Şirinov E.
Oxu, tar!
Bu günlərdə
respublikanın xalq artisti, tarzən Ramiz Quliyevin Xan Şuşinski adına Ağdam muğam məktəbinin kollektivi ilə görüşü keçirildi
Məlumat
üçün bildirək ki, Ağdam muğam məktəbi
1985-ci ildən fəaliyyətə başlayıb. Yarandığı vaxtdan indiyə
kimi məktəbə
respublikanın Əməkdar
Mədəniyyət İşçisi
Rafiq Rüstəmli rəhbərlik edir. R.Rüstəmlinin 1987-ci ildə
məktəbin nəzdində
yaratdığı "Qarabağ
bülbülləri" ansamblı
dövlət tədbirlərində,
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada,
hərbi hissələrdə
geniş proqramla konsertlər verib.
Bundan əlavə, "Qarabağ
bülbülləri" Daşkənddə,
Moskvada, İraqda, Türkiyədə, Fransada
və digər ölkələrdə qastrol
səfərlərində olub,
festival və müsabiqələrdə muğamlarımızın,
milli musiqimizin təbliğində, sevilməsində
böyük xidmətlər
göstərib. Respublikada
275 musiqi məktəbləri
arasında keçirilən
müsabiqədə istər
muğam, istərsə
də xor kollektivi və xalq çalğı alətləri üzrə
yüksək yerlər
tutublar.
Muğam məktəbi
yüzlərlə sənətkar
yetişdirib. Onlardan əməkdar artist Firuz Səxavət, Opera və Balet Teatrının
solisti Səbuhi İbayev, Sevinc Sarıyeva, Humay Məmmədova, Ehtiram Hüseynov, Fəqani Əliyev, Cabir İmanov, Ayaz Qasımov, Habil Hacıyev və digərləri republikamızın
tanınmış, adlı-sanlı sənətkarlarıdır.
1993-cü ildə Ağdam
şəhəri işğal
olunduqdan sonra muğam məktəbi Biləcəridəki Q.Abbasov
adına 284 saylı orta məktəbdə fəaliyyətini davam etdirir. 7 şöbə üzrə fəaliyyət
göstərən məktəbdə
təhsil alan 251 şagirdin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul
olur.
***
Məktəbin akt zalında
keçirilən tədbirdə
muğam məktəbinin
kollektivi ilə yanaşı, Qarabağın
sayılıb-seçilən
söz, sənət adamları, ziyalıları
da iştirak edirdilər.
Tədbiri giriş sözü
ilə açan Xan Şuşinski adına Ağdam muğam məktəbinin direktoru, respublikanın Əməkdar Mədəniyyət
İşçisi Rafiq
Rüstəmli ustad tarzənin və qonaqların gəlişləri
ilə onlara sevinc bəxş etdiklərini bildirdi.
Görüşün əlamətdar bir
tarixə təsadüf
etdiyini vurğulayan R.Rüstəmli bu günlərdə "Şöhrət"
ordenli, Prezident təqaüdçüsü, professor
R.Quliyevin yaradıcılığının
40 illiyinin və doğum gününün
respublikada böyük
təntənə ilə
qeyd edildiyini söylədi. Görkəmli tarzən R.Quliyevin ömür yolundan, yaradıcılığından, milli musiqimizin inkişafındakı xidmətlərindən
bəhs edən natiq onun sənətinin
ölkə rəhbərliyi
tərəfindən dəfələrlə
yüksək qiymətləndirildiyini
vurğuladı. O, görüş
iştirakçılarına Azərbaycan Telefilm Yaradıcılıq
Birliyi tərəfindən
hazırda tarzən R.Quliyevin həyatı və sənət yolu barədə sənədli film çəkildiyi haqda məlumat verdi. Rəhbərlik etdiyi məktəbin
də həmin filmdə yer aldığını təqdirəlayiq
hal kimi dəyərləndirən R.Rüstəmli
R.Quliyevə və filmin yaradıcı qrupuna minnətdarlığını
bildirdi (R.Quliyevin muğam məktəbinin kollektivi ilə bu görüşü filmin yaradıcı qrupu tərəfindən lentə alınırdı - E.Ş.). R.Rüstəmli
14 ildir fəaliyyətlərinə
şərait yaradan
284 saylı məktəbin
direktoru Təşkilat
Əliyevə və pedaqoji kollektivə təşəkkürünü bildirdi.
***
Görüşün əhəmiyyətini
vurğulayan Ağdam rayonu 71 saylı orta məktəbin direktoru, respublikanın Əməkdar müəllimi
Səlim Əzimov son zamanlar musiqi
mədəniyyətimizin zirvəsi
sayılan muğam sənətinə göstərdikləri
qayğıya, onun dünyada tanınmasında
əvəzsiz xidmətlərinə görə dövlət başçısı
İlham Əliyevə
və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevaya təşəkkür
edərək, muğam
sənətinin inkişafına
yeni yollar açmaq məqsədilə
görülən işləri
alqışladı.
S.Əzimov milli musiqimizin inkişafında
misilsiz rol oynayan tarzən R.Quliyevin qüdrətli sənətkarlarımızdan olduğunu
qeyd etdı: "R.Quliyev bu gün
yer kürəsini dolaşaraq, tarixi minilliklərə gedib çıxan milli musiqimizi bütün dünyaya tanıtdırır.
Sevindirici haldır ki, Ramiz müəllimlə
yanaşı, onun sənətini övladı
Əyyub Quliyev də uğurla davam etdirir".
Respublikanın əməkdar jurnalisti,
"Qızıl qələm"
mükafatı laureatı
Bəbir Hüseynov R.Quliyevin milyonlarla dinləyicini ovsunlayan sənətinin təkcə
respublikamızda deyil,
onun hüdudlarından
uzaqlarda belə sevildiyini vurğuladı.
Xan Şuşinski adına Ağdam muğam məktəbinin müəllimi Cəlal Əliyev (Ağdamda fəaliyyət göstərmiş 1 nömrəli musiqi məktəbinin direktoru olub - E.Ş.) qürur hissi ilə bildirdi ki, vaxtilə
onun şagirdi olmuş R.Quliyev bu gün ustad
sənətkar kimi məktəb yaratmışdır:
"Başqalarına bənzəməyən
barmaqları, orijinal üslubu, fərdi ifaçılıq manerası
ilə Ramiz Quliyev hamının rəğbətini qazanıb.
Bir müəllim kimi mən onun
ifasını daim diqqətlə izləyirəm.
İnanıram ki, R.Quliyevin şöhrəti
bundan sonra daha da artacaq".
Tədbir iştirakçılarından
Mamed həkim R.Quliyevlə çoxillik dostluq əlaqələrindən
söz açdı, onun ifasının, eləcə də səhnə davranışının
milli mədəniyyətimizə
söykəndiyini bildirdi.
Muğam məktəbinin
müəllimi Barat Fərhadov isə dedi ki, R.Quliyevin
ifasını dinləyərkən
insan yalnız yaxşılıq, xeyirxahlıq
barədə düşünür.
***
Nəhayət, söz səbəbkara
verildi. "Şöhrət"
ordenli sənətkar göstərilən diqqət
və qayğıya görə ilk növbədə ölkə
rəhbərliyinə təşəkkür
etdi. Ustad tarzən çox böyük hörmət bəslədiyi, uzun illər onun qayğısını çəkən
müəllimi Cəlal
Əliyevə dərin
ehtiramını yetirdi.
Tarzən xüsusilə
vurğuladı ki, dünya ölkələrinin
ən böyük konsert salonlarında çıxış edərkən
Azərbaycan milli musiqisini əcnəbilərə
çatdırıb təbliğ
etdiyinə görə
həmişə qürur
hissi keçirib. Böyük sənətkar
onun sənətini qiymətləndirərək görüşünə
gələn dəyərli
ziyalılara, sənət
dostlarına və tədbirin təşkilatçılarına
minnətdarlığını bildirdi.
Tədbir əməkdar artistlər
Firuz Səxavət, Cabir Abdullayev, Opera və Balet
Teatrının solisti
Səbuhi İbayev, muğam müsabiqəsinin
qaliblərindən Ehtiram
Hüseynov, ü.Hacıbəyov adına Milli Konservatoriyanın məzunu Humay Məmmədova və Barat Fərhadovun məharətlə ifa etdikləri "Qarabağ
şikəstəsi"
ilə başa çatdı.
Təzadlar.- 2008.- 13-20 may.- S. 14.