İbrahimova S

 

Ülviyyə Vəliyevanın yaradıcılığında yeni dalğa

 

Gənc bəstəkar proqramını təzələyir

 

"Həsrət" "Xəyallar" adlı kompozisiyaların müəllifi olan bəstəkar Ülviyyə Vəliyeva bir müddət əvvəl Azərbaycan türk musiqisinin sintezindən ibarət "Qəlblər qovuşanda" adlı maraqlı proqram hazırlayıb. Bəstəkarın "Kaspi" bildirdiyinə görə, instrumental musiqini ud alətində türk musiqiçisi səsləndirib. Bakı Musiqi Akademiyasının məzunu olan Ülviyyə xanımın son əsərlərindən biri isə "Kölgə" adlanır. Maraqlı musiqi nömrəsində "Akademiya" realiti-şousunun iştirakçılarından olan Aytac Cəfərovanın vokaliz çıxışlarına yer ayrılıb. Eyni zamanda, onun "Dalğa" adlı instrumental musiqisi artıq radiolarda dalğalanır.

Mahnı yaradıcılığı ilə məşğul olan Ülviyyə Vəliyeva xatırlatdı ki, onun bəstələrini Elnur, Ayaz Qasımov bir sıra müğənnilər səsləndiriblər. Hazırda o, yeni bəstələri üzərində çalışır. Bəstəkar xanımın instrumental əsərlərindən isə televerilişlərdə bəhrələnirlər.

Söhbətinin sonunda Ülviyyə Vəliyeva vurğuladı ki, vətəninə ezam olunan Türkiyənin Azərbaycandakı keçmiş səfirinin təşəbbüsü ilə o, təmsilçinin uşaqlarına musiqi dərsləri keçib. Hazırda isə bəstəkar yeni təyin olunmuş səfirin dəvəti ilə eyni missiyasını davam etdirir

 

Kaspi.- 2008.- 13 may.- S. 16.