Londondakı “ARS Music” Qoçaq Əsgərovun
ifalarından ibarət
albom hazırlayıb
Londonda fəaliyyət göstərən
"ARC Music" şirkəti
gənc xanəndə
Qoçaq Əsgərovun
ifalarından ibarət
"Music from Azerbaijan" adlı albom tərtib edib. Bu barədə
APA-ya məlumat verən muğam ifaçısı bildirib
ki, disk Avstraliyanın səsyazma studiyalarının birində
buraxılıb. "Sarı
gəlin" ansamblının
müşayiəti və
Qoçaq Əsgərovun
ifasında alboma "Mirzə Hüseyn segahı", "Qaragilə",
"Heydərbaba" xalq
mahnıları, "Şüştər"
təsnifi və "Şüştər" rəngi,
eyni zamanda zərb muğam "Simayi-Şəms" daxil edilib. Diskə
Azərbaycanın ərazi
bütövlüyü, onun
keçmişi və
bu günü, Azərbaycan musiqiçiləri
və muğamlar haqqında məlumatların
toplandığı kitabça
da əlavə olunub. Eyni zamanda
diskdə yer alan musiqi nömrələri
barəsində də
nəşrdə məlumatlar
yazılıb.
525-ci qəzet.- 2008.- 17 may.- S. 35.