Babayeva T.

 

Dublyaj işi - zərgər dəqiqliyi

 

Kinoya səs gələndən bəri dublyaj kino prosesinin ayrılmaz tərkib hissəsinə çevrilib. Dublyaj tərcüməçiləri, rejissorları isə film müəllifləri tamaşaçı auditoriyası arasında vasitəçiyə çevriliblər. Zəif tərcümə pis dublyaj bədii əsərin mənasını təhrif edə, ən məşhur müəllif əsərinin belə təsirini korlaya bilər. Bu gün Azərbaycanda sırf dublyaj yox, filmlərin səsləndirilməsi geniş yayılıb bununla əsasən televiziya kanallarının dublyaj studiyaları məşğul olur.

Ona görə də özəl studiyalar xarici filmlərin dublyajına vaxt sərf etmirlər. Amma belə studiyalardan biri özünü dublyaj sahəsində sınamaq qərarına gəlib, hətta bu sahədə bəzi nailiyyətlər əldə edib. "Halal" studiyası sadəcə, filmlərin səsləndirilməsi ilə kifayətlənmir, sırf dublyajla məşğul olur. Özü bu studiya əsasən dini mövzularda çəkilmiş, əxlaqi-mənəvi dəyərlərə üstünlük verən filmlərə müraciət edir. Dublyaj studiyasının fəaliyyəti, bu işin incəlikləri barədə isə rejissor Mahmənzər Məhəmmədrəsulqızı ilə söhbətləşdik.

- Son zamanlar sizin studiya heç də asan başa gəlməyən işə - filmlərin dublyajına başlayıb...

- Milli Televiziya və Radio Şurasının bu ilin yanvarından bütün telekanallarda filmlərin azərbaycanca nümayiş etdirilməsiylə bağlı qərarından sonra “Halal” studiyası da filmlərin dublyajına başladı. Qeyd etməliyəm ki, bu işdə keyfiyyətə üstünlük veririk. Çalışırıq ki, əcnəbi filmləri onların bədii ifadə vasitələrinə, mənasına xələl gətirmədən, səviyyəli şəkildə dublyaj edək. Sinxronluğa xüsusi fikir veririk. Peşəkar rejissor aktyor heyətinin işbirliyi nəticəsində bu işin öhdəsindən gəlirik. Sonuncu işimiz Hollivudun "DreamWorks" kompaniyasının istehsal etdiyi məşhur "Misir şahzadəsi" cizgi filminin dublyajı oldu. Çox ciddi bir layihə idi. Rejissor Mahmənzər xanım, səs rejissoru Nigar Orxanqızı, eyni zamanda, bütün təşkilati məsələləri həll edən inzibatçı Xeyrulla müəllimin səyləri nəticəsində ortaya çox səviyyəli bir qoya bildik. Həmin cizgi filmi ANS telekanalında nümayiş olundu. Hazırda isə Həzrəti Zeynəb salamaleyhanın həyatına həsr edilmiş, Kərbəlada baş vermiş hadisələrdən bəhs edən film üzərində yekunlaşmaq üzrədir.
- Mahmənzər xanım, son vaxtlar dublyaja olan münasibət dəyişilib. Səs uyğunsuzluğu, hərfi tərcümə baş alıb gedir. Sizcə bu nəylə bağlıdır?
- Əvvəllər, sovet dövründə dublyaja olan münasibət bugünkündən bir qədər fərqli olub. O mənada ki, bu sahəyə daha ciddi yanaşırdılar. Məsələn, aktyorları filmi səsləndirməyə dəvət edəndə onların səs tembrinə, səsləndirmə bacarıqlarına, hətta xarakterlərinə fikir verirdilər. O dövrdə Hökumə Qurbanova, Səməndər Rzayev, Yusif Vəliyev, Şahmar Ələkbərov, Həsən Əbluc digər böyük sənətkarlarımız dublyaj sahəsində öz möhürlərini vurublar. Bu gün biz köhnə filmlərə baxanda tamam fərqli səviyyənin, yüksək peşəkarlığın şahidi oluruq. Əvvəllər filmlər indiki kimi səsləndirilmir, sırf dublyaj edilirdi. Yəni, sinxronluq tam şəkildə saxlanılırdı filmdəki bütün kənar səslər öz qaydasında eşidilirdi. Əlbəttə ki, o vaxt bu proses bir az asan başa gəlirdi. Çünki filmin təsviri ayrıca, aktyorların, kənar səs küylərin səsi isə ayrıca
lentdə gəlirdi. İndi isə maliyyə çatışmazlığı ucbatından bizim studiyalar səsləri ayrıca əldə edə bilmirlər. Həm bu gün sürətli işləmək üçün dublyaja yox, səsləndirməyə üstünlük verirlər. Filmin orijinal səsi eşidilir, üstündən bizim aktyorların səsi yazılır. Vaxt məhdudiyyəti üzündən filmləri sinxronluğu saxlamaqla dublyaj etmək əl vermir. "Halal" studiyasına gəlincə isə, biz sırf dublyajla məşğul oluruq. Ona görə bir filmin dublyajı iki həftə vaxt aparır. Çünki film üzərində çox dəqiq çətin gedir.
- Dublyaj etdiyiniz filmlərin satışını təşkil edə bilirsinizmi?
- Biz əsasən dini vətənpərvərlik mövzularına yer ayırdığımız üçün məhsullarımıza daha çox dini mağazalarda rast gəlmək olar. Televiziyalarda isə dublyaj etdiyimiz dini mövzulu filmlər İslamın əlamətdar günlərində nümayiş olunur. Məsələn, bu yaxınlarda dublyaj etdiyimiz "Misir şahzadəsi" animasiyası ANS telekanalında nümayiş olundu maraqla qarşılandı. "Oskar" mükafatına layiq görülmüş bu animasiya filmi Musa peyğəmbərin həyatından bəhs edir. Bu animasiya filminin sələndirilməsində görkəmli aktyorumuz Səyavuş Aslan, Rasim Balayev, Səidə Quliyeva, Nurəddin Mehdixanlı, Roza Tağıyeva, Elşən Rüstəmov, Rəşid Səməndər kimi tanınmış aktyorlarımız iştirak edib. Mən Səməndər Rzayevin oğlu Rəşid Səməndərin adını xüsusilə qeyd etmək istəyirəm. Deyərdim ki, o, bu gün dublyaj aləmində cavanların içində birinci sırada durur. O, bütünlüklə atasının sənətini yaşada bildi. "Misir şahzadəsi" bizim ən böyük ən ağır işimiz oldu sevinirəm ki, bu işin öhdəsindən layiqincə gəldik.
- Filmlər dublyaj olunmuş halda mikrofon önünə gələnə qədər uzun bir yol keçir. Bu işin keyfiyyətli alınmasında tərcüməçilərin, redaktorların rolu danılmazdır...
- Elədir, hər şey tərcümədən başlayır.
Tərcümə uğurludursa, filmin dublyajı da uğurlu alınacaq. Əks halda filmi istedadlı heyətlə araya-ərsəyə gətirsən belə, tərcümənin səviyyəsi aşağı olduğundan işin ümumi səviyyəsi aşağı olacaq. Ona görə tərcüməçilərin düzgün seçilməsinə diqqət edirik. Redaktə işinə isə din xadimlərini, şairləri, qəzəlxanları cəlb edirik. Hər işin üzərində kollektiv işləyirik. Ümumiyyətlə, hər işimizdə birlik var. Məncə, işin uğurlu alınmasında ən vacib amil budur. Çalışırıq ki, dublyaj işini zərgər dəqiqilyi ilə yerinə yetirək tamaşaçılara keyfiyyətli təqdim edək. Əlbəttə ki, biz bütün bu işləri "Halal" studiyasının yaradıcısı Hacı Eldar Aslanın rəhbərliyi böyük səyləri nəticəsində həyata keçiririk. On ilə yaxındır ki, Eldar müəllim bu studiyada İslam dininin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliği, insanların bu baxımdan daha da maariflənməsi istiqamətində təmənnasız, heç bir maddi maraq güdmədən çalışır. Çox xoşbəxtəm ki, bu studiyada işləmək mənə nəsib olub. Gənc kadrlara göstərdiyi etimada, dəstəyə görə Eldar müəllimə minnətdarlığımı bildirirəm.

Xəzər.- 2008.- 9 may.- S. 20.