Cabbarlı A.

 

Abşeron sanatoriyaları yay mövsümünə hazırdır

 

Sağlamlıq ocaqlarının kollektivləri bu mövsümdə yüksək xidmət, səmərəli müalicə vəd

edirlər


Əhalinin sağlamlığının qorunması, vətəndaşlırn istirahətinin səmərəli təşkili, sosial-məişət problemlərinin həlli Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir.
Bu, bir danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqın sosial problemlərinin yoluna qoyulması istiqamətində uğurlu addımlar atılmış, vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı sosialyönümlü siyasətin həyata keçirilməsi gücləndirilmişdir.
Heydər Əliyevin Azərbaycanda kurort şəbəkəsinin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlər bu gün böyük qürur hissi ilə xatırlanır. Məhz ümummilli liderin təşəbbüsü, cəsarətli mübarizəsi nəticəsində keçmiş SSRİ Nazirlər Soveti 1970-ci il avqustun 27- "Naftalan", "İstisu" kurortları Xəzərin qərb sahillərinin kurort zonasına çevrilməsi barədə" qərar qəbul etmişdi. Bundan sonra həmin ərazilərdə sağlamlıq ocaqları şəbəkəsinin tikintisi geniş miqyas aldı. 1983-cü ilin aprelində SSRİ Nazirlər Sovetinin "Xəzər dənizinin Azərbaycan SSR-ə aid sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması haqqında" qərarı da ulu öndərin doğma vətənini kurortlar ölkəsi kimi görmək istəyinin məntiqi nəticəsi idi.
Ümummilli liderin ölkəmizin kurort-sanatoriya şəbəkəsinin təkmilləşdirilməsi, əhalinin sağlamlığının qorunması ilə bağlı həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının "Azərbaycan kurortlar
ı Dövlət Proqramı haqqında" 2007-ci il 27 fevral tarixli sərəncamı Həmkarlar İttifaqları sistemində kurortlar şəbəkəsinin inkişafına böyük təkan vermişdir. Xatırladaq ki, bu proqramın layihəsi hazırlanarkən AİHK-in təklifləri nəzərə alınmışdır.
Ölkə ərazisində təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin kurortların öyrənilməsi, istifadəsi, inkişafı mühafizəsi sahəsində yaranan münasibətləri tənzimləyən "Təbii müalicə ehtiyatları, müalicə sağlamlaşdırma yerləri kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun təsdiqi bu qanunun tətbiq edilməsi ilə bağlı Prezident İlham Əliyevin 2008-ci il mayın 7- imzaladığı fərman təbii müalicə ehtiyatlarından istifadə əsasında xəstələrin müalicəsi, profilaktikası istirahətin təşkili üzrə həyata keçirilən elmi-praktik fəaliyyətin istiqamətlərinin müəyyənləşdirilməsində müstəsna rol oynayacaq.
AHİK "Kurort" Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasiyev ölkədə sanatoriya-kurort şəbəkəsində nəzərəçarpan inkişafını, əhaliyə daha yüksək səviyyədə xidmətin təşkilini dövlət başçısı İlham Əliyevin bu sahəyə yaxından kömək dəstəyinin nəticəsi kimi dəyərləndirir:
- Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı siyasi varisi cənab İlham Əliyev bu yaxınlarda Naftalan şəhər sakinləri ilə görüşündə bir sıra taleyüklü məsələlərlə yanaşı, əhalinin normal istiahəti, müalicəsi onların sosial problemlərinin həlli ilə bağl
ı dövlət qarşısında duran vəzifələrdən bəhs etmişdir. Son vaxtlar Naftalan kurort şəbəkəsinin inkişafını yüksək qiymətləndirən dövlət başçısı buradakı şəfa ocaqlarının əvvəlki şöhrətinin qaytarılmasını olduqca zəruri məsələ kimi önə çəkmişdir.
Doğrudan da, xatırlatmaq yerinə düşər ki, SSRİ dönəmində Naftalan Ümumittifaq əhəmiyyətli kurortlar siyahısında öncül yerlərdən birini tuturdu. Təbii müalicə ehtiyatlarına, güclü həkim mütəxəssis korpusuna malik "Naftalan" o illərdə hər 20 gündən bir beş minədək adama yeni həyat verir, xəstələrə onların yaxınlarına böyük sevinc bəxş edirdi. 1982-1986- illərdə mən də Naftalanda sıravi həkim kimi fəaliyyət göstərirdim bu kurortda şəfa tapanların hansı hisslər keçirdiklərini yaxşı xatırlayıram. İndi burada öz yurd-yuvalarından didərgin düşən yüzlərlə soydaşımız məskunlaşıb. Bununla yanaşı, bir sıra korpusların təmiri, yenidən qurulması, müasir tələblərə uyğunlaşdırılması barədə ölkə başçısının tapşırıq tövsiyələrinin tezliklə reallaşacağına bu şəfa ocağına üz tutanların sayının yenidən artacağına inanırıq.
İndi Azərbaycanda "Naftalan"la yanaşı, "Şıx", "Günəşli", "Abşeron", "Bilgəh", "Qaranquş" kimi məşhur sanatoriyalar əhalinin MDB ölkələrindən müxtəlif turizm təşkilatlarının xətti ilə gələnlərin ixtiyarındadır. Bu sanatoriyalarda eyni vaxtda 1100 adama xidmət olunur. Yalnız "Bilgəh" kardioloji sanatoriyasında hazırda 400 nəfər öz sağlamlığını bərpa edir. "Şıx", "Naftalan", "Günəşli" sanatoriyalarında aparılan yenidənqurma bərpa işlərindən sonra çarpayıların sayı xeyli artırılacaq.
Mən 20 illik baş həkimlik təcrübəsinə malik mütəxəssis kmi daşıdığım vəzifəyə yarım il əvvəl təyin olunmuşam. Birgə səylə, sanatoriya-kurort şəbəkəsinin öz işini yaxşı bilən, səriştəli, qabiliyyətli kollektivlərinin köməyi ilə bu qısa müddətdə nəzərəçarpan işlər görə bilmişik. Əlbəttə, əvvəllər heç bir görülmədiyini, passivlik göstərildiyini demək düzgün olmazdı. Amma məsələyə kompleks yanaşmağın, sahənin spesifik cəhətlərini nəzərə almağın zəruriliyi üzə çıxır. Yeni korpus kotteclərin istifadəsi, kosmetik təmir işləri, maddi-texniki təchizatın yaxşılaşdırılmasına səy göstərilməsi hələ işin hamısı deyil. Kurorta gələn, dincəlmək müalicə almaq istəyində olanlar hər hansı çatışmazlığı dərhal duyur buna, sözün açığı, sərt reaksiya verirlər. Məsələn, suyun verilməsində yaranan fasilələr, yaxud səhər yeməyi vaxtı hansısa sifarişə dərhal əməl olunmaması pasiyentdə haqlı narazılıq yaradır bu, əslində "günün hadisəsi" çevrilir. Əlbəttə, rezonans doğuran amillər çoxdur sanatoriya-kurort sistemində müalicə istirahətə kompleks, geniş spektrdə yanaşılmadıqda giley-güzar narazılıqların baş alıb getməyəcəyinə heç kim təminat verə bilməz.
AHİK rəhbərliyinin tövsiyəsi ilə mövcud normativlərə əsaslanaraq hazırlanmış xüsusi proqramın maddələrini ardıcıllıqla prinsipiallıqla həyata keçiririk. Fəaliyyətimizdə birinci, ikinci, beşinci dərəcəli vəzifə yoxdur. Hər bir xırda məsələ bizim üçün prioritet hesab olunur. Yeməyin keyfiyyəti, çeşidin bolluğu, qab-qacağın, mebelin, yataq dəstlərinin yerində olması, sanitar-gigiyenik vəziyyət, suyun, elektrik enerjisinin verilməsindəki fasiləsizlik, xidmətçilərin, həkim tibb bacılarının davranış mədəniyyəti, pasiyentlərlə ünsiyyət yaratmaq qabiliyyəti - bütün bunlar sanatoriya-kurort həyatının kompleksini tamamlayan vacib elementlərdir. Saydığım nüansların biri unudulduqda, yaxud bilərəkdən diqqətdən qaçırılanda bütün əziyyətimiz, demək olar ki, boşa çıxır. Çünki adi gileyi biz əməyimizə verilən qiymət kimi qəbul edirik. Təbii ki, heç kim çəkdiyi əziyyətin heçə getməsini istəməz.
Sanatoriyalarda müalicənin effektivliyinin artırılması üçün köklü islahatlar aparılır. Yeni müalicə aparatları alınır, palatalar günün tələbləri səviyyəsində təmir olunur, həkim tibb bacılarının ixtisasının artırılması üçün şərait yaradılır. Hazırda "Qaranquş", "Günəşli" "Abşeron" sanatoriyalarının birgə diaqnostik mərkəzi yaradılır. "Abşeron"da fəaliyyət göstərəcək mərkəz işə başlayandan sonra bu şəfa ocaqlarında dincələnlərə, habelə yaxın kənd qəsəbələrin sakinlərinə xidmət göstərəcək. Bu sanatoriyalarda istilik sisteminin tamamilə yenilənməsi, fasiləsiz isti soyuq suyun verilməsi il boyu fəaliyyət göstərməyə şərait yaradır. "Bilgəh" sanatoriyasında bahalı yollayışlarla gələnlər üçün VİP sistemli yeməkxananın istifadəyə verilməsi yaxın aylarda İsveç stolu üsuluna keçilməsinə hazırlıq da yeni mövsümün yeniliklərindəndir.
Yay istirahət sağlamlıq mövsümü artıq start götürmüşdür. "Kurort" Səhmdar Cəmiyyətinin tabeliyində olan şəfa ocaqları növbəti sınağa tam hazırdır. Yüksək kateqoriyalı həkimlər, tibb bacıları, bacarıqlı mədəni-kütləvi işçilər, əli ruzulu, bərəkətli aşpazlar əlbəttə ki, saf təmiz Abşeron havası, Xəzərin qumlu sahilləri yolunuzu gözləyir.

Azərbaycan.- 2008.- 25 may.- S. 8.