Bril­liant Da­da­şo­va Şi­ma­li Kipr­də kon­sert ve­rib

 

Ə­mək­dar ar­tist Bril­liant Da­da­şo­va Şi­ma­li Kipr Türk Cum­hu­riy­yə­ti­nin Ya­kın Do­ğu Uni­ver­si­te­ti­nin Ata­türk Kül­tür Mər­kə­zin­də kon­sert proq­ra­mı ilə çı­xış edib. Mü­ğən­ni kon­ser­ti sö­zü­ge­dən uni­ver­si­te­tin qu­ru­cu rek­to­ru dok­tor Su­at Gün­se­lin tək­li­fi ilə ve­rib. Azər­bay­can De­mok­ra­tik Cüm­hu­riy­yə­ti­nin 90 il­li­yi çər­çi­və­sin­də dü­zən­lə­nən kon­sert­də Bril­liant xa­nı­mı Azər­bay­can­dan get­miş or­kestr mü­şa­yiət edib. Bu ba­rə­də mə­lu­ma­tı mü­ğən­ni­nin mət­buat ka­ti­bi Ay­nu­rə Əh­mə­do­va ve­rib. Onun söz­lə­ri­nə gö­rə, sə­nət­çi Şi­ma­li Kiprdə ver­di­yi kon­sert­də Üze­yir Ha­cı­bə­yo­vun, Fik­rət Əmi­ro­vun, To­fiq Qu­li­ye­vin, Fa­iq Sü­cəd­di­no­vun, Arif Mə­li­ko­vun, Ca­van­şir Qu­li­ye­vin əsər­lə­ri ilə ya­na­şı, türk mah­nı­la­rı­nı da səs­lən­di­rib. Son­da isə kon­sert Azər­bay­can mar­şı ilə so­na ça­tıb. Ye­ri gəl­miş­kən, Bril­liant Da­da­şo­va­nın Şi­ma­li Kipr Türk Cüm­hu­riy­yə­ti­nə sə­fə­ri yer­li te­le­ka­nal mət­bu or­qan­la­rın da diq­qə­tin­dən kə­nar­da qal­ma­yıb. Be­lə ki, sə­nət­çi Kip­rin "Ka­nal T" te­le­vi­zi­ya­sın­da iki saat­lıq proq­ra­ma qa­tı­lıb mu­si­qi ilə bağ­lı fi­kir­lə­ri­ni bö­lü­şüb. Kon­sert­dən ön­cə isə "Yurt­se­vər kıb­rıs­lı" qə­ze­ti­nin əmək­da­şı Bril­liant Da­da­şo­va­nı Azər­bay­ca­nın bül­lur səs­li sə­nət­çi­si ad­lan­dı­rıb. O­nu da qeyd edək ki, Bril­liant xa­nım Kipr­dən bir­ba­şa Tür­ki­yə­yə ge­dib. Bu isə sə­nət­çi­nin Tür­ki­yə­də iki dil­də al­bom çı­xar­ma­sı ilə bağ­lı­dır.

 

Üç nöqtə.- 2008.- 30 may.- S. 13.