Azərbaycan xalçaları heyranedicidir
Ölkəmizdə səfərdə
olan YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə Bakıda keçirilən “Avropada subregional çərçivədə
savadlılıq problemlərinə
baxış: tərəfdaşlıq
əlaqələrinin qurulması
və innovativ yanaşmaların tətbiqinə
dəstək” mövzusunda
konfransın iştirakçılarının
bir qrupu mayın 15-də “Azərilmə” Məhdud Məsuliyyətli
Cəmiyyətində olmuşlar.
Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva qonaqları səmimiyyətlə
qarşıladı.
YUNESKO-nun baş direktoruna məlumat verildi ki, xalçaçılıq
Azərbaycan xalqının
ən qədim el sənətlərindən
biridir, xalı və xalçalarımız dünyanın
bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.
Sonra 2007-ci ilin sentyabrında toxunuşuna
başlanmış “Şeyx
Səfi” xalçasının
kəsilməsi mərasimi
oldu. YUNESKO-nun baş direktoru Koişiro Matsuura və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xalçanı kəsdilər.
Qonaqlara bildirildi ki, əsli Londonda
saxlanılan və Təbriz xalçaçılıq
məktəbinə aid
olan 37 kvadratmetrlik “Şeyx Səfi” xalçasına 9,25 milyon
ilmə vurulmuşdur.
Koişiro Matsuura gözəl kompozisiyalı
xalçanın onda heyranlıq doğurduğunu
bildirdi.
Sonra söhbət Mehriban xanımın təşəbbüsü ilə
yaradılmış və
Azərbaycan xalçalarının
nümayiş olunduğu
“Sehrli naxışlar”
qalereyasında çay
süfrəsi arxasında
davam etdirildi.
Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir.
YUNESKO-nun baş direktoru
Azərbaycan xalçalarının
gözəlliyinə valeh
olduğunu bir daha vurğuladı, ölkəmizdə bu qədim el sənətinin
belə məhəbbətlə
yaşadılmasını, Mehriban xanımın bu işlərə hamilik etməsini yüksək qiymətləndirdi.
Xalq qəzeti.- 2008.- 16 may.- S. 4.