Fikrət Əmirovun
nadir fotosənədləri
fonda təqdim edilib
73 fotoşəkil fonda beynəlxalq kino arxivləri federasiyasının köməkliyi
ilə daxil olub
Dövlət Film Fondundan
aldığımız məlumata
əsasən, fond Azərbaycan xalq artisti, bəstəkar Fikrət Əmirovun yeni fotoşəkillərini
arxivinə əlavə
edib. Azərbaycanın bəstəkarlıq məktəbinin korifeylərindən
biri Fikrət Əmirovun Kanada və Rusiyada ayrı-ayrı şəxslərin arxivlərindəki
fotoşəkilləri Dövlət
Film Fondunun arxivinə verilib. Çox nadir sayılan fotosənədləri
fonda Kanadada yaşayan musiqiçilər
təqdim edib. Fondun direktoru Cəmil Quliyevin sözlərinə görə,
bəstəkarın həyat
və yaradıcılığını
əks etdirən 73 fotoşəkil fonda beynəlxalq kino arxivləri federasiyasının
köməkliyi ilə
daxil olub.
Cəmil Quliyev bildirib ki, Kanadadan
yaşayan həmyerlilərimiz tərəfindən Fikrət
Əmirovun həyatının müxtəlif dövrlərini
əhatə edən çox nadir fotoları daxil olub. Fikrət Əmirov nəinki
mahnılar, həmçinin,
"Səhər", "Böyük dayaq",
"Sevil", "Mən
ki, gözəl deyiləm" kimi filmlərin bəstəkarıdır.
Qeyd edək ki, zəngin
yaradıcılığı ilə musiqimizin inkişafında yeni mərhələ açan,
musiqimizi dünya miqyasında tanıdan bəstəkarın fotoşəkillərinin
yer aldığı
DVD artıq bəstəkarın
oğlu Cəmil Əmirova təqdim olunub.
Səs.- 2008.- 15 may.- S. 12.