Beynəlxalq film festivalı başlanıb
Mayın 5-də
Beynəlxalq Ticarət Mərkəzində Yeni Azərbaycan
Partiyasının və ANS şirkətlər qrupunun birgə
təşkilatçılığı ilə ulu
öndərimiz Heydər Əliyevin anadan olmasının 85
illiyinə həsr edilmiş Beynəlxalq Film Festivalının
açılış mərasimi keçirilmişdir.
Milli Məclis deputatlarının,
dövlət rəsmilərinin, ictimai-siyasi xadimlərin,
beynəlxalq qurumların nümayəndələrinin, xarici
dövlətlərin ölkəmizdəki səfirlikləri
əməkdaşlarının da iştirak etdikləri
tədbirdə YAP sədrinin müavini - icra katibi Əli
Əhmədov, ANS şirkətlər qrupunun prezidenti Vahid
Mustafayev və vitse-prezident Mirşahin Ağayev
çıxış edərək, tədbirin
əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, aprelin
əvvəlindən elan olunmuş müsabiqəyə 40-a
yaxın sənədli və televiziya filmi qəbul
edilmişdir. Onların arasından 20-yə yaxın film festivalda nümayiş etdirilmək hüququ qazanmışdır. Festivala
mayın 7-də yekun vurulacaqdır. Beynəlxalq festivalda 7 nominasiya üzrə qaliblərə fəxri diplomlar təqdim olunacaqdır.
İki sahil.- 2008.- 6 may.- S. 6.