin sektor müdiri Mahir Qəhrəmanov və
böyük məsləhətçi Səbinə Rzadayeva
təmsil edir. Bu barədə məlumatı nazirliyin Turizm
şöbəsinin Marketinq və təbliğat sektorunun
əməkdaşı Cəlil Məlikov verib. C.Məlikov
sərgidə ölkəmizin turizm potensialının 40 kv.
metr stendlə nümayiş olunduğunu bildirib. Onun
sözlərinə görə, mayın 9-dək davam
edəcək sərgidə Azərbaycanın gözəl
guşələri, tarixi-memarlıq abidələri, mehmanxana,
turizm obyektləri xüsusi reklam və çap
məhsulları vasitəsilə təbliğ olunacaq.
Mövqe.- 2008.- 8-12 may.- S. 10.