Kəngərli Q.

 

Aşqabadda "Türkmənistan və dünya incəsənətinin

şedevrləri" adlı sərgi keçirilir

 

Hər il mayın 18-də Türkmənistanda keçirilən Dirçəliş və Birlik günü - Məhdimqulu Fəraqinin poeziyası bayramı ilə əlaqədar Aşqabadda "Türkmənistan və dünya incəsənətinin şedevrləri" adlı beynəlxalq sərgi keçirilir.

Sərgidə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran, Özbəkistan, Fransa, Polşa, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Tacikistan, Qırğızıstan və Türkmənistanın rəssamları, zərgərləri, heykəltəraşları və keramika ustalarının müxtəlif janr və üslubda hazırladıqları əl işləri nümayiş etdirilir.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərgi iştirakçılarına ünvanladığı təbrikdə deyilir ki, digər dövlətlərlə Türkmənistan arasında mədəni sahədə əlaqələrin yaradılması ölkəmizin tarixi inkişafının yeni mərhələsi üçün çox vacibdir.

 

Azərbaycan.- 2008.- 20 may.- S. 6.