“Azərbaycanın xoşməramlı
mələkləri”
Azərbaycan Dövlət Gənclər
Simfonik Orkestri və Uşaq Xoru mayın 20-də Parisdə "Azərbaycanın xoşməramlı
mələkləri" adlı
konsert proqramı ilə çıxış
ediblər. APA-nın məlumatına görə,
konsert UNESCO-nun qərargahında keçirilən
xoşməramlı səfirlərin
iclası çərçivəsində
baş tutub. Konsert UNESCO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın himayəsi altında keçirilib.
Qeyd
edək ki, M. Əliyevanın da iştirak etdiyi iclasa 20-dən
artıq UNESCO-nun xoşməramlı səfiri qatılıb. İclasın məqsədi hamının
təhsil almasına yardım etmək, mədəniyyətlər və
dillərin müxtəlifliyini
qorumaq, su resursları və iqlim dəyişiklikləri ilə bağlı problemlərin
həlli yollarını
müzakirə etməkdir.
Ədalət.- 2008.- 22 may.- S. 6.