Azərbaycanda müasir Avropa tipli ilk musiqi təhsili ocağının 110 illik yubileyi qeyd edilmişdir

 

AzərTAc xəbər verir ki, mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin (keçmiş Asəf Zeynallı adına musiqi məktəbi) yaradılmasının 110 illik yubileyi qeyd edilmişdir.
Kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov əlamətdar hadisə münasibətilə həmkarlarını təbrik etmiş, ölkəmizin musiqi həyatında qocaman musiqi təhsili ocağının xidmətlərindən danışmış, onun ötən illərdəki fəaliyyətinin bəzi məqamlarından söz açmışdır. Bildirmişdir ki, mədəniyyətimizin, musiqi sənətimizin böyük himayədarı qayğıkeşi, bu günlərdə 85 illik yubileyini dərin hörmət məhəbbətlə qeyd etdiyimiz ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanda hakimiyyətdə olduğu illərdə mədəniyyət incəsənət tariximizin tədqiqatçıları qarşısında XIX, XX əsrləri əhatə edən dövrü yenidən, müasir reallıqlar baxımından ciddi araşdırmaq vəzifəsini qoymuşdur. Bu araşdırmalar kollecimizlə bağlı bəzi yeni faktları da ortaya çıxarmışdır.

Natiq diqqətə çatdırmışdır ki, 1895-ci ildə tərəqqipərvər rus ziyalı qadını, Moskva Konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açmışdır. 1901-ci ildə həmin təhsil ocağının bazasında Rus İmperator Musiqi Cəmiyyətinin Bakı şöbəsinin musiqi sinifləri yaradılmışdır. Həmin siniflərdə bir nəfər olsun azərbaycanlı uşağı təhsil almırdı. Avropa tipli musiqi təhsili verən bu məktəbdə azərbaycanlı balaların oxuması dahi Üzeyir Hacıbəyovun böyük arzusu idi. O, bunu həyata keçirmək üçün ziyalı həmkarları ilə birlikdə nəhayət, 1916- ildə A.N.Yermolayevanın musiqi məktəbinin dövlət orta orta ixtisas musiqi məktəbinə çevrilməsinə nail olmuşdur.
Bir sıra mərhələlərdən keçərək, 1932-ci ildən onun yenidən texnikum kimi müstəqil fəaliyyətə başlamasını vurğulayan N.Kazımov bildirmişdir ki, 1936- ildən texnikuma Üzeyir Hacıbəyov rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi illər təhsil ocağının inkişafında mühüm mərhələ təşkil etmişdir. Həmin illərdə müəllim kollektivi güclənmiş, tədrisin keyfiyyəti yüksəlmiş, xalq musiqi ənənələrinin, muğamlarımızın öyrənilməsinə maraq artmış, bəstəkarlarımız tərəfindən yeni musiqi əsərləri yazılmış, klassik musiqiyə meyil güclənmişdir.
Tədbirdə qeyd edilmişdir ki, texnikumun müxtəlif şöbələrində çalışan Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli, Bülbül, Qurban Pirimov, Seyid Şuşinski, Ağası Məşədibəyov kimi sənət fədailərinın məhsuldar əməyi sayəsində tədris prosesi daha da təkmilləşmiş, ifaçılıq səviyyəsi yüksəlmişdir. Bunun sayəsində sənət başlanğıcını buradan götürən Azərbaycanın yüzlərlə dünya şöhrətli bəstəkar müğənnisi istər ölkəmizdə, istərsə beynəlxalq müsabiqə tədbirlərdə ilk musiqi təhsili aldıqları ocağa başucalığı gətirmişlər. Onlardan 9 nəfəri SSRİ xalq artisti, 200-dən çoxu Azərbaycanın xalq artisti, əməkdar artist sair fəxri adlara layiq görülmüşdür.
Həmin ənənənin bu gün uğurla davam etdirildiyi vurğulanan tədbirdə qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-2007-ci illərdə keçirilən muğam müsabiqəsinin iştirakçılarının birlikdə 40 nəfərindən 26- kollecin tələbələri məzunları olmuşdur. Həmin müsabiqələrdə Təyyar Bayramov, Güllü Muradova 1-ci, Abgül Mirzəyev Ehtiram Hüseynov 2-ci, Babək Niftəliyev, Rəvanə Ərəbova isə 3-cü yerlərə layiq görülmüşlər. "Avroviziya" müsabiqəsində finala yüksələn estradamızın təmsilçisi Elnur Hüseynov da kollecin ötənilki məzunudur. Kollecin tələbə məzunları təkcə ölkəmizdə deyil, beynəlxalq müsabiqələrdə həmişə uğurla çıxış edirlər.
Yubiley tədbirində o da vurğulanmışdır ki, musiqi kollecinin kollektivi respublikamızın istər mədəni, istərsə ictimai həyatında həmişə fəal iştirak edir.
Təhsil naziri Misir Mərdanov əlamətdar yubiley münasibətilə musiqi kollecinin kollektivini təbrik etmiş, məktəbin əməkdaşlarından 5 nəfərinə "Qabaqcıl təhsil işçisi", 11 nəfərinə isə nazirliyin fəxri fərmanını vermişdir.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kərimi yubiley münasibətilə kollecin müəllim tələbə kollektivinə təbrikini çatdırmış, ölkədə musiqi mədəniyyətinin təşəkkül tapmasında inkişafında onların əməyini yüksək qiymətləndirmişdir.
Tədbirdə musiqi kollecinin xalq çalğı alətləri orkestrinin, xor kollektivinin, skripkaçılar, kanonçular ansambllarının başqa kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunmuşdur.

 

Azərbaycan.- 2008.- 22 may.- S. 3.