Fəxriyyə
Naxçıvanda
beynəlxalq konfrans keçirildi
Məlum olduğu kimi,
2006-cı ilin 9-12 sentyabr tarixlərində
respublikamızın paytaxtı Bakı şəhərində
keçirilən İslam Konfransı Təşkilatına
üzv dövlətlərin turizm nazirlərinin beşinci konfransından sonra həmin
təşkilata Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev sədrlik edir. Bununla
əlaqədar sədrlik çərçivəsində bir sıra
tədbirlər həyata keçirilir. Bu tədbirlər
silslləsi sırasından növbəti beynəlxalq konfrans
mayın 20-22-də Naxçıvan Muxtar Respublikasında
baş tutdu.
"Dini və
sağlamlıq turizmin mənəvi və fiziki istirahətin
təşkili" adlı beynəlxalq konfransın əsas
məqsədi islam dünyasında dini turizmin və ziyarətlərin
əhəmiyyəti üzrə təcrübə
mübadiləsindən, din və sağlamlıq ocaqlarının
mahiyyəti, onun turizm məqsədləri üçün
səmərəli idarə edilməsi yolları,
həmçinin davamlı inkişaf üçün dini
və sağlamlıq turizmi çərçivəsində
dövlət dəstəyinə dair qarşılıqlı
müzakirələrin aparılması və bu sahədə
İslam Konfransı Təşkilatına üzv
ölkələrə müvafiq tövsiyələrin
hazırlanmasından ibarətdir. Konfransın işində 10
islam ölkəsindən olan nümayəndələr
iştirak edir. İki beynəlxalq təşkilatın –
Dialoqla Əməkdaşlıq Uğrunda İslam Konfransı
Gənclər Forumu və İslam Ttcarət
İnkişafı Mərkəzi də tədbirə
qatılıb.
Azərbaycan
tərəfindən isə konfransda Mədəniyyət və
Turizm, Səhiyyə nazirliklərinin, Bakı Turizm və İnformasiya
Mərkəzinin, Qafqaz Müsəlmanları idarəsinin, Dini
Qurumlarla iş üzrə Dövlət Komitəsinin,
İqtisad Universitetinin, Azərbaycan Milli Elmlər
Akademiyası Əlyazmalar İnstitutunun, Azərbaycan Turizm
İnstitutunun, Azərbaycan Respublikası Turizm və
Ekskursiyalar Şurasının, Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin və yerli turizm
şirkətlərinin nümayəndələri iştirak
edirlər.
Qeyd edək ki, konfransın
birinci günü plenar iclas yekunlaşıb, ikinci günü
isə tədbir iştirakçıları muxtar respublikanın
ərazisinə ekskursiya ediblər.
Konfransın gedişi
və nəticələri ilə bağlı növbəti
sayımızda geniş material dərc edəcəyik.
Mədəniyyət.- 2008.- 22 may.- S. 9.