“Hökmdarın taleyi”
bədii filminin təqdimat mərasimi olmuşdur
Ayın 12-də
"Azərbaycan" kinoteatrında XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, xalq yazıçısı,
Dövlət mükafatı laureatı İlyas
Əfəndiyevin "Hökmdar və qızı"
əsəri əsasında çəkilmiş
"Hökmdarın taleyi" bədii filminin təqdimat
mərasimi keçirilmişdir.
Film ulu öndər
Heydər Əliyevin
85 illik yubileyinə həsr edilmişdir.
Filmin nümayişindən
əvvəl jurnalistlərə
müsahibə verən
filmin ssenarisinin və dialoqların müəllifi Baş nazirin müavini, xalq yazıçısı
Elçin Əfəndiyev
demişdir: "Bir tamaşaçı kimi filmdən razıyam, film mənim xoşuma gəlir. Bilirsiniz ki, bu film İlyas
Əfəndiyevin "Hökmdar
və qızı"
pyesinin motivləri əsasında çəkilib.
Vaxtilə ümummilli
lider Heydər Əliyev bu tamaşaya baxmış və səhnə arxasında yaradıcı
kollektivlə görüşərkən
bildirmişdir ki, bu pyes əsasında
ikihissəli bədii film çəkmək lazımdır. Bundan sonra ulu öndər
Heydər Əliyevin müvafiq sərəncamına
uyğun olaraq "Hökmdar və qızı" pyesi əsasında ikiseriyalı
"Hökmdarın taleyi"
bədii filminin çəkilişlərinə başlanılmışdır. Film ən yeni
texnologiyalarla çəkilmişdir
və olduqca uğurlu alınmışdır.
Bu gün tamaşaçılara təqdim
edilən film xalqımızın ən
ağrılı problemi
olan Qarabağ və onun tarixinə
həsr edilmişdir. Burada Qarabağ həqiqətlərinin tamaşaçıya
çatdırılması üçün bütün
imkanlarımızdan istifadə
etmişik".
Filmdə azərbaycanlı
sənət ustaları
ilə yanaşı, bir çox xalqları təmsil edən aktyorların da iştirak etdiyini bildirən xalq yazıçısı
vurğulamışdır ki,
bu ekran əsərinin coğrafi dairəsi olduqca genişdir.
Tədbirdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev vurğulamışdır
ki, İlyas Əfəndiyev yaradıcılığının
ədəbi-estetik əhəmiyyəti, əsərlərinin
uzunömürlülüyü, populyarlığı baxımından
ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, vətən, cəmiyyət,
insanlıq qarşısında
mənəvi borca fəal münasibət onun qəhrəmanlarının
daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları
bilavasitə və hamıdan çox İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.
Nazir demişdir ki, XX əsrin 50-60-cı illərindən etibarən
ictimai həyatda baş verən dəyişiklikləri ilkin
duyan, yeni insanı, onun mürəkkəb daxili aləmini, sevinc və qayğılarını,
kədər və faciələrini özünəməxsus
şəkildə əks
etdirən yazıçılar
arasında İlyas Əfəndiyevin xüsusi yeri
vardır.
İlyas Əfəndiyevin
həm nəsr, həm də dram əsərlərinin şirin dillə yazılması, ilk təsvirlərdən və
dialoqlardan oxucu və tamaşaçının
qəlbini fəth etməsi də xüsusi vurğulanmışdır.
İlyas Əfəndiyev
XX əsr Azərbaycan
ədəbiyyatında nəsrimizə həyati konfliktlər,
canlı xarakterlər,
əlvan, təravətli
bədii təsvir vasitələri gətirən,
dramaturgiyamızda yeni
lirik-psixoloji üsluba
vətəndaşlıq hüququ
verən, nəhayət,
aktyor və rejissorların bütöv
bir nəslinin yetişib püxtələşdiyi
"İlyas Əfəndiyev
teatrı"nı bərqərar edən sənətkar kimi şərəfli bir yer tutur.
Əbülfəs Qarayev
diqqətə çatdırmışdır
ki, xalq yazıçısı İlyas
Əfəndiyevin "Hökmdar
və qızı"
pyesi əsasında Elçinin ssenarisi ilə çəkilmiş
"Hökmdarın taleyi"
adlı ikiseriyalı bədii film XIX əsrin əvvəllərində
Azərbaycanda gedən ictimai-tarixi proseslərdən, Gəncə
və Qarabağda baş vermiş hadisələrdən bəhs
edir. "A.S.V.A. Profi Studiya XXI" Prodüser Mərkəzinin lentə aldığı yeni ekran əsərində bir çox ölkələrin kino aktyorları da iştirak etmişlər.
Filmin quruluşçusu
Ramiz Fətəliyev, Dilşad Fatxulin, baş prodüseri Vaqif Əsədullayev, quruluşçu rəssamı
Əziz Məmmədov
və bəstəkarı
Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğludur.
Rollarda xalq artistləri Fəxrəddin
Manafov, Yuri Baliyev, Rafiq Əliyev, əməkdar artistlər Sənubər İsgəndərova, Pərviz
Məmmədrzayev, aktyorlar
Günəş Əliyeva,
Vidadi Həsənov və başqaları çəkilmişlər.
Filmin konsepsiyası bütün azərbaycanlılar
üçün ən
aktual bir məsələyə - Qarabağ
probleminə həsr edilmişdir və ekran əsərində milli ideya önə
çəkilmişdir. Tariximizin
ən qaranlıq məqamlarına işıq
salan, parçalanmış
Azərbaycan xanlıqlarının
birliyi, bütövlüyü
ideyasına xidmər edən film bütün iştirakçılarda
böyük maraq doğurmuşdur.
Xalq qəzeti.- 2008.- 13 may.- S. 8.