X Şərq-Qərb kinofestivalı
başlayır
Bizdən Şərqdə və Qərbdəki müasir kinematoqrafiya meyillərindən
xəbərdar olacağıq
İki gündən sonra X "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalı
öz işinə başlayacaq. Dünən keçirdiyi mətbuat
konfransında festivalın
direktoru Abbas Əliyev əvvəlcə
festivalın yaranma tarixçəsi haqqında
məlumat verdi: "Ənənəvi "Şərq-Qərb" (Est-West) Bakı Beynəlxalq Kinofestivalı Azərbaycan
Kinematoqrafçılar İttifaqı
və Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu tərəfindən
və MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar
İttifaqları Konfederasiyasının
dəstəyi ilə
1996-cı ildə yaradılıb. Əvvəllər festival ölkəmizin paytaxtında
Festivallar Festivalı-"Filmfest"
adı altında keçirilib. Kinofestival 1999-cu ildən "Şərq-Qərb" adlandırılıb".
Festival ildən-ilə
coğrafiyasını genişləndirib. Əgər birinci
forumda 5-6 ölkə iştirak edirdisə, sonrakı illərdə tədricən bu rəqəm 20-yə çatıb.
Azərbaycan, Rusiya, Fransa, Almaniya, ABŞ, Türkiyə, Gürcüstan,
Qazaxıstan, Litva, İsrail, İran və digər beynəlxalq festivallar və kinofondların rəhbərləri (ABŞ, Berlin, Nant, Rotterdam kinofestivallarının,
Rusiyanın "Kinotavr"
və başqaları)
Azərbaycan paytaxtına
gələrək "Şərq-Qərb"in
nə olduğunu görmək istəyib. Arik Kaplun, Cəfər
Pənahi, Eldar Şengelaya, Filipp Yeledü, Georgi Daneliya, Nikita Mixalkov, Marius
Balçunas, Marten Rişar,
Pavel Çuxray, Reyis Varnye, Rəfiq
Puyyə, Sergey Solovyov,
Stanislav Qovoruxin, Tolomuş Oveyev, Yevlin Kaplun kimi
görkəmli reyissorlar
ölkəmizə gəlib.
Bakının qonaqları
sırasında dünya
kinosunun yüzlərlə
personayı - Aleksandr Abdulov, Kote Maxaradze,
Lyudmila Çursina, Mayya
Aymedova, Pyer Rişar, Sofiko Çiaureli kimi ekran ulduzlarının daxil olduğu 600 qonaq iştirak edib. İndiyədək keçirilən festivalların proqramında
və Dəyirmi masalarda 160-dən artıq
film göstərilib. Ötən əsrdə
yaradılmış rus,
Azərbaycan və gürcü filmlərindən
ibarət "Milli kinematoqrafiyaların başlanğıcına
2000-ci ildən baxış"
adlı maraqlı retrospektiv böyük rezonans doğurub. Forumlardan biri isə Azərbaycan
kinosunun 100 illiyinə
həsr edilib.
A.Əliyev açıqladı
ki, "Şərq-Qərb"
festivalının coğrafiyası
ötən illərə
nisbətən daha da genişləndiyindən,
həmçinin dəvətlilərin
sayı da çoxalıb: "Əgər
əvvəllər biz festivalda
iştirak etmək üçün müraciət
edirdiksə, indi bizə müraciət edirlər".
Keçən il IX "Şərq-Qərb"
festivalının keçirildiyi
Yaşıl Teatrda çıxış edən
nazir Əbülfəs
Qarayev yubiley festivalının Heydər
Əliyev adına Sarayda keçiriləcəyini
bildirmişdi. Ancaq nazirin
proqnozu özünü
doğrultmadığından, yəni Sarayın hələ təmiri başa çatmadığından
festivalın bu dəfəki açılışı
Musiqili Komediya Teatrında baş tutacaq.
Təşkilatçılar ümid edirlər ki, festivalın tələbkarlıqla tərtib
edilmiş proqramı,
Dəyirmi masanın mövzusu, parlaq Polşa retrospektivi və xüsusi nümayişlər tamaşaçılar
və festivalın qonaqları üçün
maraqlı olacaq.
A.Əliyevin sözlərinə
görə, festivalın
proqramına ötən
illərdə olduğu
kimi, bu il də
əsasən uğurlu
ekran taleyinə malik filmlər daxil edilib. Belə
ki, festivala "Hökmdarın taleyi"
(Ramiz Fətəliyev,
Fatxulin Dilşad, Azərbaycan 2008), "İşıqlı
sərinlik" (reyissor
Ernest Abdiyarapov, Qırğızıstan,
2007), "Monotonluq" reyissor
(Poşkus Yuris Nikolayeviç, Latviya,
2007-ci il), "Payız
ziyafəti" (reyissor
Veyko Ounpuu, Estoniya, 2007-ci il), "Rus oyunu" (reyissor Pavel Çuxray, Rusiya, 2007-ci il), "Artist qız"
(reyissor Stanislav Qovoruxin, Rusiya, 2007-ci il), "Sürgün"
(reyissor Andrey Zvyaqintsev, Rusiya, 2007-ci il), "Yük 200" (reyissor Aleksey Balabanov, Rusiya, 2007-ci il) və s. filmlər daxil edilib.
K.Zanussinin filmlərinin
retrospektivinə "Var
gücü ilə, qalopla", ""Persona Non Qrata"
və "Kamiflyay"
filmləri daxil edilib.
Festival günlərində
həmçinin "Milli
kinematoqrafiya və kinoprokat: problemlər və perspektivlər" mövzusunda Dəyirmi masa keçiriləcək.
Festivala dəvət alan qonaqlar sırasında ssenaristlər - Branyev Georgi (Fransa), Efraim Abramov (İsrail), Markiş David Haviyarova Mira (Çexiya), reyissorlar - Kşiştov Zanussi (Polşa), Puran Draxşan (İran), kinotənqidçilər
- Moldaliyeva Aliyə (Qırğızıstan), Anton
Sidorenko, Svetlana Koratkova, reyissor Yuli Qusman, Viktor
Yelovanin və başqaları da var. Ümumilikdə festivala müxtəlif ölkələrdən
60-dan artıq qonaq qatılacaq.
Festivalın son günü, yəni iyun ayının 7-də "Azərbaycan"
kinoteatrında festivalın
bağlanış mərasimi
keçiriləcək. Həmin gün
"Qadınlıq rəmzini
tərənnüm edən
ən yaxşı obraz", "Kişilik rəmzini tərənnüm
edən ən yaxşı obraz",
"Bəşəriyyətə ən humanist göndəriş", "Dünya
kinosunun inkişafındakı
xidmətlərinə görə"
nominasiyaları üzrə
mükafatlar da təqdim ediləcək.
Filmlər isə kino göstərilməsi üçün yeganə
üzağardan yer olan "Azərbaycan" kinoteatrında və "İbRus" Teatrının
kiçik zalında nümayiş etdiriləcək.
Bu, sizə bizdən Qərbdə və Şərqdə son illər çəkilən ekran əsərlərindən, müasir
kinematoqrafdakı meyillərdən,
ümumən Avrasiya kinosunun vəziyyətindən
xəbər tutmaq imkanı verəcək.
Kaspi.- 2008.- 30 may.- S. 12.