Beynəlxalq Film Festivalı başa çatmışdır
AzərTAc xəbər
verir ki, mayın 10-da Beynəlxalq Ticarət Mərkəzində
Yeni Azərbaycan Partiyasının (YAP) və
ANS şirkətlər qrupunun
birgə təşkilatçılığı
ilə ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə
həsr edilmiş Beynəlxalq Film Festivalının qaliblərinin
mükafatlandırılması mərasimi keçirilmişdir.
Milli Məclis deputatlarının, YAP icra
aparatı nümayəndələrinin,
ictimai-siyasi xadimlərin
iştirak etdikləri
tədbirdə münsiflər
heyətinin üzvü
Mailə Muradxanlı çıxış edərək
tədbirin əhəmiyyətindən
danışmışdır.
Qeyd edilmişdir ki, hazırda həm ölkəmizdə,
həm də onun hüdudlarından kənarda ulu öndər Heydər Əliyevin yubileyi ümumxalq bayramı səviyyəsində təntənəli
şəkildə qeyd
olunur. Bu festival da həmin
tədbirlərin bir parçasıdır. Bildirilmişdir
ki, Azərbaycanda ilk dəfə keçirilmiş bu tədbirdə müxtəlif
dövrlərdə ulu
öndər Heydər
Əliyev haqqında hazırlanmış filmlər
göstərilmişdir. Aprelin
əvvəlindən elan
olunmuş müsabiqəyə
50-yə yaxın sənədli və televiziya filmi təqdim edilmişdir. Onların arasından 17 film festivalda nümayiş etdirilmək
hüququ qazanmışdır.
Mayın 7-də yekun vurulmuş festivalda münsiflər heyəti tərəfindən
6 nominasiya üzrə
filmlər seçilmişdir.
YAP icra katibinin
müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı görkəmli dövlət
xadimi, müasir Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən, müstəqil
dövlətimizin ulu öndər tərəfindən
müəyyən edilmiş
prinsiplərindən söz
açmışdır.
Bildirmişdir ki, ümummilli liderin müəyyən etdiyi siyasi kurs bu
gün Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir, Azərbaycanın beynəlxalq
nüfuzu durmadan artır.
Beynəlxalq Film Festivalının Heydər
Əliyev irsinin öyrənilməsi baxımından
əhəmiyyətini vurğulayan
M.Qurbanlı qalibləri
təbrik etmiş, onlara yaradıcılıq
uğurları arzulamışdır.
Münsiflər heyəti tərəfindən
müəyyən edilmiş
qaliblərə - "Bir
gülüşün tarixçəsi"
(rejissor Nazim Əhmədov), "Yaddaş"
(rejissor Vahid Mustafayev), "Mədəniyyətimizin
hamisi" (rejissor İqbal Məmmədəliyev),
"Heydər Əliyevə
həsr olunmuş kliplər" (rejissor Mehparə Nəcəfova),
"Vətənin keşiyində"
(rejissor Eldar Quliyev) və "Ali sevgi" (rejissor Akif Arifoğlu) filmlərinə xüsusi mükafatlar təqdim edilmişdir
Azərbaycan.- 2008.- 11 may.- S. 4.