Şamilqızı Ü.
Turizm İnstitutu xaricə tələbə göndərir
Məqsəd
Avropa təhsilinə yiyələnməkdir
Azərbaycan
Turizm İnstitutu Avstriyanın Krems Universiteti ilə birgə
işləmək məqsədilə müqavilə
imzalayıb. Müqaviləyə əsasən institutun tələbələrindən
başqa müəllim
və işçi heyəti də təcrübəsini artırmaq
üçün xaricə
göndəriləcək. Bu
proqram çərçivəsində
artıq institutun 7 nəfərdən ibarət
heyəti Avstriyanın
Krems Universitetində müəyyən kurslar keçib. Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov belə bir fikrin hələ
institut yaranmamışdan
əvvəl olduğunu
söylədi: "Turizm
İnstitutu mütləq
Avropanın aparıcı
ali məktəbləri
ilə əməkdaşlıq
edəcək. Biz bu strategiyaya uyğun olaraq hazırda Avstriyanın Krems Universiteti ilə birgə fəaliyyət göstəririk.
Ümumiyyətlə Turizm
İnstitutu yaranıb,
rəhbərliyi təyin
olunduqdan sonra biz imzalanan bu
müqavilə üzərində
işləməyə başladıq.
Təxminən bir il müddətində bu proqramla bağlı universitetlə yazışmalar,
görüşlər, müzakirələr
apardıq və yekun olaraq keçən
ilin yayında müqavilə imzalandı.
Bu işin əsas tərəfi isə tələbələrə
gələcəkdə ikili
diplomların verilməsidir.
Avropada bakalavr adətən 3 il müddətində olur, bizdə isə dörd illikdir. Bu səbəbdən biz birinci ili
tələbələrə Azərbaycanın tədris
standartlarına uyğun
olan pridmetləri keçməyə başladıq
və burada ingilis dilinin tədrisinə daha çox üstünlük
verdik. Hazırda bizim institutda
hər gün ingilis dilində dərslər keçirilir.
2-ci ildə isə xaricə göndərmək
üçün tələbələr
arasından ən yaxşılarını seçdik.
Çünki burada dil bilən və bacarıqlı tələbələrə daha
çox üstünlük
verilir. Hazırda
Avstriyaya 22 tələbənin
getməsi planlaşdırılıb.
Əslində bu say 25 nəfərdən ibarət idi, sadəcə olaraq onların bir hissəsi başqa beynəlxalq layihələr
çərçivəsində xaricə gediblər. Bu tələbələrə
dərsləri əsasən
xaricdən gələn
mütəxəssislər keçirlər,
amma bəzən biz yerli ekspertin
biliklərindən istifadə
edirik".
Cəfər
Cəfərov bildirdi ki, layihə
çərçivəsində tələbələr
müxtəlif müddətlərdə xaricdə təhsil
alma hüququnu institut daxilində keçirilən test
imtahanında üstünlük qazandıqdan sonra əldə
edəcəklər: "Həmin layihə Avropa Birliyinindir. Onun əsasında 16 Avropa Universitetinin koalisiyası yaradılıb.
Bu səbəbdən biz gələn ildən xaricdə təhsil almaq üçün göndərilən tələbələrin
sayını artırmaq
istəyirik. Çünki
institutun cəmiyyət
arasında nüfuzu artdıqca tələbələrinin
sayı da çoxalır. Məhz
buna görə bu layihə çərçivəsində 2007-2008-ci tədris ili üçün xaricə
göndərəcəyimiz tələbələrin sayı
təxminən 50 nəfərdən
az olmayacaq. Bu müqavilənin imzalanmasında hökumət
tərəfdən Mədəniyyət
və Turizm Nazirliyi çıxış
edib. Universitetlər öz aralarında akademik müqavilə də bağlayıb. Tələbələrin ilk öncə
qiymətlərinə, davranışlarına,
bilik səviyyələrinə
diqqət yetiririk, həmçinin onlar xaricə getmək üçün institut daxilində test formasında olan bir imtahan verirlər.
Ümumilikdə tələbələrin
xaricdə oxuyub, təcrübə əldə
etmələri, gələcəkdə
onların həyatları
üçün böyük
əhəmiyyət kəsb
edə bilər".
Müsahibim
qeyd etdi ki, bu layihə Avropa təhsilinə
yiyələnmək üçün
reallaşdırılır. Amma bu kimi tədbirləri
həyata keçirmək
böyük məbləğdə
xərclərə başa
gəlir: "Məsələn,
İngiltərədə master
dərəcəsini almaq
üçün tələbə
ilə təxminən
50-100 min dollar məbləğində vəsait
ödəməlidir. Bu
məqsədlə bu strategiyanı biz Azərbaycanda qursaq bu daha effektiv
olar. Biz bu il 75 tələbəni
yay simestrlərində
Kipr, Yunanıstan və Türkiyəyə göndərməyi nəzərdə
tuturuq. Tələbənin
xaricdə oxuyub gəlməsi müvəqqəti
bir məsələdir.
Bunun üçün
biz öz təhsil səviyyəmizi
yüksəltməliyik. Bizim
bu proqram da məhz bu
istiqamətə yönəldilib".
C.Cəfərov
Avropa Birliyinin bu layihənin reallaşması üçün
təxminən 2 milyon dollar məbləğində vəsai
ayırdığını dedi: "Bu vəsait sırf tələbələrin
təhsil alması, onların yaşamaq və s. problemləri
üçündür". Rektor həmçinin gələcəkdə
institutun Kipr, Rusiya və digər ölkə universitetləri ilə əməkdaşlıq etməsi
üçün müqavilələr
imzalanacağını söylədi.
Xalq cəbhəsi.- 2008.- 8 may.- S. 11.