“Prokuror” filminə baxış olmuşdur
Bu günlərdə
"Nizami" kinoteatrında
"Star Prodakş"ın istehsalı olan "Prokuror", "Mehman"
bədii filminin davamına baxış keçirilmişdir. Tamaşaçı diqqətini çəkən,
marağına səbəb
olan ekran əsərində hadisələrə
müasir münasibət,
dövr-zamanın inkişaf
proseslə\ri, gələcəyə
inam, ümid inandırıcı şəkildə
lentə alınıb.
Kinokadrlar dəyişdikcə keçmişlə bugünümüzü
canlandıran əhvalatlar,
olaylar ekranda görünür. Filmin
quruluşçu rejissoru
Nadir Muqbilov dedi:
- İkinci dəfə
bu mövzuya müraciət etməkdə
məqsədimiz aktual
problemə müasirlik
baxımından aydınlıq
gətirmək, hüquq-mühafizə,
xüsusən prokurorluq
orqanı əməkdaşlarının
ümumxalq, dövlət
əhəmiyyətli xidmətini
ekranda göstə\rmək
olmuşdur. İstədiyimizə necə çatmışıq,
bunu hörmətli tamaşaçılar deyəcəklər.
Daha sonra polkovnik Ömər müəllim rolunun ifaçısı, əməkdar
artist Azad Şükürov fikrini tədbir iştirakçılarına çatdırdı:
- Uşaqlıq, gənclik
çağlarımdan "Mehman" bədii filmindən aldığım
xoş təəssüratı
hələ də unutmamışam. Həmin ekran
əsərinin yaradıcılarından
çoxları dünyalarını
dəyişsələr də,
onların əziz xatirələri yenə yaddaşımda yaşayır.
Görkəmli teatr, kino xadimi Adil
İsgəndərovu unutmaqmı
olar?.. "Prokuror" filminin çəkilişinə dəvət
olunanda çox sevindim. Ssenari ilə tanışlıqdan
sonra quruluşçu
rejissoru dinlədim, onun məqsədini, məramını öyrəndim,
məsləhətlərini eşitdim. Çəkiliş zamanı çox
əziyyət çəkdik.
Amma arzumuza çatdıq.
Bu gün zəhmətimizin
bəhrəsini sizlərə
təqdim edirik. Əgər zövq alsanız, bizlər də özümüzü xoşbəxt
sayarıq.
Müstəqilliyimizi/, inkişafımızı
sənətkarlıqla, bədii
nüanslarla tərənnüm
edən filmin quruluşçu operatoru Elzan Novruzov, rəssamı Tahir Rəsulov, bəstəkarı
İlham Rəhimovdur.
Əsas rollarda Zərnigar Atakişiyeva, Firəngiz Babayeva, Aydın Əliyev, Vüqar Quliyev, Simuzər Atakişiyeva, Lamiyə Səlimova və başqaları çəkilmişlər. Əməkdar
incəsənət xadimi,
kinoşünas Cəmil
Quliyevin qənaəti
isə belə oldu: "Yaradıcı kollektivin əməyi diqqətə, hörmətə
layiqdir. Mən onların hər birinə ürəkdən
"çox sağ olun" deyirə\m. Qürur hissi keçiririk ki, son vaxtlar ölkəmizdə başqa sahələrdə
olduğu kimi, kinematoqrafiya sahəsində
də tərəqqi aşkar hiss olunur. Bu film ölkə Prezidenti İlham Əliyevin rüşvətxorluğa
və korrupsiyaya qarşı mübarizə\
tədbirləri haqqında
2005-ci ildə imzaladığı
sərəncama ictimai-mədəni
dəstəyin təzahürü
kimi ərsəyə gəlib".
İki saatlıq ekran əsərinin nümayişi
başa çatdıqdan
sonra alqışlar xeyli müddət davam etdi. Tamaşaçıların filmdən
razı qaldıqları
aşkar duyulurdu.
Azərbaycan.- 2008.- 25 may.- S. 8.