Şirinov E.
Üzeyirbəyşünas alimlə
görüş keçirildi
Mayın 21-də Dünya
Azərbaycanlılarının Əlaqələndirmə
Şurasının mərkəzi ofisində dahi üzeyir
Hacıbəyov irsinin tədqiqatçısı və təbliğatçısı,
dünya şöhrətli sənətkar
ü.Hacıbəyovun həyat və
yaradıcılığının gözəl bilicisi
Səadət Qarabağlının 50 illik yubileyi qeyd olundu.
"Azərbaycan Yazıçı Qadınlar
Cəmiyyəti" İctimai
Birliyinin və Dünya Azərbaycalılarını
Əlaqələndirmə Şurasının
təşəbbüsü ilə keçirilən tədbiri giriş sözü ilə açan yazıçı-publisist Nüşabə Məmmədli S.Qarabağlının
ömür yolundan söz açdı. Yubilyar üzeyir bəy irsinin tədqiqi və təbliğində,
eləcə də mədəniyyətimizin inkişafındakı
əvəzsiz xidmətlərinə
ğörə "Azərbaycan
Yazıçı Qadınlar
Cəmiyyəti" ictimai
birliyinin təsis etdiyi "Tuti Bikə" mükafatı
ilə təltif edildi.
Sonra çıxış
etmək üçün
söz Dünya Azərbaycanlıları Konqresinin
sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə
Şurasının sədr
müavini, görkəmli
alim, tərcüməçi,
şair, ictimai xadim, professor Qulamrza Səbri Təbriziyə verildi. Q.S.Təbrizi Səadət
Qarabağlını təbrik
edərək, onun yorulmaz fəaliyyəti haqqında danışdı.
üzeyir bəy irsinin nəinki Azərbaycanda, hətta ölkəmizin sərhədlərindən
uzaqlarda da tanınması üçün
çabalarından söhbət
açdı.
ömrünün otuz
ilini üzeyir bəy Hacıbəyovun həyat və yaradıcılığının
araşdırılmasına, təbliğinə həsr edən
Səadət Qarabağlının
üzeyir Hacıbəyovun
ev muzeyində çalışdığı (1979-2005) illərdəki fəaliyyətindən
söz açan Səməd Vurğunun ev muzeyinin direktoru,
əməkdar mədəniyyət
işçisi Aybəniz
xanım Vəkilova, respublikamızın müxtəlif
muzeylərində uzun
zaman çalışan
tanınmış muzeyşunas
Amaliya Rzaqızı, R.Mustafayev adına Azərbaycan İncəsənət
muzeyinin direktor müavini Elmira Qasımova, Cəlil Məmmədquluzadə ev muzeyinin direktoru Pəri Mahmudova, Cəfər Cabbarlının
ev muzeyinin direktor müavini Qəmər Seyfəddinqızı
S.Qarabağlının
üzeyir Hacıbəyovun
ev muzeyindəki unudulmaz xidmətlərindən
danışdılar.
Məlum
oldu ki, Səadət Qarabağlı
1957-ci ildə Naxçıvan
Muxtar Respublikasının
Şərur rayonunda anadan olub. 1977-ci ildə Şəki şəhər orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsini, 1984-cü ildə
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1979-cu ildə üzeyir
Hacıbəyovun ev muzeyində əmək fəaliyyətinə
başlayıb. 1999-cu ildən
2005-ci ilədək muzeyin
direktoru kimi üzeyir Hacıbəyovun
həyat və yaradıcılıq irsinin
toplanması, tədqiqi
və təbliği sahəsində yorulmadan çalışıb. Bununla
bağlı müxtəlif
qəzet, jurnal və kitabda çoxlu sayda məqalələri dərc
edilib, televiziya və radio çıxışları
olub.
Qeyd olundu ki, S.Qarabağlı
1985-ci ildə SSRİ Mədəniyyət
Nazirliyinin "Kəndə
mədəni hamilik"
əlaçı döş
nişanı ilə təltif olunmuş, 2000-ci
ildə Azərbaycan Kütləvi İnformasiya
Vasitələri İşçiləri
Həmkarlar İttifaqı
Rəyasət Heyətinin
"Nurlu qələm
ustası" fəxri
mükafatına, 2001-ci ildə Azərbaycan-Finlandiya ölkələri arasında
mədəni və iqtisadi əlaqələrin
möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə
görə "Gümüş
arzu" mükafatına,
həmçinin "üzeyirbaycan"
kitabına görə
"İlin kitabı"
beynəlxalq mükafata
layiq görülmüşdür.
Natiqlər üzeyir Hacıbəyovun
ev muzeyinin müdiri işlədiyi müddətdə bu müqəddəs ocağın
mühafizəkarı, üzeyir
bəy ruhunun yaşadığı otaqların
havası ilə nəfəs alan, o qeyri-adi insanın
adi əşyalarını
əzizləyərək saxlayan
Səadət xanıma
elm-sənət korifeyinin ruhunun qulluğunda durmaq səadətini Tanrının
ona iltifatı kimi dəyərləndirdilər.
"Qarabağa aparan yol" qəzetinin baş redaktoru, şair-publisist Əli Mahmud, "Xalq qəzeti"nin şöbə müdiri, əməkdar jurnalist Tahir Aydınoğlu, Ədəbiyyat
və İncəsənət
Dövlət arxivinin direktoru Maarif Teymur, xalq şairləri
Səyavuş Məmmədzadə,
Ramiz Heydər, Azərbaycan Dövlət Radiosunun əməkdaşı,
əməkdar jurnalist Gülbəniz
Hüseynli, professor Saleh bəy Qarabağlı, ü.Hacıbəyovun yaxın qohumu, Əhməd bəy Ağdamskinin oğlu, professor Telman Ağdamski, "Respublika" qəzetinin şöbə müdiri Esmira Fuad, görkəmli
şair və publisist, mərhum Şahmar Əkbərzadənin
həyat yoldaşı
Mələk xanım Baharlı, Xan Şuşinskinin qızı Bəyimxanım
Cavanşirova və başqaları çıxış
edərək, böyuk
tədqiqatçı-alim
Səadət Qarabağlının
mədəniyyətimizin inkişafındakı
xidmətlərini xatırladılar,
həmçinin onun üzeyir bəy irsinin araşdırılmasında
və geniş təbliğindəki fəaliyyətindən, müəllifi və tərtibçisi olduğu
"üzeyir bəy Hacıbəyovun publisitikasında
musiqi məsələləri",
"Şöhrət tacı",
"üzeyirbaycan", "üzeyir bəy Hacıbəyov və Molla Nəsrəddin" kitablarından, "Ustadı
xatırlarkən..." diskindən,
2006-cı ildə nəşr etdirdiyi ü.Hacıbəyovun
"Arazbari" və
"Aşıqsayağı"
musiqi əsərlərindən,
bir-birindən maraqlı 200-dən yuxarı məqalələrindən
söz açdılar,
yubilyara cansağlığı,
ailə səadəti,
yaradıcılıq uğurları
arzuladılar...
Yubiley tədbirində İbrahim
Əbilov adına Mədəniyyət Mərkəzinin
ədəbi hissə müdiri, əməkdar mədəniyyət işçisi
Mirəhməd Əsgərovun
rəhbərlik etdiyi ansamblın müşayiəti
ilə üzeyir bəyin əsərlərindən,
xalq mahnılarından
ibarət maraqlı musiqi cələngi tədbir iştirakçıları tərəfindən
alqışlarla qarşılandı.
Daha sonra üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məzunu Əlirza Amanbəyli ü.Hacıbəyovun "Sevgili
canan" romansını
və "Qarabağ şikəstəsi"ni məharətlə ifa etdi. 202 saylı litseyin ədəbiyyat müəllimi Nafilə Abuzərlinin rəhbərliyi altında hazırlanan
ədəbi-bədii proqdamda iştirak edən şagirdlərin ifasında Səadət Qarabağlının həyat
və yaradıcılığından
ibarət kompozisiya, yubilyara həsr edilmiş şeirlər və ü.Hacıbəyovun əsərlərindən
səhnəciklər tədbirə
xüsusi bir əlvanlıq, xoş
ovqat gətirdi.
Sonda yubilyar çıxış edərək
tədbirin təşkilatçılarına,
iştirakçılara və
qonaqlara minnətdarlığını
bildirdi.
Tədbir üzeyir bəy Hacıbəyovun
"Koroğlu" operasının
uvertürasının sədaları
altında başa çatdı.
Təzadlar.- 2008.- 27 may.- S. 15.