Sehirli xalat və ya nağıla çevrilən uşaqlıq

Dahi rejissor Əlisəttar Atakişiyevin Azərbaycan kinotarixinə yazdığı qiymətli ekran əsərləri arasında sevilməyəni çətin tapıla. Azərbaycanda uşaq filmlərinin inkişafında əvəzsiz xidmətləri olan Əlisəttar Atakişiyevin "Qərib cinlər diyarında", "Sehirli xalat" kimi film-nağılları əslində elə şedevr sözünün tam mənasında özünü doğruldub. Bu gün ölməyən bütün dövrlərin nəsillərin uşaqları üçün aktual olaraq qalan şedevr...
Artıq 45 il keçirdi. Onu görməyə, necə dəyişdiyinə, ilə məşğul olduğuna dair xəyallar qurmağa tələsirdim. Uşaqlığım bu filmlə keçmişdi. Yadımdadır, orta məktəbdə oxuyanda hər tətildə AzTV-nin diktorlarının bu filmin göstəriləcəyini elan edəcəkləri anı necə səbirsizliklə gözləyərdim. bu gün bu filmləri göstərdiyinə görə uşaqlığımın AzTV-sinə minnətdarlıq duyaraq qəhrəmanımla görüşə tələsirdim. Əvvəlcə səsini eşitdim. Görüş yerini özü təyin etdi: Saat 17.00-da bizdə görüşək...
Xahiş etdim ki, filmin yadigarı olan fotoşəkilləri axtarsın. "Axtarmağa ehtiyac yoxdur" - dedi, "həmişə göz qabağındadır".
Həmin an qəribə bir "kəşf" etdim özüm üçün. Əgər " Sehirli xalat "mənə uşaqlığımın yadigarı olaraq bu qədər əzizdirsə Solmaz Hətəmova bu filmlə yaşamaqda gör qədər haqlıdır.
Tanış olun: Solmaz Hətəmova ya "Sehirli xalat "filminin baş qəhrəmanı Zərifə.
- Salam Zərifə xanım.
- Solmaz xanım. Siz deyəsən hələ filmin təəssüratından ayrıla bilməmisiniz.
- (onun adını filmdəki obrazın adı ilə çağırmışdım) Siz Allah bağışlayın. Məncə siz həmişə Zərifə olaraq qalacaqsınız.
- (Gülür) Yenə gülümsəyirsiz...
- "Zərifə gülümsə" deyəndə elə bilirəm bütün uşaqlığım bir andaca geri qayıdır.
Qapı ağzındakı bu səmimiyyət filmin xoş anları həkk olunmuş fotoşəkillərin əhatəsində davam edir.
- Solmaz Hətəmovanın yolu "Sehirli xalat"dan necə keçdi?
- 13 yaşım var idi. Yenicə saçımı kəsdirmişdim. Düz gözümün üstünə düşürdü. Bir neçə rəfiqəm eyni cür o dövrdə dəb olan saç kəsimi etmişdilər. Direktorumuz çox əsəbləşmişdi. Bizi qorxutmaq üçün dedi ki, komissiya gələcək sizi çəzalandıracaq.
Səhəri gün Əlisəttar Atakişiyevin rəhbərliyilə bir neçə kino işçisi məktəbimizə gəldi. Elə bildim saçımıza görə televizora çəkib biabır edəcəklər.
- Bəs sonra?
- Bütün kinoprobaları keçdim. Dedim yəqin balaca pioner qızlardan biri mən olacam. Sonra bildim ki, baş rolun qəhrəmanını canlandıracağam. Elə bilirdim ki, bu rolun öhdəsindən gələ bilmərəm. Əvvəlcə fikirləşirdik ki, dilli -dilavər olmaq lazımdır bu rol üçün. Mənsə çox sakit idim.
- Valideyinləriniz necə qarşıladılar bu təklifi?
- Dəhşətlə. İcazə vermirdilər. Narahat oldular ki, bəs bu uşaq dərslərindən geri qalacaq, sonra necə bütün dərs proqramını bərpa edəcək, bilim bu kimi bəhanələr.
- Bəs necə razılaşdılar?
- Ailə iclası çağırıldı. Düşünüb-daşındılar. Qərar verdilər ki, niyə yox. Həyatda bir dəfə olan şansdır.
-Beləliklə çəkiliş başladı?!
-Söz vaxtına çəkər deyirlər. May ayında artıq filmin ilk çəkilişlərinə start verildi. Çox çətin idi. Film çəkildikcə dublyaj olunurdu. Amma mən Azər (Rəşid) baş rolları oynadığımızdan vaxtımız qalmırdı. İstilər başladı elə bizim gərgin anlarımız yaxınlaşdı. Bakı bağlarında, Minsk şəhərində əsas çəkilişlərimiz pioner bağında gedirdi.
-Çətin olan idi?

-Minsk şəhərində ayın səthindəki səhnələri çəkirdik. Çəkisizlik vəziyyətini canlandırmalıydıq. Hər gün 2-3 saat bağlayıb ikimizi göyə qaldırırdılar. Bir dəfə məftillər göydə açılmağa başladı. Yaman qorxduq. Elə bildik yerə yıxılacayıq...
Bilirsiz maraqlı idi?! Bakı bağlarında çəkiliş edəndə biz qoca xanın dalınca qaçmalı idik. Oradakı qoca nənələr elə bilirdilər ki, əsl xandır dəhşətə gəlirdilər. Bu çox yaxşı yadımdadır.
- İlk maaşınızı nəyə xərclədiniz?
- Hər ay 80 manat alırdım. Anam 45 manatına gülqabı aldı. Onda bu mənim üçün çox əhəmiyyətsiz idi. Amma indi bu qabın mənim üçün qiyməti yoxdur. Neçə ev dəyişsəmdə, hara getsəm mənim evimin ən layiqli guşəsini bəzəyir.
- Demək olar ki, sizin övladlarınız bu filmlə böyüyüblər?
- . Əvvəlcə deyirdilər ki, süni oynamısız...
- Bəs bu gün deyirlər?
- Bu gün filmdəki sitatlar həyatımıza daxil olub. İşıqlar sönən kimi oğlum deyirdi ki " Uşaqlar qorxmayın məndə fənər var" ya onlara qışqıranda "Zərifə, gülümsə, dişlərini göstər"...
- Filmdə çəkilən digər qəhrəmanlarla necə, heç görüşürsüz?
- Yox. Çox təəssüf ki, illər sonra əlaqələrimiz olmadı.
- Solmaz xanım niyə bir daha filmə çəkilmədiniz?
- Valideyinlərim qoymadılar, "həvəsdir bəsdir", - dedilər.
- Sizin dövrünüzdə yetərincə uşaq filmləri çəkilirdi. Bu günsə artıq filmlər yox səviyyəsindədir. Bu sizi heç təəssüfləndirir?
- Özü necə təssüfləndirir. Heyfsilənirəm ki, onların bu filmlərə baxmaq çəkilmək imkanları yoxdur

 

Xalq cəbhəsi.- 2008.- 21 may.- S. 10.