Mükafatların təqdim olunma mərasimi keçirilib

 

"Xatirələri yaşadan ən yaxşı film nominasiyası" üzrə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin rejissoru olduğu "Yaddaş" filmi qalib olub.

Dünən ANS Şirkətlər Qrupuna daxil olan VVS şirkəti və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev" Beynəlxalq Film Festivalının qaliblərinə mükafatların təqdim olunma mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, Beynəlxalq Ticarət Mərkəzində baş tutan mərasimdə çıxış edən YAP-ın icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ANS Şirkətlər Qrupunun festivalın təşkilatçılarından olmasının təsadüfi olmadığını, Heydər Əliyevin həmişə bu kanalla sıx əməkdaşlıq etdiyini bildirib: "Heydər Əliyev ANS-lə həmişə sıx əməkdaşlıq edib, xalqa ANS vasitəsilə müraciət edib. Təsadüfi deyil ki, Klivlenddə miialicə olunarkən də, xalqa ANS vasitəsilə müraciət edib. Düzdür, bu şirkətin də bəzən çətin vaxtları olub, ancaq indi şirkət Heydər Əliyevə olan borclarını qaytarır".

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyevin təbliği, Azərbaycanın təbliği deməkdir. Daha sonra festivalda qalib olan fılimlərin nominasiyalar üzrə qalibləri elan olunub. "Xatirələri yaşadan ən yaxşı fılm nominasiyası" üzrə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin rejissoru olduğu "Yaddaş" fılmi qalib elan olunub.

"Ən emosional fılm" nominasiyası üzrə "Heydər Əliyevə həsr olunan çarxlar" (AzTV, rejissor Mehparə Nəcəfova) və "Bir gülüşün tarixçəsi" (Lider TV, rejissor Nazim Əhmədov),

"Ən yaxşı sənədli fılm nominasiyası" üzrə "Vətənin keşiyində" (rejissor Eldar Quliyev), "Ali sevgi" (Lider TV, rejissor Akif Arifoğlu) və "Heydər Əliyev-mədəniyyətimizin hamisi" (rejissor İqbal Məmmədəliyev) filmləri qalib olub.

Festival qaliblərinə fəxri diplomar verilib.

Qeyd edək ki, aprel ayının əvvəlində "Heydər Əliyev" Beynəlxalq Film Festivalı üçün müsabiqə elan olunub müsabiqə aprel ayının 26-da bitib. Müsabiqədə ümumilikdə 40-a yaxın sənədli televiziya fılmləri iştirak edib. Münsiflər heyətində tanınmış ictimai xadimlər, mədəniyyət incəsənət ustaları iştirak ediblər: Mais Məmmədov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, televiziya mütəxəssisi Mailə Muradxanlı s. Filmləri seçərkən xarakteri tam göstərmək, faktların, xatirələrin qorunması s. kimi göstəricilər əsas götürülüb.

Festival çərçivəsində 20-ə yaxın film nümayiş olunub. Qeyd edək ki, festivalda Heydər Əliyev haqqında müxtəlif vaxtlarda yerlərdə hazırlanmış filmlər göstərilib. Beynəlxalq Ticarət Mərkəzində müsabiqəyə təqdim edilən filmlərin nümayişi 6-7 may tarixlərində keçirilib.

 

Azad Azərbaycan.- 2008.- 11 may.- S. 8.