Ağaoğlu T.
Müharibə fəlakətlərinin
ekran həyatı
Çətinliklərə, zaman-zaman sərt
rejimin amansızlıqlarına,
qadağalarına baxmayaraq
Azərbaycan milli kino sənəti 110 ildən artıqdır inamla, uğurla yol gəlir. Neçə-neçə
filmlərimiz yaxın-uzaq ölkələrdə
maraqla baxılır, rəğbətlə qarşılanır.
Belələrindən biri də çəkilişinin başa
çatmasının 50 ili
tamam olan "Uzaq sahillərdə" (ssenari müəllifləri
İ.Qasımov, H.Seyidbəyli,
quruluşçu rejissor
T. Tağızadədir) bədii filmidir.
Həmin ekran əsərinin ilk nümayişinin qeyd edilməsi ərəfəsində
Azərbaycan Dövlət
Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyevlə görüşdük. O, dedi:
- Mənalı yaşadığı ömrünü Azərbaycan
kinosunun inkişafına
sərf etmiş xalq artisti, görkəmli
rejissor Tofiq Tağızadənin yaradıcılığı
həmişə tamaşaçıların
diqqət mərkəzində
olmuş, kino həvəskarları onun hər yeni filminə
böyük maraq göstərmişlər. Rejissorun ekran uğurları ümumilikdə
milli kinomuzda gedən prosesləri özündə əks etdirmişdir. Buna görə də çəkdiyi filmlərə
baxanda Azərbaycan kinosunun keçdiyi yol, necə deyərlər, elə kino təsvirləri kimi adamın gözləri qarşısında
canlanır.
O, kino sahəsində
ən məhsuldar işləyən mədəniyyət
xadimlərindən biri
idi. Lakin onun adı yaşlı
tamaşaçıların yaddaşına "Uzaq sahillərdə" filmindən
sonra həkk olunmuşdur. Bir zamanlar bütün fəhlə-kəndli sinfi "Çapayev"ə baxmağa getdiyi kimi, azərbaycanlılar
da eləcə "Uzaq sahillərdə"yə baxmağa can atırdılar. Tofiq müəllimin bu filminə ictimai mənsubiyyətindən
asılı olmayaraq bütün xalq səmimi maraq göstərirdi. Belə istək bir
tərəfdən kinonun
qəhrəmanı ilə
əlaqəli olsa da, ikinci tərəfdən
isə filmin çox böyük istedadla çəkilməsi,
onun ponoram görüntülərinin uğurlu
alınması, aktyor oyunu, kostyum və dekorasiyaların inandırıcılığı ilə əlaqədar idi. Elə bu kimi müsbət
cəhətlərə görə
"Uzaq sahillərdə"
1958-ci ildə keçirilən
Ümumittifaq kinofestivalının
laureatlarından biri olmuşdur. Rejissor, operator, rəssam
işlərinə, musiqi
tərtibatına görə
bizim film Moskvanın böyük cəhdlə təbliğ
etdiyi, "Kəşfiyyatçının
igidliyi" filmindən
maraqla qarşılanmışdı.
"Uzaq sahillərdə"nin ən uğurlu
cəhətlərindən biri
də rejissorun müxtəlif millətlərin
nümayəndələri
arasında azərbaycanlı
obrazını inandırıcı
yaratmağı, təsvir
etməyi olmuşdur. Filmdə milli koloritin təqdimatı Tofiq müəllimin bütün yaradıcılığında
aşkar duyulur, hiss edilir.
EBəşəriyyətin, faciəsi kimi tarixləşmiş İkinci
dünya müharibəsində
yüz minlərlə
soydaşımız canını
qurban verib. Onlardan biri də
"Mixaylo" - Mehdi
Hüseynzadə olub.
O, Sovet İttifaqı
Qəhrəmanı fəxri
adına layiq görülüb. İkinci
ömrünü isə
"Uzaq sahillərdə"
bədii filmində yaşayır.
Azərbaycan.- 2008.-
20 may.- S. 8.