Şirinov E.
“Qarabağ bülbülləri”nin yaradıcısı
kimdir
Rafiq Rüstəmli:
"Mənim yetirmələrimi Murad Rzayev öz adına
çıxır"
"Ustad
sənətkar Rafiq Rüstəmli bəşəri musiqini
bizə tərcüməsiz anlatdı". Bu fikir Fransanın Lion şəhərində
milli musiqimizi dinləyən bir fransız jurnalistə
məxsusdur. R.Rüstəmli sənətinə
və onun "Qarabağ bülbülləri" ansamblına
ünvanlanan belə xoş sözlər,
təşəkkür dolu məktublar, teleqramlar yüzlərlədir...
1993-cü ildən Biləcəridəki Q.Abbasov adına 284
saylı orta məktəbdə fəaliyyət göstərən
Xan Şuşinski adına Ağdam
muğam məktəbinin direktoru, respublikanın əməkdar
mədəniyyət işçisi Rafiq Rüstəmlinin
iş otağındakı rəflərə düzülmüş
fəxri fərmanlar, diplomlar, stolüstü medallar,
videokasetlər, disklər, fotoalbomlar, afişalar və
müxtəlif sənədlər bu təhsil ocağının
fəaliyyətinin göstəricisidir...
Həmsöhbətimiz R.Rüstəmlinin dediklərindən
məlum oldu ki, rəhbərlik etdiyi Ağdam muğam
məktəbi 1985-ci ildən fəaliyyətə
başlayıb. Məktəbin nəzdində 1987-ci ildə
yaratdığı "Qarabağ bülbülləri"
ansamblı dövlət tədbirlərində, Filarmoniyada,
televiziyada, hərbi hissələrdə geniş konsert
proqramları ilə çıxış edib. Bundan
əlavə, Daşkənddə, Moskvada, İraqda,
Türkiyədə, Fransada və digər
ölkələrdə qastrol səfərlərində olub,
festival və müsabiqələrdə muğamlarımızın,
milli musiqimizin təbliğində böyük xidmətlər
göstərib. Hazırda 7 şöbə üzrə
fəaliyyət göstərən məktəbdə 251
şagirdin təlim-tərbiyəsi ilə 50 müəllim
məşğul olur.
R.Rüstəmli bizimlə söhbətində
sənətə gəlişi barədə bunları
söylədi:
- 1945-ci ildə Ağdam rayonunun Xındırıstan
kəndində şair Rəhim Rüstəmlinin
ailəsində doğulmuşam. Uşaq ikən səsim
diqqət çəksə də, atamın arzusu məni
hüquqşünas görmək idi. Səsimi
bəyənən kənd adamları atama məsləhət
gördülər ki, məni musiqi məktəbinə qoysun. Atam məni ü.Hacıbəyov adına Ağdam
orta ixtisas musiqi məktəbinə apardı. Məktəbin
direktoru Əlipaşa Daşdəmirov səsimi
bəyənsə də, yaşım az olduğu
üçün 1 nömrəli uşaq musiqi
məktəbində təhsil almağımı tövsiyə
etdi. Məktəbin direktoru Cəlal Əliyev səs
şöbəsi olmadığı üçün atamın
razılığından sonra məni tar sinfinə
götürdü. Məktəbi bitirdikdən sonra Asəf
Zeynallı adına musiqi texnikumuna qəbul olundum. Lakin
əsgərlik yaşım çatdığı
üçün hərbi xidmətə yollandım.
Qayıdıb gələndə isə Asəf Zeynallıda
oxumaq imkanım olmadı. Dolanışığımız
ağır olduğundan işləməli oldum. Eyni zamanda ü.Hacıbəyov adına Ağdam orta
ixtisas musiqi məktəbinə qəbul edildim. 1980-ci ildə
İncəsənət İnstitutuna qəbul oldum. İnstitutu
qurtaran ili Xan Şuşinski adına Ağdam muğam
məktəbi açıldı. Məni həmin
məktəbə direktor təyin etdilər. Elə o
vaxtdan indiyə kimi məktəbə rəhbərlik
edirəm.
- Rafiq müəllim, ailənizdə sənətinizi davam
etdirən varmı?
- Mənim dörd övladım var - üç oğlan, bir
qız: Rahab, Mahur, Şüştər və Şahnaz.
Hamısı musiqi təhsili alsa da, yalnız
Şüştər Asəf Zeynallı adına musiqi
texnikumunu bitirdikdən sonra Azərbaycan Milli
Konservatoriyasında təhsilini davam etdirdi. İndi bizim
məktəbdə tardan dərs deyir.
- Rafiq müəllim, necə oldu ki, "Qarabağ
bülbülləri" ansamblını yaratdınız?
- Yadınızdadırsa, 1976-85-ci illərdə Ağdam
"Pionerlər evi"ndəki dərnəyin üzvləri -
hamının yaxşı tanıdığı Tacir,
İlhamiz, Arzu və Nazim "Qarabağ bülbülləri"
adı ilə aləmə səs salmışdılar. Ancaq onlar böyüdükcə səslərində
problemlər yarandı. Bu səbdən də "Qarabağ
bülbülləri"nin fəaliyyətində fasilə
yarandı. Şair Nüsrət Kəsəmənli televiziyada
xalqın bununla bağlı narahatlığını dilə
gətirərək dedi ki, "Qarabağ bülbülləri"nin
taleyi niyə belə oldu?!
Ağdam rayon mədəniyyət şöbəsinin müdiri
çimnaz Əliyeva məni yanına çağırıb
"Qarabağ bülbülləri" ilə bağlı
respublikada həyəcan təbili
çalındığını söylədi. Dedi ki, indi onsuz da
"Pionerlər evi"nə maraq azılıb. Xan
Şuşinski adına muğam
məktəbi ona görə açılıb ki, Qarabağ
uşaqları orada təhsil alsınlar. İndi
"Qarabağ bülbülləri"nin
adını yaşatmaq məsuliyyəti sənin
üzərinə düşür. çimnaz
xanımın bu sözündən sonra rayonlardan istedadlı
uşaqlar yığmağa başladım. Sevinc
Sarıyevanı, Humay Məmmədovanı, Səbuhi
İbayevi, sevimli müğənnimiz Qədir Rüstəmovun
oğlu Azər Rüstəmovu, Fəqani Əliyevi, Habil Hacıyevi
və digər istedadlı uşaqları məktəbə
cəlb etdim. Az müddət ərzində
onların səsi xarici ölkələrdən
gəlməyə başladı. Belə ki, muğam
məktəbinin "Qarabağ bülbülləri" 1988-ci
ildə Moskva şəhərində Belyayevin 100 illik
yubileyində, 1989-cu ildə İraqda Babilistan festivalında,
1990-cı ildə İstanbul şəhərində 10
günlük qastrolda oldu. Elə həmin il
Moskva şəhərində Uşaq Xeyriyyə Fonduna
yardım məqsədilə keçirilən telemarafonda
mədəniyyət naziri Polad Bülbüloğlu ilə
birlikdə xeyriyyə konserti vermişik. 1991-ci
ildə Türkiyənin Ankara şəhərində 3-cü
uşaq festivalında uğurlu
çıxışımıza görə şəhər
valisi tərəfindən stolüstü medalla
mükafatlandırılmışıq. Həmin il Düşənbə şəhərində
beynəlxalq müsabiqədə iştirak etmişik. 2005-ci ildə Fransanın Lion və Lil
şəhərlərində, 2006-cı ildə isə Di
şəhərində, 2008-ci ildə yenidən Lion
şəhərində muğam konsertləri vermişik.
- Təəssüf ki, son vaxtlaradək muğam sənətini
unutmaq üzrə idik...
- Əslində muğam yox, xalqın özü unudulurdu.
Şükürlər olsun ki, musiqi mədəniyyətimizin
zirvəsi sayılan muğam sənəti Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyevanın qayğısı sayəsində
ikinci ömrünü yaşamağa başladı. Bu əvəzsiz xidmətinə görə Mehriban
xanıma bütün muğamsevərlər adından
təşəkkür edirəm. Qeyd edim
ki, muğam müsabiqəsində ikinci yerin qalibi Ehtiram
Hüseynov bizim məktəbin yetirməsidir. Həmçinin məktəbimizin yetirməsi
Rəvan və Şirazi "Xalq ulduzu"
yarışmasında iştirak edirlər. Məktəbimiz yüzlərlə sənətkar
yetişdirib. Onlardan əməkdar artist Firuz
Səxavət, Opera və Balet Teatrının solisti Səbuhi
İbayev, Sevinc Sarıyeva, Humay Məmmədova, Fəqani
Əliyev, Cabir İmanov, Ayaz Qasımov, Habil Hacıyev və
digərləri republikamızın tanınmış,
adlı-sanlı sənətkarlarıdır. Milli musiqimizin
inkişafı və təbliği istiqamətində
önəmli fəaliyyətləri olan Cəlal Əliyev,
Barat Fəhradov, Əlisafa Hüseynov, Əlövsət Hüseynov
və digər müəllimlərimizin adını
məmnuniyyətlə çəkmək istərdim.
- Rafiq müəllim, məktəbiniz bu gün hansı
qayğılarla yaşayır?
- Ən kanfort şəraitdə belə, heç bir iş
görə bilmirsənsə, həvəslə
işləmirsənsə mütləq hansısa problem ortaya
çıxacaq. Ancaq sənətə
yanğı ilə, sevgi ilə, məhəbbətlə
yanaşsan ağac kölgəsində də yaxşı
tələbə yetişdirmək mümkündür. Bununla belə, daha yüksək səviyyədə
dərs keçmək üçün yaxşı
şəraitin olması da vacibdir. Ancaq
gəlin onunla da hesablaşaq ki, biz müharibə
şəraitində yaşayırıq. Ona
görə də sənətindən asılı olmayaraq
kiminsə işləməsi üçün
şəraitsizliyi bəhanə etməyə haqqı yoxdur.
Belə çətin şəraitdə
işləməyimizə rəğmən bəzən
istər-istəməz lazımsız
söz-söhbətlərə, mübahisələrə
cəlb edilirik...
- Fikrinizi konkretləşdirə bilərsinizmi?
- Vaxtilə Ağdam "Pionerlər evi"ndə təhsilli
kadrlar olmadığından valideynlər öz
uşaqlarını muğam məktəbinə
gətirməyə üstünlük verirdilər. Drijorluq etməklə, uşaqları
yığıb xor oxutmaqla "Qarabağ
bülbülü" yetişdirmək qeyri-mümkün idi.
Yoxsa, özünün şəxsi mənafeyini
güdərək, adına şöhrət gətirmək
üçün Asəf Zeynallı adına musiqi texnikumundan,
yaxud ordan-burdan uşaq yığıb "Qarabağ
bülbülləri" adı altında
çəkilişlər aparıb, sonra da "bunları
mən yaratmışam" demək heç də düzgün
deyil. Hətta həmin
çəkilişlərə bizim məktəbin
şagirdləri də cəlb edilib. 10 il
beləcə gün keçirən adam axırda gedib oturdu
İsmayıllı rayonunda. Heç bilmədi
dərnək harda qaldı, uşaqlar necə oldu.
- Konkret olaraq söhbət kimdən gedir?
- Söhbət Ağdam "Pionerlər evi"nin
keçmiş müdiri Murad Rzayevdən gedir. Əgər bu
gün "Pionerlər evi"nin
"bülbülləri" susursa, biz də
susmalıyıq? Əksinə, daha çox
çalışmalıyıq ki, istedadlı
uşaqlarımız ortalıqda qalmasın. Aybəniz Haşımovanın da
"Bülbüllər" kollektivi var. İndi
A.Haşımovaya irad tutaq ki, sən niyə bu
"bülbülləri" yaratmısan, bülbüllər
ancaq Qarabağda olur?! Əksinə,
Aybəniz xanımın bu işini alqışlayıram.
Ancaq çox təəssüf ki, keçmiş
"Pionerlər evi"nin keçmiş
rəhbəri Murad Rzayev bizim uğurlarımızla heç
cürə barışa bilmir. Televiziyada,
mətubatda "ah-vay" edir ki, "mənim "Qarabağ
bülbülləri"mə Rafiq Rüstəmli sahib
çıxıb". İndi mən
də deyirəm ki, Murad Rzayev, sənin
"bülbüllərin" 1976-85-ci illərdə Tacir,
İlhamiz, Arzu və Nazim idi. Onlar nə
bizim məktəbin şagirdi olub, nə də birlikdə
konsert vermişik. 1986-cı ildən
indiyədək hansı istedadlı uşağı
yetişdirib, respublikada tanıtdırıb, hansı xarici
ölkədə konsert vermisən? Yaxud, hansı
yetirmən sənətini davam etdirib, ali
təhsil alıb, fəxri ada layiq görülüb? Əgər varsa, biz buna sevinərik.
1986-cı ildən başlayraq məktəbimizin
ansamblı "Qarabağ bülbülləri" adı
ilə çıxış edib. İstər
televiziyada, istərsə də bütün kütləvi
informasiya vasitələrində bu adla təqdim olunmuşuq.
Sual olunur: bu ötən illər ərzində Murad Rzayevin
"Qarabağ bülbülləri" var idisə, 1988-ci
ildən bəri respublikada, yaxud xarici ölkələrdə
keçirilən beynəlxalq musabiqələrdə, festivallarda
niyə onlar yox, biz iştirak edirik? Murad Rzayev bu gün də
"Qarabağ bülbülləri"nin
- İlhamiz, Tacir, Arzu və Nazimin adlarını
çəkərək, onları yetişdirdiyini deyir. İndi mən də Firuz Səxavətin, Sevinc
Sarıyevanın, Səbuhi İbayevin və digərlərinin
qolundan tutub deyim ki, onlar "Qarabağ
bülbülləri"dir? Artıq onlar
bülbül yox, sənətin ən uca zirvələrinə
yüksələn qartallardır. M.Rzayev
deyir ki, "Nəzakət Teymurova mənim yetirməmdir".
Az qalıb desin ki, "Şur"
ansamblında yetişən Aydın Nifalıoğlu, Aydın
Məmmədov, Hafiz Şəfizadə, Barat Fərhadov,
İsrafil Məmmədov və başqalarını da mən
yetişdirmişəm... Əlimin altında olan "Hardasan,
Qarabağ bülbülü?" sərlövhəli bir
qəzet məqaləsindən bəzi sətirləri oxumaq
istəyirəm: "Ona Qarabağ bülbülü
adını 50-ci illərin axırlarında Moskvada
ümumdünya gənclər festivalında qızıl medal
alanda veriblər. Bütün Azərbaycan
musiqisevərlərinin yaddaşından silinməyən
Qarabağ bülbülü indi hardadır? Söhbət
səsi-sədası bir zamanlar hamını
heyrətləndirən Vəli Məmmədovdan gedir..." Səhv etmirəmsə, Murad Rzayevin 1950-ci ildə 3
yaşı olub. Belə çıxır
ki, 3 yaşında olarkən Vəli Məmmədovu da o
yetişdirib...
Yeri gəlmişkən bir məsələyə də toxunmaq
istəyirəm. Adını çəkmək
istəmədiyim bəzi kitab müəllifləri mənim
getdiyim ölkələri, şagirdlərimizi Murad Rzayevin adına çıxıblar. Kitabda yazır lar ki, M.Rzayevin "Qarabağ
bülbülləri" Rusiyada, Gürcüstanda,
özbəkistanda, İranda, Türkiyədə, İraqda,
Bolqariyada, Polşada, Almaniyada konsertlər verib. Halbuki
bu ölkələr mənim və "Qarabağ
bülbülləri"min getdiyi yerlərdir. Bir müəllifin yazdığına görə,
Sədi Məmmədov M.Rzayevin yetirməsidir. Ağ
yalandır! Sədi Məmmədov
"Pionerlər evi"nə getməyib. O,
mənimlə bərabər ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi
məktəbində təhsil alıb. Nəzakət Teymurova,
Sevinc Sarıyeva, Humay Məmmədova, Cabir Abdullayev, Firuz
Səxavət və başqaları da guya M.Rzayevin
yetirmələridir. Əgər bu adı
çəkilənlər doğrudan da M.Rzayevin
yetirmələridirsə, o zaman niyə bizim
məktəbdə təhsil alırdılar? Daha
acınacaqlı hal odur ki, kitabın başqa bir səhifəsində
təzədən həmin adları mənə aid
ediblər...
Təzadlar.-
2008..- 20 may.- S. 8.