Heydər Əliyevin 85 illiyinə həsr olunmuş Beynəlxalq Film Festivalı başlanmışdır
Mayın 5-də Beynəlxalq Ticarət Mərkəzində Yeni Azərbaycan Partiyasının
və ANS şirkətlər
qrupunun birgə təşkilatçılığı ilə ulu öndərimiz
Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş Beynəlxalq Film Festivalının açılış mərasimi
keçirilmişdir.
Milli Məclis deputatlarının,
dövlət rəsmilərinin,
ictimai-siyasi xadimlərin,
beynəlxalq qurumların
nümayəndələrinin, xarici dövlətlərin
ölkəmizdəki səfirlikləri
əməkdaşlarının da iştirak etdikləri tədbirdə
YAP sədrinin müavini
- icra katibi Əli Əhmədov, ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev çıxış edərək,
tədbirin əhəmiyyətindən
danışmışlar.
Bildirilmişdir ki, aprelin əvvəlindən
elan olunmuş müsabiqəyə 40-a yaxın
sənədli və televiziya filmi qəbul edilmişdir. Onların arasından 20-yə yaxın film festivalda nümayiş etdirilmək
hüququ qazanmışdır.
Festivala mayın 7-də yekun vurulacaqdır.
Beynəlxalq festivalda
7 nominasiya üzrə
qaliblərə fəxri
diplomlar təqdim olunacaqdır.
Xalq qəzeti.- 2008.- 6
may.- S. 3.