Akifqızı Ş.


Mayın 28-i Vaşinqtonda Azərbaycan Günü elan edilmişdir

 

ABŞ paytaxtının meri Adrian Fenti mayın 28-ni Vaşinqtonda Azərbaycan Günü elan etmişdir. Bu qərarı əks etdirən bəyannaməni merin xarici əlaqələr üzrə müavini Stefani Skott Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkil etdiyi bayram ziyafətində səfir Yaşar Əliyevə təqdim etmişdir.
Mer Vaşinqtonda yaşayan Azərbaycan icmasına təbrik göndərmiş şəhərin bütün sakinlərini Azərbaycanın milli bayramını qeyd etməyə çağırmışdır. Adrian Fenti, həmçinin ölkəmizin Vaşinqtondakı səfirliyinə şəhərin təhsil mədəni həyatında, o cümlədən Vaşinqtonun orta məktəbləri ilə işləyən himayədarlıq proqramında iştirak etdiyi üçün minnətdarlığını bildirmişdir.
Azərbaycanın milli bayramına həsr edilən təntənəli ziyafət Vaşinqtonun mərkəzində yeni açılmış "Nyuseum" - Xəbər muzeyində təşkil olunmuşdur. Demokratiyanın əsas prinsiplərndən biri olan azad sözə ehtiram əlaməti olaraq tikilən bu binada Şərqin ilk demokratik cümhuriyyətinin 90 illiyinin qeyd edilməsi rəmzi məna daşıyırdı. ABŞ hökuməti, Konqres, diplomatik korpus təmsilçiləri, eləcə ölkənin müxtəlif ştatlarından gələn Azərbaycan türk icması nümayəndələrinin qoşulduqları bayram tədbiri Azərbaycan ABŞ-ın dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.
Qonaqlara Azərbaycanın sevincinə şərik olduqları üçün təşəkkür edən səfir Yaşar Əliyev qeyd etmişdir ki, 28 May bütün Azərbaycan xalqı üçün çox əlamətdar tarixdir. 90 il əvvəl müsəlman dünyasının ilk dünyəvi demokratik dövləti məhz Azərbaycanda qurulmuşdur. Qısa ömrünə baxmayaraq, cümhuriyyətin azad seçilən parlamenti, bir sıra ölkələrlə diplomatik əlaqələri, silahlı qüvvələri var idi. Nailiyyətlər arasında Bakı Dövlət Universitetinin yaradılması, ABŞ da daxil omaqla, Qərbin bir çox demokratik dövlətlərindən əvvəl qadınlara səsvermə hüququnun verilməsi olmuşdur. Bolşevik hücumundan cümhuriyyətin müstəqilliyini qoruyarkən 20 min nəfər soydaşımız həlak olmuşdur. Diplomat vurğulamışdır ki, ötən əsrin sonlarında Azərbaycan yenidən istiqlalını bərpa edib demokratiya, bazar iqtisadiyyatı beynəlxalq icmaya inteqrasiya prinsiplərinə əsaslanan qüdrətli dövlət qurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyadakı nüfuzu gündən-günə artır. Bu dəfə müstəqilliyimiz əbədi olacaqdır.
Bayram tədbirində iştirak edən qonaqlar milli bayramımızla əlaqədar fikirlərini bildirmişlər.
Dövlət katibinin Avropa Avrasiya məsələləri üzrə müavini Mətyu BrayzƏ: Bölgə ilə məşğul olanlar düşünürlər ki, Türkiyə burada ilk müsəlman əhalili dünyəvi dövlət qurmuşdur. Lakin unutmaq lazım deyil ki, Azərbaycan bu yolda birinci olmuşdur. Bu, dərin strateji əhəmiyyət daşıyan faktdır. Təəssüf ki, Vaşinqtonda çoxları buna kifayət qədər fikir verməmişdir. Lakin biz bunu daim diqqətdə saxlamalıyıq. Milli bayramınız münasibətilə Prezident Corc Buş Prezident İlham Əliyevə ünvanladığı məktubda ölkələrimiz arasında mövcud səmimi dostluğun əsası olan təhlükəsizlik, enerji demokratiya sahəsində möhkəm əməkdaşlığımızdan danışmışdır. Azərbaycan hazırda demokratik təsisatların möhkəmlənməsi uğrunda çalışır. Elə biz , eyni vəziyyətdə olaraq, ABŞ-da daim belə təsisatların möhkəmlənməsi istiqamətində işləyirik.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin direktoru Adil Bağırov: ABŞ-da yaşayan bütün soydaşlarımız adından Azərbaycan xalqını bu əziz bayram münasibətilə təbrik edirəm. 90 il əvvəl Azərbaycanın Şərq dünyasında ilk demokratik cümhuriyyət qurmasını artıq Konqresdə yaxşı bilirlər. Bu günlə bağlı biz Konqresin bir sıra üzvlərindən, qubernatorlardan, o cümlədən iri şəhərlərin merlərindən bəyannamələr almışıq. Bu da onun göstəricisidir ki, Azərbaycanın adı xalqımızın imici yüksəlir. Bizi daha yaxşı tanıyırlar.
"Amerikanın Səsi"nin aparıcısı Dilşad Əliyarlı: 90 il əvvəl Azərbaycan müstəqilliyini elan edəndən sonra qadınlarımıza, hətta ABŞ qadınlarından da əvvəl, səsvermə hüququ verilmişdir. Bu faktı, bu gün bir çox amerikalı təəccüblə qarşılayır. Şərq ölkəsində qadının səsvermə hüququna malik olması özlüyündə böyük demokratik göstəricidir. Bir çox Qərb ölkəsində bu hüquqa malik olmaq üçün qadınlar uzun mübarizə yolu keçmişlər. Azərbaycan cəmiyyətində isə qadın həmişə üstün mövqedə olmuşdur. "Dədə Qorqud"da ana haqqının Tanrı haqqı olduğu deyilir. İlk cümhuriyyətimiz dövründə qadına bu hüququn verilməsi, Tanrının verdiyi hüququn qaytarılması idi.
Amerika Azərbaycan Cəmiyyətinin Vaşinqton təmsilçisi Bədir MƏmmƏdli: Əksər amerikalı həmkarlarım dostlarım Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi nailiyyətləri barədə eşidəndə çox təəccüblənirlər. Tariximizin bu əhəmiyyətli hissəsi Qərbdə İslam dünyasına qarşı bir çox stereotipləri aradan qaldırır.
Azərbaycan Mədəniyyət Ocağının idarə heyətinin üzvü Həbib AzƏrsina: Azərbaycanın milli bayramının "Nyuseum" kimi möhtəşəm yerdə, Kapitoli ilə Evin arasında keçirilməsi ölkəmizin bu şəhərdəki nüfuzunu göstərir. Bu, bizi çox sevindirir.

Azərbaycan.- 2008.- 31 may.- S. 4.