"Şahdağ" turizm kompleksinin müdiriyyəti yaradılıb

 

Məqsəd kompleksin vaxtında və keyfiyyətlə istifadəyə verilməsidir

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Qusar rayonundakı "Şahdağ" qış-yay turizm kompleksinin vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsi üçün tədbirlər həyata keçirilir.

Nazirlər Kabineti bu məqsədlə nazirliyin nəzdində təsərrüfat hesablı ""Şahdağ" qış-yay turizm kompleksi"nin müdiriyyətini yaratmaq barədə qərar verib. Yeni yaradılan müdiriyyət tikintinin layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarət edəcək, layihənin idarə olunmasını təmin edəcək, həmçinin tikintinin gedişində ortaya çıxan problemlərin operativ həllini təmin edəcək.

 

Şərq.- 2008.- 22 may.- S. 14.