Samirə

 

Bakının memarlığı sənədli filmlərdə

 

Dünən Kinematoqrafçılar İttifaqında sənədli filmlər rejissoru Ziya Şıxlinskinin filmləri nümayişləndi. Tamaşaçıların mühakiməsinə rejissorun "Gəlmələrin həsrəti" (1997), "Şopenin qayıtması (1998), "8 dəqiqə yarımlıq düşüncələr" (1999) filmləri çıxarıldı. Bu sənədli ekran əsərləri Bakının özgün memarlığına həsr edilib. Məlumdur ki, paytaxtımızın tikililəri arasında polyak alman memarlığı üslubunun gözəl təzahürləri mövcuddur. Z.Şıxlinski kinokamerasını məhz bu görüntülərə sarı yönəldib. Nəticədə isə şəhərimizin simasını təşkil edən müxtəlif memarlıq ənənələrini canlandıran kinokadrlar ərsəyə gəlib. Belə filmlər bir ona görə qiymətlidir ki, şəhərin tarixi panoramını, indiki dövrə müxtəlif səbəblər üzündən gəlib-çıxmayan memarlıq abidələrini kino lentinə həkk edirlər.

 

                   Həftə içi.- 2008.- 16 may.- S. 8.