Xəzər sahilində ilk beşulduzlu hotel Nabranda yaradılmış bu istirahət kompleksində yüksək xidmətə təminat verilir

 

Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Nabran qəsəbəsində, Xəzər sahilində dünya standartlarına cavab verən ilk beşulduzlu istirahət mərkəzi açılmışdır.
Oriental Hotelbeynəlxalq hotellər şəbəkəsinə daxil olanCaspian Sea Resortistirahət mərkəzinin meneceri Teymur Coşqun mətbuat konfransında bildirmişdir ki, hotelin açılışı bütün siyasi fəaliyyəti boyu Azərbaycanın tərəqqisi üçün çalışmış ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuşdur.
T.Coşqun vurğulamışdır ki, son illər Azərbaycanın sürətli iqtisadi inkişafı turizm biznesinin sürətli yüksəlişinə səbəb olmuşdur. Yeni yolların salınması, dünya standartlarına cavab verən infrastrukturun yaradılması bu sahənin inkişafına böyük təkan verir. Azərbaycanın adamları ölkənin regionlarının inkişafı ilə əlaqədar layihələrin gerçəkləşdirilməsinə qoşulmuşlar.
Menecer bildirmişdir ki, istirahət mərkəzində tikilən altı korpusun hərəsinə Azərbaycan şəhərlərindən birinin adı verilmişdir. Kompleks ümumilikdə gündə 116 adam qəbul edə bilər. 24 hotel otağı, habelə 2 prezident-lyuks nömrəsi beşulduzlu hotel standartlarına uyğun avadanlıqla təchiz edilmişdir.
Standart hotel otağının bir günlük qiyməti 210 manatdır.
“Caspian Sia Resort” beşulduzlu hotelin tam infranstrukturuna malikdir. Mehmanxanada hovuzu olan sağlamlıq mərkəzi, bir neçə bar, restoran, konfrans salonu vardır. Qonaqlar avtokar bir sıra digər xidmətlərdən istifadə edə bilərlər. Heyətin geyimi, restoranın avadanlığı mehmanxana-servis inventarı mehmanxana biznesi sahəsində məşhur əcnəbi istehsalçı firmalara sifariş verilmişdir.
Teymur Coşqunun sözlərinə görə, istirahət zonasının fərqləndirici cəhəti yüksək səviyyəli xidmətdir. Gün ərzində 60 nəfərlik heyət dincələnlərə xidmət göstərəcəkdir. Kompleksin rəhbərliyi təhlükəsiz istirahətin təşkili üçün əlindən gələni etmişdir. Hovuz ətrafında, habelə dəniz kənarında xilasedicilər növbə çəkəcəklər. Kompleksdən dəniz sahilinədək tikilən piyada estakadası intensiv avtomobil yolunu təhlükəsiz keçməyə imkan verir.
Kompleksin rəhbərliyi dəniz gəzintiləri üçün qayıqlar almaq, tennis kortu digər obyektlər tikmək niyyətindədir.
Hotelin açılış mərasimində Xaçmaz rayonunun rəhbərliyi, KİV nümayəndələri iştirak etmiş, incəsənət ustalarının konserti olmuşdur.

 

Xalq qəzeti.- 2008.- 15 may.- S. 5.