Cəngi qrupu İsveçrədə olub

 

Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" musiqi qrupu mayın 2-5-də Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsveçrəyə səfər edib. Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, mayın 3- Azərbaycan-Türk Mədəniyyət Dərnəyi tərəfindən Solothurn şəhərində qrupun konserti keçirilib. Konsertdə İsveçrədəki Azərbaycan türk diasporlarının nümayəndələri, eləcə yerli dinləyicilər iştirak edib. Mayın 4- isə İsveçrənin paytaxtı Bern şəhərinin mərkəzində, parlamentin qarşısında Türk günü təşkil olunub. Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov tədbirdə çıxış edərək Türkiyənin Berndəki səfirinə təşkilatçılara təşəkkürünü bildirib. O, Azərbaycan Türkiyə diaspor nümayəndələrinin birgə fəaliyyətinin gələcəkdə davam etdiriləcəyinə əmin olduğunu söyləyib. Səfər çərçivəsində "Cəngi" iki konsert proqramı təqdim edib.
   

525-ci qəzet.- 2008.- 6 may.- S. 7.