“Bərksürənlər”
“Dəyirman”
qrupunun yeni klipi belə adlanır
Dünən BMM-də “Dəyirman” qrupu “Bərksürənlər”
mahnısına çəkdirdiyi
klipin təqdimatını
keçirdi. Bu, “Dəyirman” qrupunun sayca yeddinci klipi idi.
Avropa kliplərinə
bənzər ekran işini rejissor Fuad Əlişov çəkib. Qrupun açıqlamasına görə,
onların bir neçə mahnıları
İngiltərə və
Almaniya radiolarında səsləndirilib. Əlaqələri
genişdir, mahnılarını
Avropa arenasına çıxarmaq arzusundadırlar...
Repdən qazanc
mənbəyi kimi gəlir əldə edə bilməyən qrup, əksinə, gəlirlərinin bir hissəsini yaradıcılığa
sərf edir. Qrupun üzvləri olan Yusiflə Emilin şərikli reklam şirkətləri var, Malik isə
bizneslə məşğuldur.
Yeri gəlmişkən “Bərksürənlər” mahnısı
yeni yarananda gənc repçi Nado ilə qrupun
üzvləri arasında
müəyyən söz-söhbət yaranmışdı.
Nado “Dəyirman”çıları ittiham edərək onları mahnı oğurluğunda günahlandırmışdı. Deyirdi ki, həmin
mahnı “Sürən”
adı ilə ona məxsusdur.
Malik isə gənc repçi Nadonun bu fikirlərini
əsassız adlandırdı:
“Mahnı bizimdi, bunun üçün bu gün həmin
mahnıya klip də çəkilib. Əgər Nadonun bu barədə şübhəsi varsa, məhkəməyə müraciət
etsin”.
Repçilər qarşıda dostları Elşad Xose ilə birgə “Haqq-ədalət” adlı mahnını təqdim edəcəklər.
Mahnı sosial mövzudadır: “Bizim albomdakı mahnıların
əksəriyyəti cəmiyyətdəki
əyri-əskiklərə,
problemlərə həsr
olunub. Lakin kütlənin diqqətini
çəkəcək mövzular
nə radiostansiyalar, nə televiziya şirkətləri tərəfindən
qəbul olunur. Buna görə də biz azad
sözçülər istədiyimiz
mövzuya klip çəkdirə bilmirik”.
İndiyə qədər bir neçə tanınmış
pop müğənnilərilə
duet oxuyan “Dəyirman”çılar bu layihəni silsilə şəklində
davam etdirəcəklər.
Onlar Anar Nağılbaz, Elşad Xose ilə birlikdə
“5 ton” adlı mahnını da ərsəyə gətirməyi
planlaşdırırlar. Bundan
başqa, Röya ilə ikinci dueti hazırlayırlar. “Sən” adlanan mahnıya klip də çəkiləcək.
Bir vaxtlar
“Ya Qarabağ, ya ölüm”lə publikanın rəğbətini qazanan Malik bu gün
vəziyyəti başqa
cür qiymətləndirir:
“Repə qulaq asan azdır. Təəssüflər olsun
ki, bu səbəbdən
də arzularımızı
reallaşdıra bilmirik.
”Dəyirman” 7 ildir fəaliyyət göstərməsinə
baxmayaraq, 3 il fəaliyyətini dayandırdı.
Çünki ətrafdakılardan
heç bir kömək görmədi.
Baxmayaraq ki, onlar “Ya Qarabağ,
ya ölüm” şüarlarını səsləndirməklə
öz sözlərini
artıq demişdilər,
nəhayət ki, özləri də güc toplayıb, sənət üçün
nə isə edə bildilər”.
Gün.- 2008.- 22 may.- S. 14.