Hökmdarın taleyi filminin Moskvada Sankt-Peterburqda təqdimatı uğurla keçmişdir

 

Görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin "Hökmdar qızı" pyezi əsasında xalq yazıçısı Elçinin ssenarisi üzrə rejissorlar Ramiz Fətəliyev Dilşat Fathulinin çəkdikləri "Hökmdarın taleyi" bədii filminin mayın 27- Moskvada təqdimatı olmuşdur. Filmin musiqisi Polad Bülbüloğlunundur.
Azərbaycanın Rusiyadakı səfirliyinin Respublika Günü münasibətilə təşkil etdiyi təqdimat mərasimi "Oktyabr" kinoteatrında keçirilmişdir. Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamına müvafiq olaraq çəkilmiş film ulu öndərin 85 illik yubileyi ərəfəsində təhvil verilmişdir.
Filmin nümayişindən əvvəl yaradıcı qrupun üzvləri, habelə Rusiya Azərbaycan aktyorları çıxış edərək tariximizin faciəli səhifələrindən - XIX əsrin əvvəlində Qafqazda baş vermiş hadisələrdən söhbət açan kinolentin necə yaranması haqqında danışmışlar.
Filmin baş prodüseri Vaqif Əsədullayev Rusiya paytaxtında təqdimatın təşkilinə məxsusi olaraq film üçün musiqi yazdığına görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirmişdir. Prodüser filmdən danışaraq demişdir ki, quruluş baxımından, çəkiliş montaj dövrlərinin uzun sürməsi nəzərindən kifayət qədər mürəkkəb olmuşdur. Çəkilişlərə 200-dən çox adam cəlb olunmuş, bütün kütləvi səhnələr naturadan çəkilmişdir. Filmin necə alındığını isə tamaşaçılar deyə bilər. V.Əsədullayev quruluşçu rejissor quruluşçu operator Dilşat Fathulinin, baş qəhrəman rolunun ifaçısı Fəxrəddin Manafovun, çox gözəl Rusiya aktyorları Daniil Spivakovskinin, Aleksandr Qalivinin, İlya Şatunovun filmdə iştirak edən hər bir kəsin ümumi işə böyük töhfəsini vurğulamışdır. Diqqətəlayiq haldır ki, film Azərbaycan, rus, erməni, fransız fars dillərində nümayiş etdiriləcəkdir.
Qarabağ xanı İbrahimxəlil xanın obrazını istedadla yaratmış məşhur Azərbaycan aktyoru Fəxrəddin Manafov filmdən danışaraq bildirmişdir ki, bu, bizim tariximizdir, bir çoxlarının Azərbaycan tarixi haqqında hələ bilmədikləri böyük həqiqətin kiçik bir hissəsidir. Aktyor demişdir: "Mən xoşbəxtəm ki, kinoda da olsa, öz peşəm sayəsində olsa, bu hadisəyə aidiyyətim vardır... Çox istərdim ki, bu filmi hamı görsün, çünki bu, hökmdarın taleyi, onun simasında isə Azərbaycan dövlətinin taleyidir. Pərakəndə xanlıqlar dövründə bu insan çılğıncasına onları birləşdirib dövlət yaratmağa çalışmışdır". F.Manafov gənc, istedadlı, ümidverici debütant Gültəkin Əliyevanın, peşəkar aktyor olmayan Əli Cəfərovun ifalarını xüsusi vurğulamış, bütün yaradıcı qrupa rusiyalı həmkarlarına minnətdarlığını bildirmişdir.
Azərbaycan kinematoqrafçılarının işi Moskvada böyük uğur kimi tamaşaçıların sürəkli alqışları ilə qarşılanmış, filmin əhəmiyyəti, yaradıcı qrupun peşəkarlığı vurğulanmışdır. Tamaşaçılar bildirmişlər ki, film xüsusən böyüməkdə olan nəslin yüksək peşəkarlıqla səciyyələnən, milli bədii kino vasitəsilə öz tarixini daha dərindən dərk etməsi baxımından çox mühüm işdir. Həmvətənlərimiz isə vurğulamışlar ki, "bu film bəzən tarix dərsliklərinin bacarmadığını edəcək ölkəmizin tarixini daha yaxşı bilməyə kömək göstərəcəkdir".
Bakıda çəkilmiş "Silah" filminin rejissoru Aleksandr Kasatkin AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, "Hökmdarın taleyi" olduqca maraqlı peşəkar səviyyədə çəkilmiş filmdir. O demişdir: "Düzünü deyim ki, Azərbaycan kinosunda uzun sürən sakitlikdən sonra belə bir film məni heyrətləndirdi. Şəxsən mənim üçün bu film ona görə mühümdür ki, bir daha tarixə müraciət etmək, ümumi taleyimizin hansısa təfərrüatını öyrənmək istəyirsən". Filmi Rusiya tamaşaçısının necə qəbul edəcəyi barədə suala cavabında A.Kasatkin bildirmişdir ki, heç şübhəsiz, film uğur qazanacaqdır. Çünki indi hamıda, xüsusən gənclərdə öz tarixinə, öz köklərinə maraq oyanır, hamı hər şeyi başa düşmək istəyir. Ona görə hesab edirəm ki, bu film çox əhəmiyyətlidir böyük maraq doğuracaqdır.
Vaqif Əsədullayev isə demişdir ki, Rusiya tamaşaçısının filmi necə qiymətləndirəcəyini demək hələlik tezdir bu, rus dilinə dublyaj ediləndən televiziya versiyası başa çatandan sonra aydın olacaqdır. Bundan əlavə, film bazara müxtəlif festivallara çıxarılacaqdır. Ümumiyyətlə isə bu, faktik tarixdir, biz siyasətə varmadan, yalnız real faktları təqdim etməyə çalışmışıq.
Mayın 28- - Respublika Günündə "Hökmdarın taleyi" filminin Sankt-Peterburqda da təqdimatı olmuşdur. Bu məqsədlə yaradıcı kollektiv Neva sahillərinə gəlmişdi.
Təqdimat mərasimini Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu təşkil etmişdir. Mərasimə məktəblilər, Sankt-Peterburq Dövlət Universitetinin tələbələri, Azərbaycan diasporunun görkəmli nümayəndələri, bir sıra ölkələrin bu sahədə akkreditə edilmiş baş konsulları, ictimaiyyətin nümayəndələri gəlmişdilər. Təqdimat mərasimində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın milli bayram - Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə gənclərə ünvanlanmış təbrik məktubu da oxunmuşdur.

Azərbaycan.- 2008.- 30 may.- S. 7.