Sadıqov Ə.
Fransada Azərbaycanla bağlı
kitab nəşr olunmuşdur
Bu günlərdə
yazıçı Kamal
Abdullanın Fransada sayca ikinci kitabı
işıq üzü
gördü. Bildiyimiz kimi, bundan öncə Fransada yazıçının son illərin
ədəbi hadisəsinə
çevrilmiş "Yarımçıq
əlyazma" romanı
çap edilmişdi.
"Azərbaycan dilində danışaq. “Dil və mədəniyyət”
- Kamal Abdullanın fransalı alim Mişel Malerblə müştərək qələmə
aldığı bu kitab isə Azərbaycan dilinin və mədəniyyətinin
təbliğinə xidmət
edir.
Dünyanın sürətlə qloballaşdığı
indiki dövrdə Azərbaycan kimi uzun müddət imperiyaların tərkibində
qalmış və dünya ölkələri
ilə bilavasitə təmaslardan məhrum edilmiş ölkələrin
qarşısında onların
tanıtımı, qarşılıqlı
əməkdaşlıq zəminində
qurulan xarici əlaqələrə real məzmun
verilməsi ilə bağlı təxirəsalınmaz
vəzifələr durur. Bu mənada Azərbaycan başqa ölkələrin
keçmiş olduğu
yolu daha sürətlə qət etməlidir. Xarici ölkələrdə,
dünyanın nüfuzlu
mədəniyyət və
elm mərkəzlərində Azərbaycan haqqında doğru-dürüst təsəvvürlərin
formalaşması ümumilikdə
ölkəmizin xarici siyasətinin uğurlu aparılmasına zəmin
yaradır və onun dünya birliyinə inteqrasiyasını
şərtləndirən amillərdən
birinə çevrilir.
Bu sahədə prioritet istiqamətlərdən
biri də xarici ölkələrdə
azərbaycanşünaslığın inkişafıdır.
Son illər
Bakı Slavyan Universitetinin gördüyü
əhəmiyyətli işlər
ölkə ictimaiyyətinə
yaxşı məlumdur. BSU-nun maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı ölkə Prezidentinin bu yaxınlarda imzaladığı fərmanda
bu barədə xüsusi qeyd var və bu,
həmin işlərin
necə böyük önəm daşıdığını
bir daha vurğulayır. Dünyanın tanınmış elm və
mədəniyyət mərkəzləri
ilə qarşılıqlı
maraq kəsb edən məsələlərlə
bağlı həyata
keçirilən birgə
layihələr, səmərəli
təcrübə mübadiləsi
və bütün bu işlərin yekunu kimi xarici
ölkələrdə azərbaycanşünaslığın
inkişafı diqqətçəkici
məqamdır. Bu gün
BSU-nun bilavasitə dəstəyi
ilə Rusiya,
"Parlons
Azerbaidjanais" - "Azərbaycan
dilində danışaq"
- bu günlərdə
Fransanın "Harmattan"
nəşriyyatında nəfis
tərtibatla çap olunmuş sözlük-məlumat
kitabı belə adlanır. Kitabın müəllifləri AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev və fransalı alim Mişel Malerbdir. Kitab Fransanın məşhur Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda
("INALKO") və digər
ali təhsil
ocaqlarında azərbaycanşünaslıq
üzrə təhsil alan tələbələr,
eləcə də ölkəmiz, onun dili, mədəniyyəti,
tarixi və s. haqqında bilgilər əldə etmək istəyən istənılən
fransızdilli oxucu üçün əvəzsiz
vəsaitdir.
Kitab Azərbaycan haqqında ümumi təsəvvür
yaradan ön sözlə başlayır. Kitabın girişində
Azərbaycanın siyasi-inzibati
və fiziki xəritələri verilmişdir.
Ölkəmizin tarixinə
əhatəli ekskurs, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi,
onun səbəbləri
və münaqişənin
həllində Azərbaycanın
mövqeyi, Azərbaycanın
milli-dövlət rəmzləri,
dili, dini və mədəniyyəti,
dövlətimizin yürütdüyü
uğurlu daxili və xarici siyasət, Azərbaycanın
coğrafiyası, fauna və
flora, əlamətdar günlər
və s. haqqında məlumatlar ayrıca fəsildə toplanmışdır.
İkinci fəsil Azərbaycan
dilinin tarixi və onun strukturu,
qrammatikası, əlifba
və onun tərkibi barədə bilgilər verir. Üçüncü fəsildə Azərbaycanın
danışıq dili,
dilimizi öyrənmək
üçün ilkin
zəruri sözlük
və ifadələr özünə yer almışdır. Kitabın üçüncü
fəslində Azərbaycanın
dövlət və hakimiyyət orqanları, iqtisadiyyat, ayrı-ayrı
sənət və incəsənət növləri
haqqında söz açılır və ən müxtəlif aspektlərdə Fransa-Azərbaycan
əlaqələri işıqlandırılır.
Qeyd etmək lazımdır ki, "Azərbaycan dilində danışaq"
sözlük və məlumat kitabı bu qəbildən Avropada nəşr olunan ilk kitabdır və xaricdə azərbaycanşünaslığın inkişafı, Avropada Azərbaycan haqqında dürüst təsəvvürlərin
formalaşması işinə
verilən layiqli töhfədir.
Respublika.- 2008.- 31 may.- S. 8.