Həqiqət
Azərbaycan Kubanın
turizm sektoruna investisiya qoymaqda maraqlıdır
Kubanın Ticarət
və Sənaye Palatasının prezidenti Raul Besseranın
rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi
İnkişaf Nazirliyində olub. Nazir Heydər Babayevlə
keçirilən görüşdə iki ölkə
arasındakı iqtisadi əlaqələrin mövcud
vəziyyəti və əməkdaşlıq perspektivləri
müzakirə edilib. Bu barədə məlumat verən
nazirliyin mətbuat xidmətindən bildirilib ki. H.Babavev
Azərbaycan və Kuba arasındakı iqtisadi
əlaqələri daha da inkişaf etdirmək üçün
real imkanların olduğunu vurğulayıb: "Bu imkanlardan
daha səmərəli istifadə edilməsi hər iki
ölkə üçün faydalı ola bilər. Azərbaycan
və Kuba arasında əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın və
Parlamentlərarası Dostluq Qrupunun fəaliyyəti isə iki ölkə
arasındakı əlaqələrin gələcəkdə
də inkişafı üçün perspektiv yaradır".
Görüşdə
Azərbaycan sahibkarlarının 2007-ci ilin noyabr ayında
Havanada keçirilmiş 2-ci Regional Biznes Forumda iştirak
etməsi və kubalı həmkarları ilə işgüzar
görüşlər keçirməsindən də söz
açılıb. Nazir bildirib ki, orada təşkil edilmiş
sərgidə nümayiş etdirilən Azərbaycan
məhsulları kubalılar tərəfindən maraqla
qarşılanıb: "Bu cür tədbirlərin davam etdirilməsi
də iş adamları arasında tərəfdaşlıq
əlaqələrinin genişlənməsində əhəmiyyətlidir".
Kubanın Ticarət
və Sənaye Palatasının prczidcnti Bessera isə
ölkəsinin Azərbaycanla əməkdaşlıqdan
məmnunluğunu ifadə edib. Aprel ayında Kubanın neft
sənayesi mütəxəssislərindən ibarət
nümayəndə heyətinin Bakıda səfərdə
olduğunu xatırladan Bcssera qeyd edib ki, səfər
çərçivəsində nümayəndə heyəti
Azərbaycanın neft sənayesi ilə yaxından
tanış olub. Ölkəmizdə neft sənayesinin
inkişafını müsbət qiymətləndirən
kubalı qonaq məişət avadanlıqlarının - kondisioner,
televizor və s. istehsalı ilə də maraqlanıb. Nazirlikdən
qeyd edilib ki, qonaqlara bu sahədə fəaliyyət
göstərən müəssisələr - Bakı
Kondisionerləri zavodu, eləcə də Şamaxıda
məişət avadanlıqları istehsal edən "Star LTD"
zavodu barədə də məlumat verilib. Görüşdə
həmçinin turizm, səhiyyə, təhsil və s.
sahələrdə əməkdaşlıq
məsələləri də müzakirə olunub.
Görüşdə o da qeyd edilib ki, Azərbaycan və Kuba
təhsil sahəsində tələbə mübadiləsi
həyata keçirə, eləcə də
ixtisaslaşmış səhiyyə
mütəxəssislərinin potensialından istifadə
edə bilərlər. H.Babayev Azərbaycanın Kubanın
turizm sektoruna investisiya qoymaqda maraqlı olduğunu da qeyd edib.
Kaspi.- 2008.- 17-19 may.- S. 8.