Məmmədli V.

 

Üzeyirşünas Səadət Qarabağlının yubileyi keçirildi

 

Dünən "Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti" İctimai Birliyi və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının təşkilatçılığı ilə dahi Üzeyir bəy Hacıbəyov irsinin tədqiqatçısı və təbliğatçısı, üzeyirşünas Səadət Qarabağlının anadan olmasının 50 illik yubileyi münasibəti ilə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının ofisində tədbir keçirildi.
   
Xatırladaq ki, S.Qarabağlı 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, 1999-cu ildən Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru vəzifəsində çalışıb. Onun Ü.Hacıbəyov irsinin yaradıcılığının öyrənilməsində böyük rolu var. "Üzeyir Hacıbəyov Molla Nəsrəddin tərtibçisi", "Üzeyirbaycan", "Şöhrət tacı", "Üzeyir bəy Hacıbəyovun publisistikasında musiqi məsələləri" s. adını çəkmədiyimiz kitab disklər onun peşə yaradıcılıq fəaliyyətinin bariz nümunələridir. Görüşdə Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət incəsənət xadimləri iştirak edirdilər. DAK sədri Qulamrza Təbrizi nitqində Səadət xanıma onun yaradıcılığına böyük hörmət etdiyini peşə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi.
   S.Vurğun adına ev muzeyinin müdiri Aybəniz Vəkilova çıxışı zamanı Ü.Hacıbəyovla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü, Səadət xanıma gələcək yaradıcılığında müvəffəqiyyətlər arzuladı.
   İ.Əbilov adına mədəniyyət evinin "Şəlalə" xalq çalğı alətləri ansamblı ansamblın bədii rəhbəri Mirəhməd Əsgərov öz ifası ilə qonaqları feyziyab etdi. Sonda Səadət Qarabağlı YQC-nin sədri Nüşabə Məmmədli tərəfindən yubiley münasibəti ilə "Tuti Bikə" diplomu ilə mükafatlandırıldı.
   
 
Ədalət.- 2008.- 22 may.- S. 6.