Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmiri haqqında  

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir olunması maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir olunması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrılsın.
2.
Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqındaAzərbaycan Respublikası Prezidentinin 12 mart 2007-ci il tarixli 2025 nömrəli sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən vəsaitin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2008-ci il

 

     Xalq qəzeti.- 2008.- 27 may.- S. 2.