Elnarənin "Həyat gözəldir" layihəsi maraqla
qarşılandı
Ötən gün muğam ifaçısı Elnarə xanım yenidən media nümayəndələrini və bəzi sənətkarları ətrafına toplayıb təqdimat keçirdi. Demə, Elnarənin efirlərdə görünməməsinin səbəbi elə yeni layihəsi imiş. Bu dəfə Elnarə sayca üçüncü layihəsini təqdim etdi. Qeyd edək ki, hər üç layihə prodüser Asif Kərimovla birgə hazırlanıb.
Xatırlayırsınızsa, Elnarənin
ilk layihəsi "Bizim aləm" adlanırdı. İki blokdan ibarət olan layihənin hərəsində 3 mahnı
toplanmışdı. İlk
layihə həqiqətən
sənət aləmində
böyük səs-küyə səbəb oldu. Vizual görüntülərlə
təqdim olunan bu layihədə Elnarə avanqard üsluba üstünlük
vermişdi. Layihədə
mahnı və şur muğamları üstündə təsnif
və xalq mahnıları toplanmışdı.
Layihə disk şəklində də hazırlandı. Ancaq həmin disklər satış üçün
nəzərdə tutulmamışdı.
İkinci layihə isə "Şirvan gözəlləməsi" adlanırdı.
Bu layihə də birincisindən yetərincə fərqləndi.
Adətən muğam
ifaçılarını tar
və kaman müşayiət edir. Ancaq Elnarənin fərqli layihəsində xanəndə
iki balabanın müşayiəti ilə
canlı ifada məharətini nümayiş
etdirdi. Şamaxının
ən yüksək zirvəsində canlı ifası ilə gənc xanım musiqiçiləri belə
heyrətləndirə bilmişdi.
Çünki onun ifa tərzi özünəməxsus idi.
Bu layihə folklor üslubunda hazırlanmışdı. "Şirvan gözəlləməsi"ndə layihəsi isə dörd blokdan ibarət idi. Dünən təqdim olunan "Həyat gözəldir"
adlı layihə isə tamamilə digərlərindən fərqlənirdi.
Asif Kərimovla Elnarənin birgə layihəsi ilk əvvəl elə media nümayəndələrinin
müzakirəsinə buraxıldı.
Onu da qeyd
edək ki, bu layihədə Elnarə Bülbiilün də repertuarına müraciət etmişdi. Layihə boyu 45 dəqiqə ərzində
4 blokdan ibarət xalq mahnıları və muğamlar təqdim olundu. Bu layihə isə konkret olaraq akademik üslubda hazırlanmışdı.
Onu da xatırladaq ki, Elnarənin ifasında təqdim olunan elə xalq mahnıları
var idi ki,
indiyə qədər
demək olar ki, heç bir xanəndənin ifasında səslənməyib.
Daha dəqiq desək, böyük xanəndələrdən sonra onları
repertuarına daxil edən olmamışdı.
Layihə vizual görüntü ilə təqdim edilirdi. Çəkilişdə tanınmış
rəssatn Asif Azəroğlunun sənət
əsərlərindən də
dekor kimi istifadə olunub. Həqiqətən layihə media
nümayəndələrinə təqdim olunduqdan sonra böyük alqışa səbəb oldu. Çünki son dövrlər heç bir muğam ifaçısının,
sənətçinin təqdimatında
belə möhtəşəm
layihənin şahidi olmamışdıq. Mətbuat
konfransından sonra qonaqlara da söz
verildi. Mərasimdə
ilk əvvəl xalq musiqisi, Elnarənin yeni layihəsi barədə fikir söyləmək üçün Hacı Əbdül Mahmudbəyov da xoş sözlərini
dedi. Yeri gəlmişkən onu da qeyd edək
ki, Asif Kərimovla Elnarə bundan sonra 4-cü layihələrini təqdim
etməyi planlaşdırıblar.
Dördüncü layihə
caz-folklor janrında hazırlanacaq. Bir saat 40 dəqiqəlik bu layihənin konsert versiyasının hazırlanması nəzərdə
tutulub.
Yeni dövr.- 2008.- 17 may.- S. 16.