Aydınoğlu T.

 

Üzeyir Hacıbəyov irsinə sonsuz məhəbbət

 

Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının qərargahında keçirdiyi məclisdə böyük Üzeyir Hacıbəyov irsinin tanınmış tədqiqatçısı, istedadlı jurnalist-müsiqişünas Səadət Qarabağlının 50 illik ömür yolunun dəyərli məqamları çıxış təbriklərə mövzu oldu.
Dünya Azərbaycanlıları Konqresinin sədri, professor Qulamrza Səbri Təbrizi xalqımızı bütün dünyada tanıdan şöhrətləndirən ölməz bəstəkarımız Üzeyir Hacıbəyovun irsinin qorunmasında, tədqiqində təbliğində 30 il yorulmadan çalışan, fədakar üzeyirşünas kimi fəaliyyətini bu gün davam etdirən Səadət xanıma möhkəm cansağlığı, yeni uğurlar arzuladı.
Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin sədri Nüşabə Məmmədli Səadət Qarabağlının bioqrafiyasına nəzər saldı, onun üzeyirşünaslığa töhfələrini a
çıqladı, sənətşünas kimi elmi-mədəni mühitdə göstərdiyi fəallığı vurğuladı.
Şairlərdən Gülhüseyn Hüseynoğlu, Ramiz Heydər, Səyavuş Məmmədzadə Kəmalə Abiyeva, qocaman ziyalı Saleh bəy yubilyarın Üzeyir Hacıbəyov şəxsiyyətinə mənəvi övladlıq səviyyəsin
ə yüksəlmiş sevgisi barədə səmimi fikirlər söylədilər, onun böyük bəstəkarın ev muzeyində çalışdığı bu sənət ocağına rəhbərlik etdiyi dövrdə gördüyü yaddaqalan işlərdən epizodları yada saldılar.
S.Mümtaz adına Ədəbiyyat İncəsənət Arxivinin direktoru Maarif Teymur Səadət Qarabağlının Üzeyir Hacıbəyovla bağlı elmi araşdırmalarından, nəşr etdirdiyi kitablardan söz açdı, birgə əməkdaşlıqlarının üzeyirşünaslıqda qaranlıq səhifələrə aydınlıq gətirdiyini məmnunluqla qeyd etdi.
Səməd Vurğunun Ev Muzeyinin rəhbəri Aybəniz Vəkilova, İstiqlal Muzeyinin əməkdaşı Amalya Rzayeva, sənətşünas Elmira Qasımova Səadət xanımı təcrübəli muzeyşünas kimi səciyyələndirdilər, onun həm musiqişünas, həm jurnalist kimi Üzeyir bəyin musiqi publisistik irsinə dərin bələdliyini ruhən bağlı olduğunu xüsusi nəzərə çatdırdılar.
Azərbaycan Radiosunun şöbə müdiri Gülbəniz Hüseynova başqaları Səadət Qarabağlının teleradio mətbuatda Üzeyir bəy irsini maraqlı formalarda, geniş auditoriyada xalqımıza çatdırmaq sahəsində ardıcıl işinin önəmini dəyərləndirdilər.
Üzeyir Hacıbəyovun yaxın qohumu professor
Telman Ağdamski Hacıbəyovlar Bədəlbəylilər nəslinin milli mədəniyyətimizə xidmətlərini indiki nəsillərə layiqincə çatdırdığına görə Səadət Qarabağlıya dərin razılığını bildirdi, ona bu sahədə fəaliyyətini uğurla davam etdirmək üçün geniş imkanlar arzuladı.
Sonda Səadət xanım Üzeyir bəyin həyat fəaliyyətinə bağlılığının dərin kökləri olduğunu söylədi, üzeyirşünas kimi yetişməyində Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin Üzeyir bəyin ev muzeyinin yaradıcısı mərhum Ramazan Xəlilovun rolunu minnətdarlıqla xatırladı. Yubilyar bildirdi ki, ömrünün 30 ilinin Üzeyir Hacıbəyov irsi ilə bağlı olmasını taleyin ən böyük mükafatı sayır, həyatının sonunadək bu sahədə xidmətini davam etdirəcək.
Söylənən fikirlər, toxunulan məsələlər ölməz Üzeyir bəyin miras qoyub getdiyi zəngin mənəvi dəyərlərlə sıx bağlı olduğundan bəstəkarın əsərlərindən səslənən parçalar məclisi təravətləndirdi, yubilyara layiqli hədiyyə oldu.

Xalq qəzeti.- 2008.- 23 may.- S. 7.