Biz daha geniş meydan istəyirik
Artıq bir neçə ildir ki, Mədəniyyət və Turizm Nazirliyi gənc rejissorlara müxtəlif layihələr vasitəsilə
dəstək verir. Nazirliyin istedadlı rejissorları üzə çıxarmaq məqsədilə
həyata keçirdiyi
layihələrdən biri
də "Bu meydan bu ekran"
müsabiqəsidir. Müsabiqə
çərçivəsində çəkilən filmlər
arasında uğurlusu
da olub, uğursuzu da. Bu müsabiqə çərçivəsində "Dərviş" prodüser
mərkəzinin ekranlaşdırdığı
bir neçə film, xüsusilə də "Ev" dramı daha çox uğur qazanıb. Xüsusən də ölkədən kənarda. Sözsüz ki, bu, sabah
ölkəmizin daha böyük miqyasda təmsil olunması üçün mühüm
şərtdir. "Dərviş"
Prodüser Mərkəzinin
direktoru Əli İsa Cabbarovla müsahibəmiz müasir
kinonun problemləri, mövcud kino siyasəti barədədir.
- "Bu meydan bu ekran"
müsabiqəsi üçüncü ildir ki, həyata
keçirilir. Prodüser kimi müsabiqənin
nəticələrini necə
xarakterizə edərdiz?
-
Bilirsiz ki, "Bu meydan bu ekran" qısametrajlı filmlər
müsabiqəsi gənclərə ünvanlanıb və
müsabiqənin müsbət nəticələri də var. Yəni müsabiqə çərçivəsində çəkilən filmlər
arasında beynəlxalq
kinofestivallarda nümayiş
olunan və mükafatlar alan filmlər var. Konkret olaraq, Asif Rüstəmovun ekranlaşdırdığı "Ev" filmini göstərmək olar.
"Ev" İsveçrədə,
Fransada, Hollandiyada, Qazaxıstanda keçirilən
beynəlxalq kinofestivallarda
nümayiş olunub. İtaliya və Kubadan isə film mükafatla qayıdıb. Daha önəmlisi odur ki, Avropa televiziya
kanalları bu filmə maraq göstərir. Fransanın
ən nüfuzlu televiziya kanallarından biri olan Kanal+
filmin Avropada nümayiş hüququnu əldə edib. "Ev" müsabiqə çərçivəsində çəkilən 8 film arasında festvial taleyinə görə ən uğurlusudur. Ümumiyyətlə, filmin
uğurunu şərtləndirən
əsasən 2 amil var: maliyyə və festivaldakı uğur. Film hər iki cəhətdən
uğur əldə edib. "Ev" satışdan əldə
etdiyi gəlirlə ona çəkilən xərcin 50 faizini qaytarıb.
- "Ev"dən başqa müstəqillik illərində çəkilən
filmlər arasında gəlir gətirən film olubmu?
- Son 15-20 ildə belə bir şey olmayıb.
Azərbaycanda gəliri
ancaq kommersiya xarakterli komediya filmləri gətirir. Amma ciddi kino,
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmlər
satışdan gəlir
götürməyib. Həm
də "Ev" maliyyəni xaricdən gətirib. Bu çox yaxşı göstəricidir və bu tendensiyanı inkişaf etdirmək, dəstəkləmək lazımdır.
Mənim rejissoru olduğum "Düyün"
də İsveçrənin
icitmai televizyiasına
satılıb və artıq gəlir gətirir. Yəni bizim tutduğumuz konsepsiya öz düzgünlüyünü göstərir
və sadəcə olaraq, biz daha
geniş meydan istəyirik.
- Amma uğurlarınıza
baxmayaraq, "Bu meydan, bu ekran"
müsabiqəsinin yaxınlarda
açıqlanan nəticələrində
sizin mərkəzin təqdim etdiyi layihələr yox idi.
- Öncə deyim ki, bu müsabiqə
gənc rejissorlar üçün özlərini
təsdiqləmək üçün
bir sınaqdır. Əgər rejissor qısametrajlı filmi
uğurlu çəkirsə,
o zaman ona
tammerajlı film etibar edilir. Amma çox təəssüf ki, gənclərə münasibətdə
bəzi məmurların
natamamlıq, etirabrsızlıq
kompleksi var. Sonuncu müsabiqədə film layihəsini udanlar arasında idman federasiyasının olması
təəccüblüdür. Əgər film layihələrinin peşəkar
studiyalar əvəzinə
kinoyla əlaqəsi olmayan hansısa təşkilatlara verilməsi
tendensiya halını
alacaqsa, bir prodüser kimi bu hal məni
narahat etməyə bilməz. Biz qısametrajlı filmlər
çəkmişik və
onların taleyi də uğurlu olub. Mən narahatam ki, tammertajlı
film müsabiqəsində
də qeyri-peşəkar təşkilatların
layihələri keçsin.
Sanki müəyyən
bəhanələr gətirməklə
tammetrajlı film çəkməyə imkan
yaratmırlar. Belə
bir paradoksal vəziyyət yaranıb. Kinoda qərar verən insanlar sovet dövründə formalaşmış insanlardır.
Amma yeni Azərbaycan kinosunda xaricdə uğur qazananlar müstəqil Azərbaycanda formalaşan
insanlardır. Bu iki nəsil arasında psixoloji fərqlər var və əsas problem də bundadır. Digər problem odur ki,
Mədəniyyət və
Turizm Nazirliyi qazanılan uğurlar haqda məlumatlandırılmır.
Ona görə nazirə məktubla bizi qəbul etməsi üçün
müraciət etmişik.
Nazir dəfələrlə
gənc, peşəkar,
yeni dünyagörüşü
olan rejissorların önə çəkilməsini
vacibliyini deyib. Amma mənə elə gəlir ki, nazirlə gənc rejissorlar arasında bəzi məmurlar süni maneə yaradır. Məqsədimiz o maneəni aşmaqdır.
- Nədən məmurlar
peşəkar rejissorlarla
işlməkdə maraqlı
deyil? Əksinə, ölkəni xaricdə uğurla təmsil edən reissorlarla işləməkdə elə
onlar maraqlı olmalıdırlar.
- Əvvəla qeyd edim ki, Mədəniyyət
Nazirliyi son vaxtlar prodüser mərkəzləri ilə
sıx işbirliyi yaradıb və bu, inqilabi
bir addımdır. Amma prodüser mərkəzləri ilə
iş görülürsə
differensial iş aparılmalıdır. Efiri
olan televiziya şirkəti kinoşirkət
deyil. Yəni sırf kinoda peşəkarlaşmış bir
neçə studiyaya xüsusi diqqət olmalıdır. Amma bəzi məmurlar bunda maraqlı deyil. Sokurovun bir ifadəsi var: ofisiant rejissor. Belə rejissorlar prodüserin və ya hanısa
şirkətin sifariş
verdiyi temanı götürür və onun istədiyinə uyğun film çəkir.
Bir də var, müəllif
kinosu çəkən,
öz prinsipləri olan rejissor. Belə bir təhlükə var ki, həmin
məmurlar məhz ofisiant rejisorlara maraq göstərsin.
Məmur öz sözü olan rejissorla işləməkdə
az maraqlıdır.
Amma ofisant rejissor istənilən şərtlərə
gedəcək. Rejissorun draması
da ondadır ki, kino sahəsində
bazar münasibətləri
və onun yazılmamaş qanunları
hələ formalaşmayıb.
- Siz
bayaq qeyd etdiniz ki, filmləriniz
xaricdən gəlir gətirir. Bəs daxili bazarda
vəziyyət necədir?
- Təbii ki, daxildə də öz tamaşaçımızı əldə
etmək istəyirik. Və istəyirik ki, bizim filmlərə tamaşaçı vəsait
qoysun. Yəni filmlərimiz alınsın.
Bizim çəkidiyimiz fimlər
art-hausdur, yəni müəllif filmləridir.
İstər "Ev", istər
"Düyün" filmi.
Alina Abdullayevanın
"Çalış, nəfəs
- Sizin
prodüser mərkəzinin
istehsal etdiyi "Yalançılar" filmi
deyəsən, daxili bazar üçün nəzərdə tutulub.
- Bəli, "Yalançılar"ı daxili
bazar üçün
nəzərdə tutmuşuq.
Bu yaxınlarda kaset satışı ilə məşğul olan bir prodüserlə
söhbət etdik.
O, dedi ki, tamaşaçını "zibil"
filmlərə öyrəşdirirlər.
Zibildən yarım pillə
yüksək olan filmi isə satmaq olmur. Dünyada da çox satılan
bayağı filmlərdir.
Amma 10-15
faiz tamaşaçı
var ki, onlara
elitar filmi satmaq olur. Bizdə müəllif film çəkən
rejissorlara çətinliklər
yaradırlar. Hələ ki,
bazar yoxdur. Amma "Yalançılar"
üçün total reklam
kampaniyası keçirilsə
və tamaşaçı
məlumatlandırılsa filmi
prokata buraxmaq olar. Yəni tamaşaçını yönləndirmək olar ki, bizdə melodratamtik-psixoloji filmlər
də çəkilir.
Reklam kampaniyasına maliyyə tapılsa, film payızda satışa çıxarılacaq.
- Azərbaycanda
film reklamının mexanizmi
formalaşıbmı?
- Reklamın mexanizmi mövcuddur. Sadəcə,
filmin reklamına maliyyə qoymaq probelmi var. Praktika göstərir ki, filmin reklamı onun büdcəsinin 30-50 faizini təşkil edir. Məsələn,1
milyonluq filmin 500 min dollarlıq reklam kampaniyası ola bilər. Büdcəsi 30 min manat olan
filmin reklamına hardasa 5 min manat lazımdır.
- Azərbaycanda
ciddi filmə tələbat varmı?
- "İskustvo
kino" jurnalında kino bazarıyla bağlı bir diskussiya keçirilmişdi.
Deyildi ki, əslində tamaşaçı tələbatı
anlayışı yoxdur.
Tələbatı sən özün
yaratmalısan. Tamaşaçını filan filmin lazımlığına
inandırmaq lazımdır.
Hər şey reklamdan asılıdır. Art-hausu da, ən
bayağı filmi də tamaşaçının
tələbatına çevirmək
olar. Amerika marketoloqları belə
siyasət yeridir, tələbatı özü
yaradır və özü də ödəyir. Məsələn, Amerikanın düşmənləri
haqqında xof yaradılır və sonra bu xof
haqda film çəkilir,
tamaşaçı da
o filmə maraq göstərir. Düşünürəm ki, bizdə də tamaşaçıda
tələbatı yaratmaq
siyasəti həyata keçirilməlidir.
525-ci qəzet.- 2008.- 16 may.- S. 7.