Bakıda Hər mövsümdə Azərbaycan adlı beynəlxalq konfrans keçirilmişdir

 

Mayın 6-da “Avropahotelində Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm İnstitutu (ATİ) Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti birgəHər mövsümdə Azərbaycanadlı beynəlxalq konfrans keçirmişlər.
Azərbaycan turizminin hərtərəfli öyrənilməsinə, turizm potensialına, bütün fəsillər üzrə inkişaf perspektivlərinə həsr olunmuş konfransda xarici yerli mütəxəssislər, sənaye müəssisələrinin nümayəndələri, dövlət rəsmiləri başqaları iştirak etmişlər.
ATİ-nin rektoru Cəfər Cəfərov ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində keçirilən tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra turizm ölkənin sürətlə inkişaf edən sahələrindən birinə çevrilmişdir. Natiq “2002-2005-ci illərdə Turizmin İnkişafı Dövlət Proqramının mahiyyətindən danışmış, bu proqramın bütün müddəalarının uğurla həyata keçirildiyini vurğulamış, rəhbərlik etdiyi təhsil ocağı haqqında iştirakçılara geniş məlumat vermişdir.
Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev turizm sahəsinin inkişafı təcrübəsini zənginləşdirmək baxımından tədbirin əhəmiyyətini qeyd etmiş bildirmişdir ki, inkişaf etmiş ölkələrin təcrübəsində olduğu kimi, dövlət büdcəsinə gəlirlərin artırılmasında, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında, yaşayış səviyyəsinin yüksəldilməsində turizm amilinin vacibliyi nəzərə alınmalıdır. Ölkəmizdə bu sahənin hərtərəfli inkişafını təmin etmək məqsədi ilə turizm zonalarının yaradılması uzunmüddətli inkişaf layihələrinin hazırlanması turizm sektorunun qarşısında duran əsas vəzifələrdən biridir.
Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Hayns BoyerinTurizm vasitəsilə regional inkişafın artırılmasımövzusunda məruzəsi dinlənilmişdir. O demişdir ki, turizmin inkişafı bu sektorla əlaqəsi olan digər sahələrin inkişafına, eyni zamanda urbanizasiyanın qarşısının alınmasına yeni yerlərinin yaranmasına təkan verir. Ölkəmizin geniş turizm potensialı olduğunu qeyd edən natiq Azərbaycanın coğrafi mövqeyinin, rəngarəng təbiətinin, zəngin mədəniyyətinin qonaqpərvərliyinin insanda heyranlıq hissi yaratdığını diqqətə çatdırmışdır.
Konfrans öz işini sessiyalarda davam etdirmişdir. SessiyalardaAşağı Avstriyada mədəni turizm”, “Ekoturizm ətraf mühitin qorunması strategiyası davamlılıq iqtisadiyyatı kimi”, “Rekreasiya sağlamlıq turizmi”, “İpək yolunun rəqəmli texnologiyalarının öyrənilməsimövzuları digər məsələlər müzakirə olunmuşdur.

 

Xalq qazeti.- 2008.- 7 may.- S. 9.