Mozalanın 184 nömrəsi çəkilib

 

"Mozalan" satirik kinojurnalının 184-cü nömrəsinin çəkilişləri bitib. İyun ayında nömrənin üç süjeti təqdim olunacaq. Bu barədə məlumatı "Olaylar"a studiyanın direktoru Orxan Fikrətoğlu verib. O bildirib ki, "Mozalan"ın nömrələrinin çəkilişi "İbrus" teatrının rəhbəri Rüstəm İbrahimbəyovun rejissorluq sinfinin tələbələrinə həvalə edilib. Məqsəd gənc rejissorların yaradıcılıq qabiliyyətinin artırılmasına yardım göstərməkdir. Süjetlərin mövzusuna gəlincə, O.Fikrətoğlu bildirib ki, nömrədə məmur özbaşınalıqlarından bəhs olunur. "Mozalan"ın 184-cü nömrəsi ilk dəfə ANS telekanalında nümayiş etdiriləcək.
   

525-ci qəzet.- 2008.- 9 may.- S. 32.