Lalə

 

Kərəm dedi, qayıtmaram bu yoldan..

 

Yanıq Kərəmihavası üstündəRamifilmi

 

Azərbaycan ədəbiyyatı üçün tərsa qızına aşiq olan türk növcavanı obrazı təzə deyil. Kərəmdən əvvəl , sonra da tərsaya aşiqanə şeirlər qoşan şairlərimiz, aşıqlarımız az olmayıb. Sevgi sərhəd tanımır. Həm sevgi deyilən yerdə milli dini münaqişələrin ya çəkisi azalır, ya da tamam yox olur. Çünki sevgi özü bir dindir. bu dində insanların bərabərliyi əsas məsələdir.
   Sevgi illüziyadır, illüziya da sərhəd tanımaz. Sərhəd tanımayan bir başqa din, bir başqa illüziya isə kinodur.
   Əsla bura qədər yazılanları indi söhbət açacağım filmin süjetinə bəraət kimi qəbul etmənizi istəmirəm. Bu, sadəcə olaraq təsvir-girişdir.
   Haqqında danışılacaq film isə ayın əvvəlindəNizamikinoteatrında təqdimatı keçirilənRamifilmidir. Filmin rejissoru ssenari müəllifi İran rejissoru Babək Şirinsifətdir. Rami (Kamran Yunus) filmin qəhrəmanının adıdır. O, Qarabağ müharibəsinin acılarını özündə daşıyan, həm ikiqat artıq daşıyan birisidir. Bu Rami Cəbrayılda yaşayırmış. O zaman hələ müharibə başlamasa da münaqişə qığılcımları parıldayırmış. Raminin əsas melodramı isə müharibədən əvvəl başlayır: erməni qızına aşiq olanda onu götürüb qaçanda. Müharibə başlayanda isə onların artıq bir körpə uşaqları var. Ermənilərin hücumuna məruz qalan dinc əhali ora-bura dağılışanda Raminin qardaşı anası ilə birgə erməni gəlinlərini o taya, Cənubi Azərbaycana, yəni İrana keçirir. Rami o zamandan bəri tək yaşayır, ailəsindən soraq gözləyir onları axtarmağa başlayır.
   FilmƏsli-Kərəmdastanından iqtibaslarla, illüstrasiyalarla, dastanı danışan aşığın səsi ilə başlayır bu aşıq dastan nəql etməklə özünün xəbəri olmadan filmin temporitmini tutur. Film enerjisini yoldan, dastandan aşıq musiqisindən alır. Amma film hətta sentimental melodramayadək belə gedib çatmır. Bu, filmin janrına yaddır. Əgər rejissorun total faciə yaratmaq istəyi vardısa belə, bu da puça çıxıb. Buna həm ənənəvi İran melodramasıdemək olar.
    Qəhrəman film boyu yolda olur, arvadını oğlunu axtarır. Arabirsə onu xatirələri müşayiət edir. Filmin süjeti bu xatirələrdən açılır. Sadə işə yarayan bir üsulla.
   SöhbətRaminin ideyasından gedərsə, yalnız bunu demək olar: O, tamaşaçıları qane edəcək deyil. Bu, yerli tamaşaçı üçün yenidən dövriyyəyə buraxılmış kart oyunu kimidir. Tərsa qızına aşiq olmuş müsəlman gənci yaxud erməni qızına vurulmuş azərbaycanlı obrazından, yuxarıda qeyd etdiyimiz kimi, kasadlığımız yoxdur. Yeganə maraq doğuran rejissorun bu əhvalatı necə bitirməsi, yəni məsələni necə həll etməsidir.
   Məhz bu məqam tamaşaçılar üçün qənaətbəxş sayıla bilər: İranda arvadını axtaran Rami yalnız oğlunu tapır, arvadı o taya keçəndən üç gün sonra dünyadan köçüb. Kədərinə təsəlli kimsəni bula bilər ki, qəhrəman? Əlbəttə, o, yalnız ağaca sarılır, ona sığınır. Yəqin rejissorun filmi nədən belə bitirməsinin özünə məlum olan olmayan səbəbləri var. Məncə, bu səbəblərdən biri əlacsızlıqdır.
   Aktyor Kamran Yunus əvvəldən axıradək filmin enerjisinə, daha doğrusuƏsli-Kərəmdastanının enerjisinə köklənməyə çalışır. İnsafən, onun aşiq obrazı haqqında nəsə tənqidi söz demək istəmirik, zira adam saç-saqqalı, ifadə görüntüsü ilə əsl məhəbbət faciəsinin personajıdır. Yalnız əsəb əzab ifadələri özünətəlqin kimi görünür. Əvəzində Qurban Səfiyevin sürücü qəhrəmanı canlı, real diqqətçəkəndir. Bu sürücü daim qəhrəmanın, Raminin fonunda olsa belə, o unudulmur. Daha doğrusu, onsuz adam darıxır. Partlayış döyüş səhnələrinin özü inandırıcı realdır. Bu reallıqları isə yalnız bu aşiq-məşuq əhvalatıkorlayır”(?).

 

Gün.- 2008.- 23 may.- S. 14.