Filarmoniyada
Rəhilə gecəsi
Rəhilə Bəndəliyeva-50
14 may
2008-ci il mənim üçün Azərbaycan
Respublikasının əməkdar
artisti, "Lalə"
qızlar ansamblının
solisti Rəhilə xanım Bəndəliyevanın
anadan olmasının
50 illik, yaradıcılığının
30 illik yubileyi Dövlət Filarmoniyasında
möhtəşəm konsert
proqramı ilə yadda qaldı. Neçə vaxtlar qulağımız canlı səsə möhtac qalmışdı.
Nəhayət ki, Rəhilə xanım ecazkar canlı səsi ilə Filarmoniyanı riqqətə
gətirdi. Bütün sənət dostları
müğənniyə dəstək
olaraq konsertdə onunla birgə oxudular. Əməkdar artistlər Kəmalə Rəhimli, Ruhəngiz Allahverdiyeva, Cahangir Məmmədov, Ağacəbrayıl
Abbasəliyev, xalq artistləri Teymur Mustafayev, Telman Adıgözəlov, Arif Qazıyev, bəstəkarlardan
Rauf Məmmədov, Məlahət Həmidqızı, professor
Eldar Abbasov, Paşa Qəlbinur, bu sətirlərin müəllifi "Qafqaz-Media"
İB-nin sədri Hacıxanım Azadə çıxış edərək
Rəhilə xanımı
yubileyi münasibəti
ilə təbrik etdilər, ona xoş arzularını bildirdilər.
Rəhilə Bəndəliyeva öz müəllimi, "Lalə"
qızlar ansamblının
rəhbəri, xalq artisti Ceyran Haşımovanın qarşısında
baş əyərək
bugünkü uğurlarına
görə ona minnətdarlığını bildirdi. Müğənni
"Qafqaz-Media" İB-nin
Fəxri Fərmanı
ilə təltif olundu.
Allah səsinizə
qüvvət versin, Rəhilə xanım. Yubileyiniz mübarək olsun.
Ədalət.- 2008.- 17 may.- S. 24.